Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 031 (The Resurrected Christ Fulfills his Righteousness)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
C - Saleh sayılmış olanların Allahla və insanlarla yeni münasibətləri (Romalılar 5:1-21)

2. Ölümdən dirilmiş Olan Öz salehliyini bizdə tamamlayır (Romalılar 5:6-11)


ROMALILAR 5:6-8
6 Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. 7 Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. 8 Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.

Allahın qəzəbi və ədalətli mühakiməsindən bəhs edəndən sonra Paul bizi tövbəyə və mənliyimizi inkar etməyə gətirir. Belə ki biz imanla bəxş edilən salehliyi qəbul edək, əzəmətli ümiddən möhkəm tutaq, Allahın sadiq məhəbbətində qalaq. Xilası qəbul etmişiksə də, qürurlanmamaq üçün arada keçmişimizi yada salmalıyıq. Bütün ruhani ənamlar: sülh, lütf, məhəbbət, paklıq, iman, ümid və səbir bizim özümüzdən qaynaqlanmır və biz bəşəri səylərimizlə onları meydana gətirə bilmirik, onlar İsanın ölümünün nəticəsində yaranır. Axı İsa sevimli qardaşları üçün deyil, pozğun günahkarlar üçün Özünü qurban verdi! Allah bizi məhz bu cür görür. Hər birimiz, partlayışı ilə təkcə özünü yox, başqalarını da həlak edən şər bombasına oxşayırıq. Məsih bizi iyrəncliyimizə baxmayaraq sevdi və bizim uğrumuza öldü!

Allahın həlimliyində məhəbbətinin əzəmətini görə bilirik! İnsan başqasının yolunda vaxtını, pulunu, gücünü qurban verər, lakin həyatını qurban verməz. Vətən, yaxud ailə yolunda özünü fəda edənlər, övladı uğrunda canını verən analar olur, amma cinayətkarlar və ya düşmənlər üçün özünü fəda edən adam tapmaq mümkün deyildir!

Lakin müqəddəs Allahımız, biz hələ inadkar və asi düşmənləri ola-ola, bizi sevdi, Oğlu vasitəsilə günahkarlarla ünsiyyət qurdu və Onu öldürən qatillər uğrunda kəffarə qurbanı olaraq öldü! Bu, inancımızın tacıdır! “Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz”. İsanın bu sözlərindən anlayırıq ki, O, düşmənlərinə dost dedi, çünki O hər kəsi ölümə qədər sevdi!

Allahın bizə olan məhəbbəti böyükdür, biz hələ doğulmazdan, günah etməzdən əvvəl çarmıxda bütün təqsirlərimizi bağışladı. Biz saleh sayılmaq üçün artıq heç cəhd göstərməməliyik, yalnız ilahi lütfü qəbul etməli və saleh sayıldığımıza inanmalıyıq. Onda İsanın xilas qüvvəsi bizdə gerçəkləşir!

ROMALILAR 5:9-11
9 Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq. 10 Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. 11 Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.

Sevin və şadlan! İmanla Məsihə bağlandığımız üçün Allahın önündə saleh sayılmışıq! Şeytanın bizi ittiham etməyə haqqı yoxdur, çünki Məsihin qanı bədənimizi, canımızı və ruhumuzu təmizləyir və əbədi olaraq təmizləyəcəkdir, çünki məhkəmə günündə İsanın vəsatətçiliyi bizi Allahın qəzəbindən xilas edəcəkdir!

Paul bizi xilas olduğumuza inandıran aşağıdakı dərin mənalı həqiqətləri öyrədir:

Birinci həqiqət: Biz hələ Allahın itaətsiz düşmənləri ola-ola, Allahla barışdıq. Bu barışıq bizdən asılı deyil idi, biz bunun üçün heç nə edə bilməyəcəkdik, əlimizdən gələn hər şeyi etsək belə, buna layiq olmayacaqdıq. Allah bu barışığı bizə hədiyyə olaraq verdi, lütf ənamlarından biri kimi bəxş etdi. Beləcə bizim uğrumuzda bəşər olub ölən Allahın Oğlu vasitəsilə bu barışıq bizim üçün mümkün oldu!

İkinci həqiqət: Əgər İsanın ölümü bu qədər böyük inqilaba və köklü dəyişikliyə səbəb olubsa, Onun həyatı xilasımızda nə qədər böyük və təsirli iş görəcək! İndi ki biz Allahla barışdıq, bütün iradəmizlə, tam əzmimizlə, ürəkdən Onun iradəsini yerinə yetirmək istəyirik. Biz İsanı sevirik və Onun qüvvəsi bizdə işləyir. Allah Quzusuna iman edərək biz əbədi həyata nail olduq. Bu da Məsihin həyatıdır, Allah məhəbbətinin özü olan Müqəddəs Ruhdur. Bu ilahi ayələr ürəyimizi sülh, sevinc, əmin-amanlıq və həmd ilə doldurur. Rəbbin Ruhu izzətli gələcəyimiz üçün qoyulan girovdur, zira məhəbbətdə qalan adam Allahda qalır, Allah da onda qalır.

Üçüncü həqiqət: Paulun cəsarəti o qədər böyük idi ki, o, izzətin yüksək yerlərinə, hətta zirvəsinə qalxır və oradan “Allahla da fəxr edirik” deyirdi. Bunu dedikdə müqəddəs Olanın Özünün bizdə, bizim də Onda yaşadığımızı nəzərdə tuturdu. Çünki biz Onunla barışmaqla qalmadıq, lakin Allahın Özü olan Müqəddəs Ruh bədənlərimizi Allah-Taalanın məbədi etmişdir!

Bəs sən Allahın səndə olması ilə fəxr edirsənmi? Qəlbin sınsın, ey insan, çünki sən heçsən! Rəbbinə səcdə qıl! Sən yalnız ölümə və həlaka layiq olduğun halda, O səni Özü ilə şərikliyə gətirir! Gör, Məsihin ölümü səni necə ucaltdı, nə yüksək yerlərə qaldırdı!

DUA: Çarmıxa çəkilmiş İsada zühur edən böyük məhəbbətə səcdə edirik və öz bədənlərimizi bu ilahi məhəbbətin alətləri olaraq təslim edirik. Biz pozğun düşüncəli olduğumuz halda, Sən bizə məhəbbətlə əllərini uzadırsan! Biz özümüzü düşünmək istəmirik, lakin ilahi məhəbbət ümmanında qərq olmaq istəyirik!

SUAL:

  1. Allahın məhəbbəti necə zühur etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)