Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 092 (Spiritual Revival in Ephesus)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

2. Efesdə və Anadoluda ruhani oyanış (Həvarilərin İşləri 19:1-20)


HƏVARİLƏRİN İŞLƏRİ 19:8-12
8 Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı. 9 Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi. 10 Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi. 11 Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. 12 Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı.

Məsihin birinci gəlişindən bəri dünya tarixinin mənası Allahın Padşahlığının yer üzündə qurulması, inkişaf etməsi və tamamlanmasıdır. Bütün siyasi, inqilabi, dini, iqtisadi olaylar sadəcə olaraq Atamız Allahın zühur etməsinə zəmin yaradır. İsa Özündə gizlənən bu ruhani Hökmranlığı elan edir. O, İlahi Padşahdır, rəblərin Rəbbidir. Ancaq O hal-hazırda şər xalqların üzərində hökmranlıq etmir, O, dua edən möminlərin ürəklərinə tökülən mülayim Ruhunu göndərdi. O vaxtdan bəri Allahın Padşahlığı həqiqi Cəmiyyətində gizli surətdə qalmaqda, ölülər və dirilər daxil edilməklə Allaha həmd edən bütün xalqına şamil olunmaqdadır. Lakin biz Məsihin ikinci dəfə zühur etməsini gözləyirik – o zaman zəfər yürüşündə təntənə ilə bütün ölkələrdən keçən İsanın izzətli Rəbb olduğu bütün yaradılışa bəlli olacaqdır. Bəs sənin kəndinə, şəhərinə, məktəbinə Allahın Padşahlığı gəlib çatmışdırmı? Məsih dedi ki, “Harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam”.

Paulun öz vəzlərində Allahın Padşahlığı haqqında söylədiyi bu kimi fikirlər üç ay ərzində Efesdəki yəhudi sinaqoqunda yığılanlarla etdiyi söhbətlərin əsas mövzusu idi. Bütün Əhdi-Ətiq əhli zövq və diqqət ilə Paula qulaq asırdı, çünki hər yəhudi Allahın Padşahlığının yer üzünə gəlməsini həsrətlə gözləyir. Lakin Paul belə deyirdi: “Padşahlıq havaxtsa gələcəkdə gəlməyəcək – o, artıq gəlib! Padşah doğulub, yaşayıb, öldürülüb, ölümə qalib gəlib, Allahın qəzəbini söndürüb, günahlarımızı aradan götürüb, Atasnını yanına qalxıb və indi hökmranlıq edir və Padşahlığını qurur”.

Paul Allahın Padşahlığından fəlsəfi mövzu kimi bəhs etməyib, amma Padşahlığı elan edib və ona qulaq asanları İlahi Padşaha təslim olmağa səsləyib. İnancımız mömin fikirdən, yaxud yerinə yetirilməsi mümkün olmayan bir qanundan ibarət deyildir. İnancımız yaşayan Şəxsə, ölüm və şeytanın üzərində qələbə çalan İsa Məsihə bağlanmaqdan ibarətdir.

Efesdəki sinaqoqda yığılanlardan heç də hamısı Paulun vəzləri ilə razılaşmayıb, tövbə etməyib; bəziləri ürəklərini daşa döndərib həvariyə qarşı durublar, ona açıq-aşkar şər atıblar. Maraqlıdır ki, camaat ümumiyyətlə Paulu susdurmayıb, hansı tərəfin qalib gələcəyini görmək üçün susub gözləyib. Paul mübahisədən uzaqlaşmağa qərar verdi, çünki Müjdəni vəz edənlər yarışmazlar, amma xilası, kəffarə qurbanını elan edərlər. Eşidib itaət edən xilas olur, Məsihi öz Xilaskarı kimi qəbul edən əbədi yaşayır!

Paula qulaq asanlardan bəziləri özlərini İsaya həsr etməyi qərara aldılar, İsanın ardınca getdilər və yaşayan Rəbb haqqında daha çox öyrənmək istədilər. Onlar İsanın şagirdləri oldular. Paul Allahın Padşahlığına hazır olan bu qrupu İsaya xor baxan böhtançılardan ayırdı və bu şagirdlərdən yaşayan cəmiyyət yaratdı.

Bu məqsədlə Paul məktəbə oxşar böyük bir ev kirə etdi və təkcə şənbə günləri yox, hər gün Həyat Çörəyi, ruhani qida üçün acmış hər kəsi öyrədirdi. Qəribədir! Paul səhərdən axşama qədər sənəti ilə məşğul olub güzəranını qazanırdı, axşamları isə istirahət etmək əvəzinə Müjdəni yayırdı. Allahın məhəbbəti və lütf ənamları ilə dolu bu tarsuslu adam İsanın Padşahlığı yolunda canını fəda edirdi. O, zəifliyinə rəğmən, iki il boyunca bütün ruhani və fiziki gücü ilə vəz edir, əlləri ilə çalışırdı, belə ki onun zəifliyində Məsihin lütfü tam olurdu.

Efesin ərtafındakı kəndlərdə yaşayan bir çox adamlar bu qeyri-adi yəhudini görmək üçün Efesə gəlirdi. Bazardakılar, bir-biri ilə söhbət edən qadınlar, gənclər Pauldan danışırdılar, bu adam söhbətlərin mövzusu idi. Hamı hiss edirdi ki, Paulun vəz etdiyi təlim boş fəlsəfə deyildir. Allahın qüvvəsi birbaş Pauldan onlara axıb, ürəklərinə təsir edir, təzələyirdi, məyusluqda ümid yaradırdı.

Ağlasığmaz möcüzələr baş verirdi: İsanın günlərində insanlar Ona toxunaraq şəfa tapırdı; Peter yan keçərkən kölgəsindən şəfa tapanlar var idi. Burada isə bəzilərinin Paulun paltarı vasitəsilə şəfa tapdığı barədə oxuyuruq. Hətta onun bədəninə toxunan, tərini sildiyi dəsmallar, belinə bağladığı önlüklər belə, xəstələrə götürülürdü və İsaya imanları var idisə, xəstəlikləri yox olurdu. Amma buna diqqət yetirin ki, əlamətlər və möcüzələr yaradan Paul deyil, Allah idi. Allah Öz qüdrətini göstərirdi, Paulun elçisi olduğu Məsihə iman vasitəsilə yazıq insanlardan xəstəlikləri, şər ruhları qovurdu.

Asiya vilayətində elə böyük ruhani oyanış başladı ki, Aralıq dənizi hövzəsinin başqa heç bir bölgəsində bunun bənzəri olmamışdı. İllər öncə Paulun özü Efesə gedib orada Müjdəni yaymaq fikrinə düşmüşdü. Lakin Müqəddəs Ruh o vaxt həvarinin bu böyük şəhərə getməsinə yol verməmişdi və Paul Müqəddəs Ruha tabe olub, Avropaya getdi. İndi isə o, əlverişli şəraitə, gözəl fürsətlərə baxmayaraq, Efesdə qalmadı, amma Rəbbinə itaət edərək əhdinə əməl etdi. Buna görə yaşayan İsa qulunun itaətini təsdiqlədi və onun vasitəsilə Padşahlığının xəzinələrini açdı, qüdrətini göstərdi. Zira İsa həqiqətən vardır və insanlar Onun Ruhuna itaətkarcasına təslim olanda, fəal işləyir və xilas edir.

DUA: Ey Səmavi Atamız, Oğlunun bu gün bizə də gəlib çatan zəfər yürüşünə görə Səni ucaldırıq! Çarmıxdan qaynaqlanan ilahi qüvvəyə görə Sənə şükür edirik! Bizi elə təqdis et ki, Sənə tam kamil şəkildə itaət edək! Qoy Sənin iradən olsun və həm bizə, həm də bütün dünyaya Padşahlığın gəlsin!

SUAL:

  1. Allahın Padşahlığı Efesdə necə zühur etdi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)