Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 115 (Jesus Rebukes the Unbelieving)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

b) İsa tövbə etməyən şəhərləri məzəmmət edir (Matta 11:20-24)


MATTA 11:20-24
20 Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. 21 «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. 22 Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 23 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. 24 Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».
(Yəh. 3:6; Yeş. 14:13, 15; Luka 10:13-15)

Cəmiyyət insanları yaxşı və pis, əsilzadə və sadə xalq, günahkar və salehlər kimi qruplara bölər. Səlahiyyət sahibləri, ali dərəcələrə nail olanlar, əhəmiyyətli, vəzifəli şəxslər adətən özlərini sadə yoxsul xalqdan üstün tutarlar. Lakin hər kəsi sevən İsa insanları tamamilə başqa meyarlarla qiymətləndirmişdir.

İsanın müxtəlif şəhərləri məzəmmət etməsindən meyarlarımızın əsas etibarilə yanlış olduğunu öyrənirik. Məsələn Sur və Sidon bütpərəstliyin önəmli mərkəzləri idi. Oradakı dindarlar yaşayan Allahı tanımadıqlarına görə daş bütləri ilə fəxr edir, onlara qulluq edirdi. İsa bu iki şəhərin əhalisinin cahillik və bütpərəstliyinə baxmayaraq, Onun möcüzələrini görə-görə, sözlərini eşidə-eşidə Ona iman etməyən, Onu qəbul etməyən şəhər və kəndlərdən daha yüngül cəza alacağını söylədi. Məsihi rədd etmək dünyada ən böyük günahdır, çünki Onu rədd edən Allahın məhəbbətini, lütfünü, bağışlamasını, xilasını, əfvini rədd edir və axırda o məqama çatır ki, Səmavi Atanın Özünü rədd edir!

Sözsüz, bütün insanlar günahkar və pozğun, həlak olmağa layiqdirlər. Lakin Məsihin qanı bizi hər günahdan təmizləyir. Müqəddəs Ruh həlak olanları müqəddəslərə çevirir. Məsihdə olan Allahın lüthünə xor baxan hər kəsin vay başına, çünki Haqq-Taalanın Oğlunu rədd edənin aqibəti cəhənnəmdir!

Məsihin ən çox möcüzə yaratdığı yer olaraq tanınan və Məsihin şəhəri sayılan Kefernahum o vaxt Ona qarşı ən çox pislik edən şəhər idi. Kefernahum əhalisi, aralarında yaşayan Allahın Oğluna iman gətirməmiş, məhəbbətin təcəssümü olduğunu görüb, qüvvətli sözlərini eşitdikləri halda, Ona inanmamışdı! Məsih onları öz günahlarına görə yas tutmadıqlarına görə ifşa etdi, öz murdar işlərinə görə Allahın odu ilə yandırılıb məhv edilən Sodom əhlindən də pozğun adlandırdı. Əzəli Hakim Özü kefernahumlulara cəzaları barədə xəbərdarlıq etdi.

Vəftizçi Yəhyanın, Məsihin və həvarilərin öyrətdikləri böyük təlim tövbədir. Tövbənin, məzəmmətin, kədərin ali məqsədi xalqın fikirlərini və yollarını dəyişdirməsi, günahlarını tərk etməsi, Allaha tərəf dönməsi idi. Lakin onlar bunu istəmədilər.

Məsih bu şəhərlərin tövbə etməsi üçün başqa çoxlu günahlarını da ifşa etdi. Lakin onlar tövbə etmədilər, İsa da onları şəfa tapmaq istəməməkdə günahlandırdı.

Radio və kitablar vasitəsilə yayılan Allahın kəlamını oxuduqlarına, öz içindəki imanlıların şəhadətliklərini eşitdiklərinə baxmayaraq Məsihi qəbul etməyən şəhərlərimizin, xalqlarımızın vay başına! Mühakimə sənə düşündüyündən daha yaxındır. Əzəli Hakim Məsih sənə xəbərdarlıq edir. Bəs sən öz ruhani vəzifələrini bilirsənmi?

DUA: Ey müqəddəs Ata, Sənə səcdə edir və insanları yanlış ölçülərlə qiymətləndirdiyimizə görə tövbə edirik. Az imanımız üçün bizi bağışla! Bizi dar düşüncəmizdən azad et və niyyətlərimizi təqdis et! Qoy biz Sənin Oğlunu və Onun xilasını qəbul edək, Sənin Müqəddəs Ruhunla dolaq və hər kəsin Sənə tərəf dönməsi üçün gələcək hökm günü barədə açıq şəkildə şəhadət edək!

SUAL:

  1. Niyə Məsih Ona iman etməməyi Sodom və Homorranın günahından daha iyrənc günah sayır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)