Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 089 (Paul’s Return to Jerusalem and Antioch)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

9. Paulun şərqə: Yerusəlimə və Antakyaya qayıtması (Həvarilərin İşləri 18:18-22)


HƏVARİLƏRİN İŞLƏRİ 18:18-22
18 Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi. 19 Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı. 20 Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı. 21 Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi. 22 Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi.

Rəbb İsa qulu Paul vasitəsilə Makedoniya və Yunanıstanda canlı cəmiyyətlər qurdu. Paul adətən bu cəmiyyətləri canlandırmaq, imanda möhkəmləndirmək üçün həmkarlarından birinin orada qalmasını təşkil edərdi. Vaxtilə Paul əmin oldu ki, onun Yunanıstandakı xidməti sona çatıb və Rəbbin Ruhu onu Yerusəlimdə və Antakyada olan cəmiyyətə qayıtmağa və yeni cəmiyyətləri bu ilk cəmiyyətlərlə əlaqələndirməyə çağırır, belə ki yeni cəmiyyətlər “müstəqil” olmasın.

Bəlkə də Paul vəhdətin qorunması üçün Yerusəlimdəki bacı-qardaşlara hər zaman Rəbbin onun vasitəsilə etdiyi böyük işlərdən onları xəbərdar edəcəyinə dair əhd etmişdi, belə ki onlar da Məsihin təntənəli zəfər yürüşünə şərik olsunlar. Biz Paulun Yerusəlimə qayıdanda niyə başını qırxdırdığını tam dəqiq bilmirik. Ancaq bir şey aydındır ki, o bunu Rəbbin lütfünü əldə etmək üçün etmədi. O yaxşı anlayırdı ki, lütf yalnız imanla verilir. Ola bilir, Paul bu əhdi ilə keçmişdə ona və bütün cəmiyyətlərə verilən lütfə görə Məsihə şükür etmək istəyib.

Akila ilə Priskilla Məsihin həvarisinin Korinfi tərk etdiyini eşidəndə, özləri də şəhəri tərk etməyi qərara aldılar. Bəlkə onlar Paulu işlə təmin etdiklərinə görə təqib olunduqları üçün belə qərara gəliblər. Hər halda, onlar birlikdə Suriyaya səyahət etdilər. Lakin gəmi bir müddət üçün liman şəhəri Efesdə lövbər atdı və ər-arvad orada qalıb bir emalxana açdılar.

Paul çoxdan bu şəhərdə Müjdəni yaymaq istəmişdi, amma Müqəddəs Ruh onu Asiya vilayətinə qoymamışdı. Gəmi Efesin limanında lövbər atdığı gün Paul bu şəhərə daxil oldu, şəhəri dolaşdı, orada gələcəkdə xidmət və müjdəçilik üçün imkanlar araşdırdı. Sinaqoqa gəlib yəhudilərə Tövratı izah etdi və onun izahı heyranlıqla qəbul edildi. Pauldan xahiş etdilər ki, gələn şənbə günü yenə sinaqoqa gəlsin.

Lakin Paul Yerusəlimə üz tutduğundan onların xahişini yerinə yetirə bilmədi. Efesdə onun üzünə xidmət qapısı geniş açılsa da, o, Yerusəlimi ziyarət etməli idi. Rəbbin səsi onu hələlik bu böyük mərkəzdən uzaqlaşdırdı, amma bir müddət sonra Efes, Türkiyədən Yunanıstana qədər uzanan bölgədə qurulan cəmiyyətlər zəncirinin çatışmayan halqası rolunu oynamışdır. Paul öz iradəsi ilə vəz etmədi, Rəbbin iradəsi ilə vəz etdi, necə ki həvari Yaqub öz Məktubunda yazmışdır (Yaq. 4:15). İkinci müjdəçi səyahətinin sonunda Paul bildi ki, növbəti, üçüncü müjdəçi səyahətində Efes şəhəri Müjdənin yayılması üçün hazırdır. Onun üçün artıq orada dolanacağını qazana biləcək bir iş də var idi və oradakı sinaqoq, bir çox başqa sinaqoqlardan fərqli olaraq, ona qarşı durmurdu, əksinə, onun onlarla qalmasını istəyirdi.

Beləliklə, ürəyində şükür edən Paul dəniz yolu ilə Fələstindəki Qeysəriyyəyə gəlib çatdı. O, Yerusəlimə, oradakı cəmiyyətdəki bacı-qardaşların yanına getdi, onları salamladı, sonra ortodoks yəhudi kimi məbəddə ibadət etdi. Yerusəlimdə uzun müddət qalmadı, onu başqa millətlərə Müjdəni yaymağa göndərən Antakya cəmiyyətinə qayıtdı. Məsihin adı çox ucaldı və Müqəddəs Ruhun peyğəmbərliyi möcüzə ilə gerçəkləşdi. Paul keçmişdə Barnaba ilə səyahət edəndə, onun heç bir planı yox idi, Müqəddəs Ruh onları yönəldirdi. İndi isə hər yerdə çoxlu cəmiyyətlər qurulmuşdu və sadiq ağsaqqallar təyin olunmuşdular. Müqəddəs Ruh çoxlarını xilas və təqdis etmişdi və Məsihin xilası daima qüdrətlə yayılırdı.

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə edirik, çünki Sən bütün dünyada cəmiyyətlər qurmusan! Bu, Sənin çarmıx ölümün sayəsində mümkün olub. Sən Müqəddəs Ruhunla elçilərini yönəltmisən və onlara qulaq asanları təqdis etmisən. Bizi yalançı və fırıldaqçılardan, fanatiklərdən, fəlsəfələrdən, ictimai qanun-qaydalara görə qürurlanmaqdan qoru, qoy biz Sənin Müjdənə bağlı olaq və adını ucaldaq, çünki Sən Xilaskarımız və gələcək Rəbbimizsən!

SUAL:

  1. Paul ikinci müjdəçi səyahətinin sonunda hansı dörd şəhəri ziyarət etdi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)