Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- The Ten Commandments -- 01 Introduction: The All-Importance of the Ten Commandments
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Baoule -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- Farsi -- Finnish? -- French -- German -- Gujarati -- Hebrew -- Hindi -- Hungarian? -- Indonesian -- Kiswahili -- Malayalam -- Norwegian -- Polish -- Russian -- Serbian -- Spanish -- Tamil -- Turkish -- Twi -- Ukrainian -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

01 - GİRİŞ: ON ƏMRİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ


Dehlidən Kaşmirin Srinaqar şəhərinə uçan sərnişinlər şimali Hindistanın dumanlı düzənlikləri arasından ucalan qarlı Himalay dağlarına tamaşa edə bilirlər. Dərin vadilərlə bir-birindən ayrılan nəhəng dağlar ehtişamlı mənzərə yaradır. Bəzi dağ zirvələri o qədər hündürdür ki, başları bulud içində qalır. 5000 kilometr hündürlüyündəki zirvələr, 8000 kilometrdən də hündür zirvələrin yanında kiçik təpələrə bənzəyir.

Təyyarə Srinaqar hava limanına endiyi zaman qonaqlar cürbəcür din və mədəniyyətlərin rəngarəngliyi qarşısında heyran olurlar. İnduistlər, buddistlər, yəhudilər, məsihilər, müsəlmanlar və ateistlər burada birgə yaşayırlar. Məbədlər, kilsələr, məscidlər və yekə reklam lövhələri xalqın diqqətini cəlb etmək üçün bir-biri ilə rəqabət aparırlar. Yer üzünün bu kiçik nöqtəsində beş dövlət: Hindistan, Pakistan, Əfqanıstan, Rusiya və Çin – üz-üzə gəlir. Kaşmirdəki şəhər və kəndlərini gəzərək yerli insanlarla söhbət edən hər kəs mütləq oranın ab-havasında bir gərginlik hiss edəcəkdir.

Müxtəlif dinləri, əqidələri bir-biri ilə müqayisə etməyə çalışan hər kəs tezliklə anlayacaqdır ki, bunların ehtişamı Himalay dağlarının mənzərəsindəki ehtişamdan heç də əskik deyildir. Böyük dinlər və əqidələr zirvələri xatırladır, lakin bunların arasında da buludlara qədər ucalan ayrı-ayrı zirvələri ayırd etmək olar. Bəşəriyyət tarixində ən hündür zirvələrdən biri On Əmrdir.

Musa çoban olduğu zaman, Allah ona səhrada xitab etdi, Öz iradəsini ona bildirdi, Öz əmrlərini daş lövhələri üzərində yazdı. Yəhudilər bu əcdadı böyük ehtiramla yad edirlər, onun vasitəsilə Allah onlarla Sina dağında əhd bağladı. Musa tərəfindən 3300 il əvvəl yazılmış olan yazıları indiyədək sinaqoqlarda oxuyurlar.

Məsihilər də On Əmri öz inanclarının dəyişməz təməli olaraq qəbul edirlər. İsa Öz şagirdlərinə bu həqiqəti təsdiqləmişdir: "Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq" (Mat. 5:18).

Müsəlmanlar Musanı Kәlimullah adlandırır, Allahın bir elçisi sayır vә ruhani sәlahiyyәtlә yanaşı siyasi hakimiyyәtә dә malik olduğunu deyirlәr. Müsәlmanlar üçün Musa tarixin әn uca şәxsiyyәtlәrindәn biri olaraq qalır.

Musanın bütün bәşәriyyәtә çatdırdığı On Әmrin Tövratda xüsusi yeri vardır. Bunlar indiyәdәk bütün insanlar üçün möhkәm tәmәl olaraq qalır. Bu qanunları öyrәnәn, yerinә yetirәn, öyrәdәn adam müdrik olar. Onlara әhәmiyyәt vermәyәn, onları yaddan çıxardan xalq isә pozğunlaşar, tәnәzzülә uğrayar, mәhv olar! Bu cür aqibәti istәmәyәn adam On Әmri diqqәtlә araşdırmalıdır.

On Әmr haqqındakı düşüncәlәr Kaşmirdә xüsusi әhәmiyyәt kәsb edir, çünki orada dünyanın qәdim dinlәri müasir ideologiyalarla qarışır vә gündәlik olaylar insanları Tövratda yazılmış olan Allahın qanunlarını düşünmәyә vadar edir. Bu kitab, Kaşmirdә müxtәlif dinlәrә mәnsub olan, hәyatlarının hәqiqi, әzәli mәnasını axtaran vә bu mәqsәdlә On Әmri araşdıran gәnclәrlә söhbәtlәrimizin xülasәsidir. Biz dә bu söhbәtə qatılaraq gündәlik hәyatımız üçün hikmәt vә hidayәt әldә edәk.

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:32 AM | powered by PmWiki (pmwiki-2.3.3)