Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 057 (Overcoming Revenge)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

d) Həlimlik qisas almaqdan üstündür (Matta 5:38-42)


MATTA 5:38-39
38 “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39 Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.
(Çıx. 21:24; Yəh. 18:22-23; Rom. 12:19-21)

Bu qanun, xalqı cəza ilə qorxutmaq və bir-birini şikəst etməsinin qarşısını almaq üçün yəhudi xalqının hakimlərinə verilmişdi. Digər tərəfdən, bu qanun zərər çəkən tərəfin ona zərər verəndən qisas alarkən daha çox pislik etməsinə mane olmaq üçün nəzərdə tutulmuşdu. Qanun “göz əvəzinə can”, yaxud “diş əvəzinə qıç” kimi ədalətsiz qisasa yol vermir, lakin ədalətlə “göz əvəzinə göz” qaydasını təsdiqləyir. Habelə cinayətkardan fidyə alınması mümkün olan hallar da nəzərdə tutulmuşdu (Say. 35:31 – “Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir”; bundan elə nəticə çıxır ki, bir kəs başqasını şikəst etdikdə zərər çəkən tərəf ondan fidyə ala bilərdi).

Məsih həqiqətin mahiyyətinin məhəbbət olduğunu göstərdi, çünki O Özü həqiqətin mücəssiməsidir. Yəhudilik insanın qisas almasını qadağan etmir, amma Əhdi-Cədiddə qisas alma günah sayılır, çünki Məsih bizə mərhəmətin qüvvəsini, həlimliyin qüvvəsini bəxş edən məhəbbət qanununu gətirdi; beləcə biz könüllü olaraq öz hüquqlarımızdan imtina edə bilirik.

Müqəddəs Ruh bizi öz niyyətlərimizə, məqsədlərimizə zor gücü ilə nail olmağa qoymur, arzularımıza çatmaq üçün hiylə işlətməyimizə yol vermir. Allah məhəbbətdir və itaətsizliyi əsla qəbul etməz! Onun Ruhu qisas alma fikrindən uzaqdır, çünki O səbir və dözümün mənbəyidir. Buna görə də biz Allahın tədbirini gözləyirik, bizə haqq yolu göstərməsi üçün Ona təslim oluruq. Bəlkə sənin ağlına belə sual gəlir: “Məgər zəiflik göstərən, hüquqlarının tapdalanmasına yol verən insanın bu cür mövqeyi şərin daha da artması üçün şərait yaratmır?”

Heç vəchlə! Həlim insan daha qüvvətlidir, çünki özünə qalib gəlir. Qisas alan isə zəifdir, çünki nifrətin onun ürəyinə girməsinə izin vermişdir. Öz düşməninin pisliyinə cavabən pislik edən adam düşməni kimi pisdir. Lakin zülmə məhəbbətlə cavab verən, öz xudbinliyinə qalib gəlir. Müharibələr, münaqişələr cəmiyyətimizi inkişaf etdirmir, əksinə, məhv edir və zəhərləyir. Lakin məhəbbət, etibar, həlimlik, təvazökarlıq, səbir – bütün bunlar qarşımızda ümid qapısını açır.

Məsih “sağ üzünə şillə vurana o birini də çevir” əmrini hərfi mənada anlayıb hər vəziyyətdə dəqiq əməl etməyimizi gözləmir. Baş kahin Xananın qulluqçusu İsaya şillə vuranda İsa ona bir daha vurmasını söyləmədi (Yəh. 18:22 və Həv. 23:2). Məsih bizi açıq-aşkar öyrədir ki, biz Səmavi Padşahlığa gormək istəyiriksə, hisslərimizə hakim olmalıyıq. Öz hüquqlarını tələb etməkdən əl çək, özünü çox müdafiə etmə, işini Rəbbə tapşır, O da sənin qayğını çəkəcək. Müqəddəs Ruh həyəcanlı, təlatümlü ürəyini sakitləşdirəcək. Əgər kimsə səni vursa, belə düşün: “Mən bütün keçmiş günahlarıma görə çox vurulmağa layiqəm. Allaha şükür olsun ki, həlim Məsih çarmıxda mənim əvəzimə vuruldu, iztirab çəkti”.

DUA: Ey Səmavi Ata, Sən məhəbbət üzərində qurulan həqiqətsən! Sən bütün günahkarlardan günahları üçün ədalətlə qisas almağı qərarlaşdırmısan, lakin bizi sevdiyinə görə bütün günahlarımızı sevimli Oğlunun üzərinə yükləmisən. O bizim əvəzimizə iztirab çəkmişdir. Sən bizi cəzadan azad etmisən, günahlarımızı bağışlamısan, çünki Oğlun hamımıza görə ölüb. Buna görə biz də bütün düşmənlərimizi tamamilə bağışlamalıyıq, çünki Məsih onların da günahlarını və qisasını Öz üzərində daşıyıb. Bizə hər kəsi tamamilə bağışlamaqda və bizi incidənlərə qarşı kin bəsləməməkdə kömək ol!

SUAL:

  1. Məsih bizi qisas alma hüququndan necə azad etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:35 AM | powered by PmWiki (pmwiki-2.3.3)