Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 028 (We are Justified by Grace)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)
3. İbrahim və Davud imanla saleh sayılmanın misalıdır (Romalılar 4:1-24)

c) Qanun əsasında deyil, lütf əsasında saleh sayılırıq (Romalılar 4:13-18)


ROMALILAR 4:13-18
13 Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi. 14 Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı. 15 Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur. 16-17 Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim». 18 Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».

Paul yəhudilərin səhvən sünnətə arxalanmasını puça çıxardandan sonra, xəyali salehliklərinin əsasında duran ikinci rüknün – Qanuna bağlanan ümidin də mənasızlığını göstərdi.

Səhradan keçmiş xalq Allahın əhd lövhələri üzərində taxt qurduğunu, Özünü bu lövhələr vasitəsilə tanıtdığını və aləmlər üstünə hökmranlıq etdiyini düşünürdü. Onlar Qanunun çoxsaylı tələblərinə riayət edəcəyini və Allahın onlarla olacağını ümid edir, lakin öz günahlarının nə qədər iyrənc və Allahın bütün insanlara qarşı olan məhəbbətinin nə qədər böyük olduğunu anlamırdılar. Qanunun kölələri olmuşdular, ürəkləri daşa dönmüşdü, ruhən kor olub, onlara qarşı Allahın qəzəbini görməmişdilər, aralarında yaşayan Məsihi tanımamışdılar!

Yaşayan Məsihə olan sadə imandan daha çox ənənələrə, qadağalara və ehkamlara əməl edilməsinə əhəmiyyət verən imanlılar cəmiyyətinin və ya camaatın vay halına! Zəif imanlı, məhəbbəti olmayan qanunpərəstdən yaxşıdır. Burada böyük sirr var – qanun-qaydalar qəzəbə səbəb olur, cinayətkarlığı artırır, cəzanı tələb edir! Buna görə müdrik tərbiyəçi öz evində və ya məktəbində çox qayda tətbiq etməz, çünki Məsih bizi sevgi, inam, səbir, və əfv üçün azad etmişdir və O istəmir ki, biz müəyyən qaydaların şərhini, tətbiqini və pozulması üçün verilən cəzaları öyrənməyə vaxtımızı sərf edək.

Paul qanunpərəstlərə bir daha sübut etdi ki, İbrahim Musaya Qanun verilməmişdən çox-çox əvvəl imanla saleh sayılmışdı. İbrahim Allaha iman etdiyi vaxt Qanun hələ yox idi. Əmrlər imanlılara haqq yolu göstərmək və qürurlarını sındırmaq məqsədilə daha sonra verildi. Allahın mərhəmətinə olan iman, ruhani həyatın əsasını qoyan, imanlını Allaha xidmət etməyə və yaxşı işlər görməyə ruhlandıran həqiqi qüvvədir. Qanun-qaydalara gəlincə, bunlar bizi əzərək, mühakimə edərək, cəzalandıraraq öldürür.

İbrahim o vaxt öz həyatı, hərəkətləri, Qanuna riayət etməsi barədə düşünmədi, ancaq Allahın vədini düşündü. O, Rəbbə ümid bağladı və bütün imanlıların misalı və ruhani atası oldu! İbrahim, bütün millətlərin onun vasitəsilə xeyir-dua alacağına dair vədə hələ uşağı olmamışdan əvvəl inanmışdı. Bu imanı sayəsində o, bir çox xalqları, millətləri, Paulun sözü ilə desək, “dünyanı irs aldı”!

Beləcə Müqəddəs Ruh adi bədəvi olan İbrahimin vasitəsilə xeyir-dua planını həyata keçirməyə başladı. Bu planın mərkəzində Məsih durdu və imanla saleh sayılanların hamısı Ona cəlb olundu.

Ola bilir ki, İbrahim böyük imanı sayəsində Əhdi-Ətiq şəxsiyyətlərinin əksəriyyətindən daha üstün oldu və Allah ona bütün millətlərin onun nəslindən xeyir-dua alacağını vəd etdi. Bu vəddə “nəsil” dedikdə Məsihin Özü nəzərdə tutulmuşdur! Burada işlənən ibranicə “toxum” sözü (“nəsil” mənasında) tək formada olduğundan, cəm mənasını vermir. Beləliklə, çarmıxa çəkilmiş Şəxsə imanla saleh sayılmış olanlar bütün xəzinəsi ilə göyləri irs alırlar, çünki Məsihə iman edərək Allahın həyatına, qüvvəsinə, xeyir-duasına şərik olurlar.

Gəl, Xilaskara tərəf dön və o zaman sən də ölümündən diriləcəksən! Onun kəlamında qalsan, Müqəddəs Ruh sənin daxilində və ətrafında yeni həyat yaradacaq. Əgər sənin cəmiyyətində Allahın vədinə iman varsa, bu iman günahdakı ölümə qalib gələcək və əvvəlcə var olmamış yeni şeylər yaradacaq, çünki Rəbb sənin imanına görə yaradır və hərəkət edir! Allah sənin iman və etimad dolu səsini eşidir, qəbul etdiyin Kəlam həm sənin özünü, həm də dünyanı dəyişdirəcək!

DUA: Ey Səmavi Ata, düşüncəmiz dardır, qanuna bağlıdır, biz başqalarını mühakimə edirik. Sən bizim ürəklərimizi genişləndir, Sənin Şəxsinə olan imanla doldur! Qoy Müqəddəs Ruh bizi azad etsin və biz məhəbbət və cəsarətlə dolaraq, günahlarda ölü olanları dirildək! Qoy xalqımız Sənə həmd eləsin! Bizdə iman yarat və bizim vasitəmizlə xilasedici işlərini gör! Amin.

SUAL:

  1. Niyə Qanuna riayət edənlər yox, Allahın vədlərinə iman edənlər xeyir-dua alırlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)