Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 11 (Christ's Offer to You)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

11. MƏSİHİN ÇAĞIRIŞINA NECƏ CAVAB VERƏCƏKSƏN?


Allahın Oğlu səni mehribancasına səsləyir: "Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür" (Matta 11:28-30).

İsa şagirdlərini belə sözlərlə səsləyəndə, onlar çağırışına cavab verərək evlərini, ailələrini, işlərini qoyub Məsihin ardınca getdilər. Get-gedə İsanı başa düşməyə, Ona inanmağa başladılar, həyatlarını Ona həsr etdilər. Nəticədə Müqəddəs Ruhun qüvvəsi ilə doldular. Məsih bu gün yaşayır və səndən çağırışına məhz belə cavab verməyini gözləyir. O şəxsən səni çağırır ki, hər şeydən əl çəkib Onun ardınca gedəsən. Onda sən Onu getdikcə daha yaxından tanıyacaqsan və Onun mərhəmətinə güvənəcəksən. O da pak Ruhunu sənə bəxş edəcək və sən sözlərində, əməllərində dəyişəcəksən. Onda sən düzgün, faydalı, həlim və sevən bir insan olacaqsan və Allahın hər cür dərrakədən üstün olan sülhü ürəyini və ağlını Məsihin yaxın gəlişinə qədər qoruyacaqdır.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:28 AM | powered by PmWiki (pmwiki-2.3.3)