Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)
a) İman atalarının dövrünün təsviri (Həvarilərin İşləri 7:1-19)HƏVARİLƏRİN İŞLƏRİ 7:17-19
b) Musanın dövrü (Həvarilərin İşləri 7:20-43)HƏVARİLƏRİN İŞLƏRİ 7:20-29 Yalançı şahidlər Stefandan şikayət edib, Musanı rədd etdiyini və təlimini düzgün şərh etmədiyini iddia edirdi. Buna görə Stefan özünü müdafiə edərək Musanın həyatından ətraflı danışmağa məcbur oldu və qədim əhdin vasitəçisi haqqında dərhal açıq şəkildə fikrini söylədi. İlk öncə o onlara Musanın uşaqlığından danışdı. O zaman Musanın qəbiləsi sayca artmışdı və misirlilər “Biz onları belə buraxsaq, onlar çoxalıb bizdən güclü olacaqlar və əgər biz onları qul eləməsək, onlar bizi udacaqlar” – deyib bu artımı məhdudlaşdırmağı qərarlaşdırmışdılar. Böyük sıxıntıda Allah Ona iman edənlərə daha yaxın olar. Musanın valideynləri onu Nil çayının bir qamışlığında gizlətdilər. Musa adının mənası “sudan çıxarılmış”dır. Sıxıntının dalğaları təlatümə gəldi, lakin fəlakətin ən dəhşətli anında Allah-Taala gələcək peyğəmbərini xilas etdi və hazırlamaq üçün böyük adamlara göndərdi. Uşaq fironun ailəsinə düşdü və Misir sehrbazlığının bütün sirlərini, ölülər üzərində edilən mərasimləri və falçılığı orada öyrəndi, çünki Musa uşaqlığında imanlı deyil idi, digər insanlar kimi pis idi. Daha sonra misirli deyil, ibrani olduğunu və xalqının əsarətdə iztirab çəkdiyini dərk edən Musa düşünmədən öz soydaşlarını müdafiə etməyə çalışdı və xalqına nəzarət edən bir misirli adamı öldürdü. Onun bütün təhsilinin heç xeyri olmadı. O, xalqını zorakılıq və qan tökmək yolu ilə xilas etməyə qadir olacağına inanmışdı. Hiyləylə, zorla, silahla vəziyyəti dəyişdirmək istəyən bir çox insanlar bu cür aldanaraq Musanın izi ilə gedir, qatil və canilər olurlar və həqiqətdə heç nəyi dəyişdirmirlər, çünki vəziyyətin dəyişməsi deyil, insanın təzələnməsi gərəklidir. İsanın dövründə İsrailin rəhbərləri guya xalqı xilas etmək üçün Allahın Oğlunu öldürdülər, lakin həqiqətdə xalqın ürəyi heç dəyişmədi, çünki müharibələr, əsarət, zülm ilə dünyada sülh bərqərar olmayacaq, əksinə, durum daha da pisləşəcək. Musa elə bilirdi ki, onun soydaşları onu xilaskar kimi alqışlayacaq, padşah kimi qəbul edəcəklər. Lakin bir-biri ilə dalaşan iki soydaşını barışdırmaq cəhdi rədd ediləndə, Musa kəskin zehni ilə tez anladı ki, onların qardaşlıq haqqında söylədiklərinin hamısı yalan imiş, hər kəs yalnız özünü sevirmiş. Musa qohun-əqrəbasının nifrətini hiss etdi və anladı ki, onlar onun qətli barədə xaincəsinə hakimlərə xəbər vermişdilər. Odur ki, öz xalqı tərəfindən rədd olunmuş Musa dərhal səhraya qaçdı. Məsih də həmçinin belə rədd olunub. Allah inadkar xalqının Onun Oğlu vasitəsilə xilas olmasını nəzərdə tutmuşdu. Günah, ölüm və şeytanın qulluğundan azad etmək, haqq-hesab günündə lütf vermək istədiyi xalq İsanı anlamadı, rədd etdi, necə ki keçmişdə Musanı rədd etmişdi, çünki onlar Rəbbi rədd edən, ürəyini daşa döndərən xalqdır. Bəs biz nə haldayıq? Biz yəhudilərdən ağıllıyıqmı? Biz Məsihi qəbul edirikmi, yoxsa onlar kimi Onu rədd edirik? Yoxsa bu gün bizi səsləyən Müqəddəs Ruhu eşitmirikmi? Musa bədəvilər arasında qaçqın oldu. Çöl-səhrada aza qane olmağı, həlimliyi, çobanlığı öyrəndi. Çobanlıq asan iş deyil, bu işdə ayıqlıq, hünər, səbir və təcrübəlilik lazımdır. Çox güman ki, Musa o illər ərzində ərəb dilini də öyrənib, axı midyanlıların dili sami dil ailəsinə mənsubdur. Musa midyanlı bir qızla evləndi və iki oğul atası oldu. Bu nikahda ərəb ilə israilli bir ailə qurmuşdur! (Çıx. 18:1-7) DUA: Ey Mübarək Rəbb, məni öz gücümdən qoru, qoy öz-özümü xilas etmək və başqalarını öz ağlımla öyrətmək fikri məndən uzaq olsun! Qoy mən Səndən diləyim ki, Ruhun mənim ürəyimi təzələsin və Məsihin qanı məni bütün təqsirlərimdən təmizləsin! Bizə rəhm elə, ya Rəbb, bizi təqdis elə və tam xilasına yönəlt! SUAL:
|