Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 058 (Overcoming Revenge)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

d) Həlimlik qisas almaqdan üstündür (Matta 5:38-42)


MATTA 5:40-42
40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41 Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
(1Kor. 6:7; İbr. 10:34)

Məsih bizi həmçinin maddi sərvətimizdən asılılıqdan azad edir, çünki O aramızda yaşadığı zaman həlim, yoxsul idi, əlindəki ilə kifayətlənirdi. Bu gün O bizi Öz surətinə dəyişdirir. Məsihin bu əmrlərindəki məqsəd bir dülgərin əhvalatında tamamlandı. Günlərin birində dülgər məsihi qardaşlarla dua toplantısından sonra evə qayıdanda gördü ki, iki oğru onun həyətindən tirləri çıxardıb maşına yükləyir. Dülgər özünü ələ alaraq onlara kömək etməyə başladı. Onlara üstəlik başqa şeylər də verdi. Axırda onlarla birlikdə maşına qədər yeridi və onlar elə bildilər ki, o da oğurlanan maldan özünə bir pay istəyir. O onlara malın sahibi olduğunu söyləyəndə, xəcalətdən yerə girmək istədilər. Dülgər onların oğurluğuna həlimlik və məhəbbətlə cavab verdi. Oğrulardan biri o saat özündən o qədər çox utandı ki, günahlarını etiraf edərək tövbə etdi və həyatını Məsihə həsr etdi. Unutma ki, Məsih sənin ürəyini azad etmək istəyir, o sənin sərvətinə bağlı olmağını istəmir, lakin səni məhəbbət dolu, fədakar həyata və xidmətə çağırır.

Bununla belə qeyd edək ki, məsihi imanlılar problemləri sevməli deyillər, sadəcə olaraq haqsızlıqlar qarşısında baş əyməli və pisliyə pisliklə cavab verməməlidirlər. Əgər hansısa bir zərərin ödənilməsini tələb etməliyiksə, bunu yalnız şərəfli məqsədlə etməliyik, qisas almaq arzusuyla yox. Biz bizə qarşı edilən pisliyin səbəbkarı olmamalıyıq, lakin doğru iş gördüyümüz üçün çəkdiyimiz əziyyətləri sevinclə qəbul etməli və onlardan faydalanmalıyıq. Əgər bir kəs desə ki, guya bu pisliyə “ət və qan” dözə bilməz, onda yada salaq ki, “ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz” (1Kor. 15:50).

Müqəddəs Ruh bizi öyrədir ki, yeməyimizi, pulumuzu ehtiyacı olanla bölüşək, simic olmayaq. Səmavi Atamız xilas olmaq üçün sədəqə, oruc, dua etməyimizi buyurmamışdır, çünki O əvəzsiz olaraq bizi sevir və xilas edir. Onun hədsiz lütfünü qəbul edənlərin hamısı xilas olmuşdur. Allahın məqsədi odur ki, biz də Onun bol lütfünün qaynağı olaq, ehtiyac içində olanlara borc verək və onlardan faiz götürməyək, pulu sevməkdən əl çəkək və fədakar həyat sürərək Onun adını ucaldaq.

Borc verməyə hazır olaq, çünki bəzən borc sədəqədən daha yaxşı xidmətdir. Borc insanın indiki ehtiyacını ödəməklə yanaşı tədbirli, çalışqan və sadiq olmasını tələb edir. Buna görə, dolanmaq və ya alverə başlamaq üçün səndən pul istəyən adamın xahişini rədd etməyə tələsmə. Səndən borc istəyən adamlardan qaçma və onlara borc verməmək üçün üzrlü səbəblər uydurma. Kiminsə borc almağa ehtiyacı varsa, qoy sənə yaxınlaşıb səndən xahiş edə bilsin. Bəlkə bir kəs utancaq olduğuna görə səndən kömək istəməyə cürət etmir. Sən belə adamı tanıyırsansa, ehtiyac və istəklərini bilirsənsə, özün ona yaxınlaşıb köməyini təklif edə bilərsən.

DUA: Ey Səmavi Ata, Sən səbirlisən, məhəbbətsən, Oğlun da həlimlik və xeyirxahlığın mücəssiməsidir. İtaətsiz və həddən artıq həssas olduğumuza görə bizi bağışla, xudbinliyimizi öldür, daş ürəklərimizi yumşalt, fədakar və həlim olmağımız üçün bizi qüvvətləndir! Qoy biz, günahkarlara dözümlə yanaşa bilək, tövbə etsinlər deyə onların ürəklərini məhəbbətlə qazanaq, belə ki onlar da Sənin Müqəddəs Ruhunun övladları kimi davransınlar!

SUAL:

  1. Öz-özündən azad olan kimdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)