Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 076 (Paul’s Separation From Barnabas)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

1. Paulun Barnabadan ayrılması (Həvarilərin İşləri 15:36-41)


HƏVARİLƏRİN İŞLƏRİ 15:36-41
36 Bundan bir qədər sonra Paul Barnabaya dedi: «Rəbbin kəlamını elan etdiyimiz bütün şəhərlərə qayıdıb imanlı bacı-qardaşlara baş çəkək, hal-əhval tutaq». 37 Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar. 38 Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı özləri ilə götürməyi məsləhət bilmədi. 39 Onların arasında elə kəskin fikir ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı. 40 Paul isə Silanı seçdi və imanlı bacı-qardaşlar tərəfindən Rəbbin lütfünə əmanət ediləndən sonra yola çıxdı. 41 Onlar Suriya və Kilikiyanı gəzib-dolaşdı və cəmiyyətləri möhkəmləndirdi.

Allahın çağırışı olan yerdə Onun qüvvəsi elçilərində gerçəkləşir. Əgər bir xidmətçi Rəbb tərəfindən çağırılmadan xidmət edirsə, onun xidməti ölü və gücsüz olur, vəzifəsi yalnız zərər verir. Paul Antakyadakı yaxşı inkişaf edən bu cəmiyyətdə rahat otura bilmirdi, çünki onun vəzi ilə Müqəddəs Ruhdan doğulan Anadoludakı ruhani övladlarının surəti gözləri önündən getmirdi. Onlar hələ imanda körpə idi və düşmən mühitdə yaşayırdı. Buna görə Paul Suriya və Kiçik Asiyanın müxtəlif cəmiyyətlərinə mənsub olan bacı-qardaşları dünya səhralarındakı “səma vahələri” yaratmağa çağırırdı.

Paul mən özüm gedirəm demədi, birlikdə gedək deyirdi. O bilirdi ki, Müqəddəs Ruh onunla Barnabanı birgə xidmətə seçmiş və bu birgə xidmətə ağlasığmaz qüdrət və bəhrələr ilə xeyir-dua vermişdi. Onların arasında böyük olan Barnaba Paulun çox ağır və yorucu ikinci müjdəçi səyahətində ona yenə qoşulmağa, onunla birlikdə uzun yol gedib təhlükələrə məruz qalmağa, əziyyətlərə, təqiblərə dözməyə hazır idi. Lakin bu dəfə iki həvarinin birgə səyahəti Müqəddəs Ruh tərəfindən elan edilməyib, sadəcə olaraq Paulun özü tərəfindən təklif olunub, çünki Paul o cəmiyyətlərin həsrətini çəkirdi və oradakı bacı-qardaşlarla görüşməyə can atırdı.

Bəlkə də Barnaba bu dəfə yenə ilk öncə öz vətəni Kiprə getmək istədi, ancaq Kiprdə imanlılar cəmiyyətlərinin qurulması barədə heç bir şey oxumuruq. Lakin Paul “soyuq dəmiri döymək” istəmirdi, birbaşa münbit zəmilərə getmək istəyirdi. Güman ki, Qalatiyalılara Məktubda haqqında danışılan kədərli olay (Qal. 2:18) o günlərdə baş verib – Barnaba ilə Peter yəhudi mənşəli məsihiləri razı salmaq üçün vicdanlarına qarşı davranıb başqa millətlərdən olanlarla bir süfrəyə oturmaqdan imtina ediblər. Beləcə iki qrup arasında bölünmə daha ciddi olub, çünki bu iki həvari Qüdsdəki fanatiklərin söz-söhbətlərindən qorxaraq Qanuna üstünlük verib Müjdənin azadlığına zidd davranıblar.

Axırda Barnaba bacısı oğlu Yəhyaya Müjdə yolunda xidməti öyrətmək üçün onu yenə müjdəçi səyahətinə götürmək istəyəndə, Paul buna qəti etiraz etdi və iki təcrübəli qardaş arasında çox böyük fikir ayrılığı əmələ gəldi. Millətlərin həvarisinin gözündə gənc Mark qorxaq, zəif adam idi, xidmət üçün təhlükə yarada və xeyir-duaya mane ola bilərdi. Paul öz dediyində o qədər israr etdi ki, ona Cəmiyyətdə ata kimi olmuş Barnabanın sözünə belə qulaq asmadı. Barnaba çarəsiz qalıb bacısı oğlunu götürüb Kiprə getdi. Bu durumda Barnaba bir daha Allahın Padşahlığının bir xidmətçisi ilə Cəmiyyəti bir-birinə bağlayan xeyir-dualı halqa oldu. Bir neçə il öncə təzə imana gəlmiş Şaulu ondan qorxan həvarilərin şərikliyinə gətirən Barnaba bu dəfə Markın xidməti üçün faydalı oldu. O, Markın yanında qaldı və Mark məşhur müjdəçi oldu. Bu olaydan sonra Həvarilərin İşləri Kitabında artıq Markdan bəhs olunmur. Lakin Paul Məktublarında güclü imanlı Mark haqqında dostlarından biri kimi yazmışdır. Bu, güman ki, Barnaba vəfat etdikdən sonra olub və Mark Paulun və daha sonra Peterin səyahətlərində yol yoldaşı olmuşdur. Mark Müjdəsini də o yazmışdır.

Bu mübahisənin nəticəsində iki müjdəçi qrupu əmələ gəldi və hər ikisi haqlı idi. Lakin onların qarşılıqlı əfv və bərəkətlərində Allahın məhəbbəti özünü büruzə verdi. Paul səyahət yoldaşı kimi Silanı seçdi. Sila Yerusəlimdən Məsihə iman edən bir yəhudi idi, həvari məclisi onu Paulun fikrinin düzgünlüyünün şahidi olaraq təyin edib Paulla birlikdə Antakyaya göndərmişdi. Sila da Roma vətəndaşı idi və bu vətəndaşlığı Aralıq dənizi bölgəsində səyahətlərində çox faydalı idi. Sila Paulla birgə Saloniklilərə Məktubun həmmüəllifi idi və Paulla birgə zindanda əziyyət çəkməyi öyrəndi. Əhdi-Cədiddə oxuyuruq ki, daha sonra, Paul zindanda olduğu zaman, tərk edilmiş vəziyyətdə qalan cəmiyyətləri Peter ziyarət edib və çox güman ki, Sila da o vaxt Peterin yanında olub (1Pet. 5:12). Biz eləcə də Markın onlara qoşulduğunu oxuyuruq. Bu olaylar bizə bütün dünyada Cəmiyyətə yol göstərən, onu inkişaf etdirən Müqəddəs Ruhun əsrarəngiz hərəkatı ilə tanış olmağa imkan verir.

Antakyalı bacı-qardaşlar Barnaba ilə Paul arasındakı ixtilaflara görə çox əziyyət çəkdilər və durmadan dua etdilər. Paulun haqlı olduğunu hiss etmələrinə baxmayaraq, Barnabanın ata məhəbbətini duyan bu imanlılar yaşayan Məsihdən diləyirdi ki, onların ikisini də bağışlasın, xidmət üçün səlahiyyət və qüvvət versin və Rəbbin xeyir-duası onların hər ikisində zahir olsun. Ağsaqqalların əllərini onların üzərinə qoyduqlarını oxumuruq, bu dəfə onlar birinci səyahətlərindəki işlərini Rəbbin qüvvəsi ilə tamamlamaq üçün özləri yola çıxdılar.

İkinci uzun müjdəçi səyahətinə başlayan Paul nə məqsəd və nəticələrini bilirdi, nə də planlar qururdu. O sadəcə olaraq xidməti vasitəsilə Suriyanın şimalında və Tarsusun ətrafında qurulan bir çox cəmiyyətləri ziyarət etmək istəyirdi. Biz bilmirik, bu cəmiyyətlər hansı mərkəzlərdə yerləşir və necə adlanırdı, ancaq Rəbbin Antakya ilə Kiçik Asiya arasındakı ərazilərdə ruhani zülmətdə olan şəhərlərdə Müjdə çıraqlarını qoyduğuna sevinirik.

DUA: Ya Rəbb, Sənə şükür edirik, Sən aralarında mübahisə etmiş qardaşların bütün təqsirlərindən keçdin və onları yeni xidmətə təyin etdin. Bizi Müjdəni yaymaq əzmi ilə doldur və qüvvətləndir, qoy biz cəmiyyətlərimizdə rahat oturub dincəlməyək, ama yola çıxaq və Müqəddəs Ruh bizi yönəltdiyi kimi xilas Müjdəni yayaq!

SUAL:

  1. Paulun ikinci müjdəçi səyahətinin əsas məqsədi və səbəbi nə idi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:20 AM | powered by PmWiki (pmwiki-2.3.3)