Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 058 (The Holy Remnant Exists)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
5. Yaqubun övladlarının ümidi (Romalılar 11:1-36)

a) Müqəddəs “sağ qalanlar” həqiqətən mövcuddur (Romalılar 11:1-10)


ROMALILAR 11:1-10
1 Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm. 2 Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir: 3 «Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar». 4 Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam». 5 Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. 6 Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz. 7 Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu. 8 Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, onlara bu günədək görməyən gözlər, eşitməyən qulaqlar verdi». 9 Davud da belə deyir: «Süfrələri onlara tələ, tor, büdrəmə daşı və cəza olsun. 10 Gözlərinə qara gəlsin, görməsinlər, belləri həmişə bükülü qalsın!»

İbrahimin nəslinin xilas və həlak olması barəsindəki söhbətə keçməyə hazırlaşan həvari qorxunc sual verir: “Xalqı ilə əhd bağlayan Rəbb daşürkəli xalqını əbədilik rədd etdimi?” (Zəb. 94:14).

Paul özü bu sualın cavabını verir: “Əsla! Bu mümkün iş deyil! Mən özüm Allahın lütfünün, xilasının sübutuyam. Mən hələ günahkar, təqsirkar ola-ola, O məni xilas etdi. Mən də Binyamin qəbiləsindən, İbrahimin nəslindənəm və Rəbb məni çağırdı, bağışladı, dirçəltdi! Rəbbin Yaqubun övladlarına da lütf və xilas verməsinin bir sübutu da mənəm”.

Paul Məsihdə yeni həyata nail olduğu kimi, Yaqubun övladlarının bütün qəbilələrindən Rəbbə tərəf dönən ayrı-ayrı adamlar olub. Rəbb onları xilas edib və xeyir-dua ilə xidmətə göndərib və onların vasitəsilə əsil məsihiliyin əsasını qoyub. Məsihdə yeni həyata nail olan məsihi yəhudilər olmasaydı, bu gün Məsihin Müjdəsini nəql edən yazılar belə əlimizdə olmazdı. Məsihə iman edən yəhudilər Allahın Padşahlığının təməlini təşkil ediblər və onların səyləri sayəsində Allahın Kəlamının toxumları xalqlar arasında səpilib. Onların əkdiyi Kəlam öz-özünə bəhrə verməyə davam edir və Rəbbin Padşahlığı daima səssizcə böyüyür.

Allahın seçdiyi xalq vardır. Allah çox sevdiyi o xalqı rədd etməz, lakin xüsusi yollarla onun üzərində ruhani hökmranlığını davam etdirər. Doğrudur ki, Yaqubun övladlarının əksəriyyəti indiyədək başqa allahlara qulluq etdiklərinə görə, Məsihi və ardıcıllarını rədd edir, onlara nifrət edirlər. Lakin İlyas Peyğəmbərin zamanında vəziyyət necə idi? Bu cəsarətli peyğəmbər, İsrail Padşahlığında baş verən təqibdə imanlıların qanının axıdıldığına və kraliçanın onu öldürməklə hədələdiyinə görə əziyyət çəkdi (1Pad. 19:10-14).

O zaman Rəbb ona, “Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam” (1Pad. 19:18) – deyə təsəlli verdi. Bu minlərlə imanlılardan heç kimin xəbəri yox idi. Onlar, çox güman ki, Samariya dağıldığı zaman əsarətə aparılan və xalqı ilə birgə bütün dünyada səpələnib imanı yayan sağ qalan müqəddəslər idi! Allah imanlılarını qoruyar və heç kəs onları Allahın əlindən qapa bilməz. İsa Öz şahidlərinə rahat həyatı vəd etməyib, amma əbədi ruhani həyatı vəd edib (Yəh. 10:29-30).

Paul öz sualını məhz bu zəmində verir və deyir ki, “indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var” (Rom. 11:5).

Bu sözlər Məsihin doğulmasından bəri doğrudur. Səlahiyyət, şərəf, təşkilat, yaxud var-dövlət əsil məsihilərin əlamətləri deyildir. Məsihilər əzab-əziyyət çəksələr belə, Məsihin ardınca gedirlər. İsa, az saylı ardıcıllarına belə deyib: “Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü” (Luka 12:32; 22:28-29).

Ata, Oğul və Müqəddəs Ruhun qüdrəti ilə hər xalqda hər zaman Allahın seçilmiş müqəddəslərindən ibarət mübarək cəmiyyət meydana gəlir. Paul və Barnaba birinci müjdəçi səyahətləri əsnasında başqa xalqlardan imana gəlmiş adamlara “Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik” (Həv. 14:22) – deyə nəsihət veriblər.

Həvari Paul bu həqiqəti daha dərindən qavrayıb, Rom. 11:6-da şəhadət edir ki, Yaqubun övladlarından sağ qalan müqəddəslər Allahın lütfü sayəsində həmişə olacaqlar. Rəbb onları axır günlərdə şeytanın sınaqlarından hifz edəcək və Yaxşı Çoban kimi aparacaq. Bu sağ qalanlar saleh, mömin, yaxud xüsusi əməllərinə görə seçilmiş şəxslər deyillər; onların bütün yaxşı cəhətləri yalnız lütf sayəsindədir. Biz İsrail xalqının sağ qalan müqəddəslərinin Məsihin hədsiz-hüdudsuz lütfünün qüdrəti ilə hifz edildiyinə iman etməli və onlara görə Rəbbə şükür etməliyik, çünki onların mövcudluğu məsihi varlığımızın sirridir.

Rom. 11:7-də Paul belə sual verir: Yaqubun övladlarının keçmişdə və hazırda ruhani vəziyyəti necədir? Onlar Qanuna riayət etmək dedikdə, nəyi nəzərdə tuturlar? Əldə edə bilmədikləri möminliyi nə məqsədlə axtarıblar? Onlar hədəfi vurmayıb, öz Padşahlarını çarmıxa çəkdirib, Müqəddəs Ruhun enməsinə qarşı inadkar olub və Müqəddəs Üçlükdə vahid Olandan şüurlu olaraq uzaqlaşıblar! Buna görə onlar başqa ölkələrdə olan hakimlərə, rəhbərlərə tabe olub və əsil Məsihi deyil, Məsihin əleyhdarını gözləyiblər, onunla birlikdə bütün xalqlar üzərində hökmranlıq etmək istəyiblər. Bu acı həqiqət Yaqubun övladlarının hamısına aid deyil, çünki İbrahimin övladlarının kiçik bir hissəsi Müqəddəs Ruhdan doğulub, günahlarını etiraf ediblər və həlim Allah Quzusuna iman gətirib Ondan günahlarının bağışlanmasını və vəd olunmuş Ruhun məshini əldə ediblər. Onlar Məsihin həyatı ilə yaşayan, ruhani Bədəninin fəal üzvləri olublar.

Lakin xalqın əksəriyyəti inadkar olub (Qanun. 29:4; Yeş. 29:10). Onlar xeyir ilə şər arasında ayırd edə bilməyiblər, Allahı və əbədiyyəti düşünmədən, istədiklərini eləyiblər! Gözləri ola-ola, görməyiblər; qulaqları ola-ola, eşitməyiblər; hətta padşah Davud Rəbbə dua edib onların pis niyyətlərinin onlara tələ olmasını Allahdan diləyib (Zəb. 69:22-24).

Lakin İsa Davudun qəddar sözlərini dəyişib, şagirdlərinə belə əmr vermişdir: “Düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız” (Mat. 5:44-45).

Seçilmiş xalqın sağ qalan müqəddəsləri və bütün dünyanın məsihiləri təqib, sıxıntı və yalançı ittihamlar şəraitində Məsihin bu əmrinə əməl edərək, dünyada olmalarının böyük əhəmiyyətini təsdiq edirlər.

DUA: Ey Səmavi Ata, Sənə səcdə qılırıq! İbrahimin Müqəddəs Ruha açıq və Məsihin qanı ilə təmizlənmiş olan övladlarının sayını artır, qoy onlar əbədi həyata nail olsunlar! Yeni imanlıları qüvvətləndir və hifz elə ki, təqiblərdə Sənin onlarla olduğunu hiss etsinlər, imanlı qardaş-bacılarından kömək tapsınlar və heç vaxt ayrı-seçkilik və bölünmələrin qurbanı olmasınlar!

SUALLAR:

  1. Allahın İlyas Peyğəmbərə dediyi “Mən Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam” sözünün mənası nədir?
  2. Paul özünün Məsihin ardınca gedən bütün yəhudilərlə birgə Allahın seçilmiş xalqının sağ qalan müqəddəslərini təşkil etdiyini dedikdə nəyi nəzərdə tutur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)