Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 149 (Peter’s Decisive Confession)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

j) Peterin İsanın ilahiliyinə qəti şəhadəti (Matta 16:13-16)


MATTA 16:13-16
13 İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» 14 Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». 15 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» 16 Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən».
(Mat. 14:2; 17:10; Mark 8:27-30; 9:18-21; Luka 7:16; Yəh. 6:69)

Qalileyanın sakinləri yəhudi başçılarının qorxusundan Məsihdən üz döndərdikdən sonra, İsa şagirdlərini Böyük Hirodun oğullarından biri Filipin tabeliyində olan qonşu ölkəyə apardı. Onlar orada, onları təqib edənlərdən uzaqda bir az dincəlib rahatlana bilirdilər. İsa ardıcıllarına imanlılar cəmiyyətinin əsas qayda və nizamlarını öyrətməyə davam etdi ki, O öləndən sonra onlar Allahın Padşahlığını vəz edib, qurmağa və möhkəmləndirməyə qadir olsunlar.

İsa onlardan “Fariseylərin və Qanun alimlərinin dediyinə görə Mən kiməm?” soruşmadı. Onların İsaya qarşı münasibəti qərəzli idi, Onu şeytanla əlbir olan yalançı adlandırdılar. İsa “Adamların dediyinə görə Mən kiməm?” deyə sual verdi. O, fariseylərin həqarətlə baxdığı sadə adamlardan danışırdı. Məsih bu sualın cavabını bilirdi, çünki O, insanların bütün sözlərinə və fikirlərinə belə agahdır! Sadə insanlar üçün şagirdlərlə söhbət etmək İsa ilə danışmaqdan asan idi və İsa şagirdlərin insanların pıçıldaşdıqlarını açıqca söyləməsini istədi. Məsih Kim olduğunu açıqca demədi, insanların Onun əməllərinə baxaraq özləri düşünüb düzgün qərara gəlmələrini istədi (Yəh. 10:24-25). İndi isə O, şagirdlərini Onun əməllərini və Onun adı ilə göstərdikləri möcüzələri görən adamların Onun barəsində nə düşündüklərini açıqca deməyə çağırdı.

İsa Özünü çox vaxt “Bəşər Oğlu” adlandırıb. Bunun iki mənası var: birincisi, Məsih bizim kimi insandır, şagirdlərinə və bütün bəşəriyyətə çox yaxındır. İkincisi, “Bəşər Oğlu” ləqəbi ən böyük möcüzəni bildirir: Allah bizə yaxınlaşmaq, cismimizin sınaqlarına, zəifliyimizə qalib gəlmək üçün insan surətində zühur etmişdir. Bu ləqəb həmçinin onu da bildirir ki, İsa saysız-hesabsız mələklərlə əhatə edilmiş, izzətli taxtında oturmuş, mühakiməsini yerinə yetirməyə hazır olan, Səmavi Atasının izzəti ilə təkrar gələcək olan əzəli Hakimdir. Əhdi-Ətiq xalqı “Bəşər Oğlu” ləqəbini Danielin Kitabından bilirdi; 7-ci fəsildə Məsihin səmavi insan surətində qüdrətlə gələcəyindən xəbər verilir. Müjdəçi Matta 8:20; 9:6; 10:23; 11:19; 13:41; 16:27; 17:12, 22; 19:28; 24:30; 26:64 ayələrində “Bəşər Oğlu” ləqəbini məhz bu mənada işlətmişdir. İsanın bu ləqəbi Əhdi-Cədiddə səksən dəfə və təkcə Matta Müjdəsində otuz dəfə işlənmişdir.

İsa şagirdlərini tədricən Onun ilahi təbiətini iqrar etməyə yönəldirdi. Peter ayağa durdu və bu yəhudi düyününü Ruhun qılıncı ilə kəsdi – Nazaretli adamı “Məsih” adlandırdı. Məsih, Allahın min il ondan əvvəl Padşah Davuda vəd etdiyi və sadiq peyğəmbərlərin əsrlər boyunca gözlədikləri Şəxs idi. Bu iman iqrarı, dəymiş meyvə kimi şagirdlər arasına düşdüyü zaman, İsa şagirdləri ilə təlim prosesinin həlledici mərhələsinə çatdı. Bu şəhadət İsanın xidmətində kritik nöqtə oldu, çünki o gündən etibarən İsa Özünü şagirdlərini böyütməyə və qüdrəti ilə möhkəmlətməyə həsr etdi.

Bu şəhadətində Peter Bəşər Oğlunu Allahın Müqəddəs Ruhdan doğulan, lütf və həqiqətlə dolu olan Oğlu adlandırmağa cürət etdi. Halbuki o vaxt İsaya “Məsih” və “Oğul” deyən adam yəhudi ali məclis tərəfindən ölümə məhkum edilə bilərdi.

DUA: Ya Rəbb İsa Məsih, Bəşər Oğlu və eyni zamanda Allahın Oğlu olduğun üçün Səni ucaldırıq, sevirik. Sən bizi günahdan, ölümdən, şeytandan azad etməyə, məhəbbətdə Allahın əsil övladlarına döndərməyə gəldin. Sənə səcdə qılırıq, eşitmək istəyən hər kəsə Sənin dünyanın Xilaskarı Məsih olduğunu xəbər veririk. Sən bizə açıq və müdrik şəhadət etməyi öyrət, qoy eşitməyə hazır olan hər kəs Sənin Allahın Oğlu Məsih olduğunu bilsin və sevinclə qəbul etsin!

SUAL:

  1. Peterin “Sən var olan Allahın Oğlu Məsihsən” şəhadəti nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)