Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 025 (Church Members having all Things in Common)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

13. İmanlılar Cəmiyyətinin müştərək həyatı (Həvarilərin İşləri 4:32-37)


HƏVARİLƏRİN İŞLƏRİ 4:32-37
32 İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. 33 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə ilə şəhadət edirdi və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. 34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, 35 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. 36 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif 37 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.

Müjdəçi Luka Peterin Əllinci Gün bayramında etdiyi vəzdən sonra erkən imanlılar cəmiyyətinin müştərək həyatını təsvir etdiyi kimi, burada da həmçinin şikəst adamın şəfa tapması və həvarilərin şəhadət etməsindən sonra bizə cəmiyyətin daxili həyatından gözəl təsvirini vermişdir. Çünki yalnız həvarilər deyil, bütün imanlılar Məsihin məhəbbəti ilə dolu idi və onların arasında olan əsil birlik aşağıdakı hallarla özünü büruzə verirdi.

1 – Erkən imanlılar cəmiyyətinin qüvvəsinin sirri həqiqi məhəbbətində idi. Bu məhəbbət ötüb-keçən hisslərdən ibarət deyil idi, Müqəddəs Ruhun səmərəsi idi. Məsihə olan iman onları ortaq məqsəddə birləşdirmişdi və müştərək duaları onları imanlılar cəmiyyətinin əsası olan Rəbbə get-gedə daha çox yaxınlaşdırırdı. Onlar dua vasitəsilə canbir qəlbdə həmfikir olurdular. Hər kəs başqasının hisslərini paylaşır, onlar bir-birinin dərdinə və sevincinə şərik olurdular. Onlar həqiqətən bir bədən olmuşdular, sanki ürəkləri birlikdə döyünürdü. Hər kəsin öz şəxsiyyəti olduğu halda, hər kəs özünü inkar edirdi və bu yolla onlar yeni ürəyə, vahid varlığa, ortaq həyata nail olurdular; o da imanlılar cəmiyyəti idi.

2 – Məsihi qardaşlıq böyük sirdir! O təkcə mal-mülk və pulla məhdud deyildir, hər şeydə əməli olaraq təzahür edir. Məsihilər bir-birindən yardım gözləmirlər, amma hər kəs möhtac qardaşın köməyinə yetişir. İlk məsihilər pulpərəstliyi ayıb, verməyi isə bəxtiyarlıq sayırdılar. Heç kim özü üçün çalışmırdı, lakin ənamları, pulları və mülkləri ilə hamıya xidmət edirdi. Rəbb imanlıları simiclikdən, paxıllıqdan, pulpərəstlikdən, mal-mülkünə güvənməkdən azad etmişdi. Luka İsanın pulpərəstliyə dair xəbərdarlıqlarını başqa müjdəçilərdən daha çox nəql etdi. Bu Kitabda Luka sevinclə şəhadət etdi ki, erkən imanlılar cəmiyyətində Allah məhəbbəti mülk sahiblərinin xudbinliyinə üstün gələrək imanlılara bütün mal-mülklərini bölüşməyi və əmlaklarından birgə istifadə etməyi öyrətdi.

3 – Onların hamısı Məsihin tez gələcəyini gözləyir və Onu qarşılamağa hazırlanırdılar. Onun gəlişini gözləyərkən həvarilər İsanın yaşadığına, onlarla birlikdə olduğuna və xilasını yerinə yetirdiyinə böyük güc və sevinclə şəhadət edirdilər. Onlar yaşayan Məsihə imanlarında güc tapırdılar. Onlar imanları ilə Məsihlə birlikdə ölümdən dirilmişdilər və Allahın onlarda məskən salmış həyatına şəhadət edirdilər. Onların yaydıqları, boş doktrin deyil idi, böyük və təsirli qüvvə idi.

4 – Rəbb onların şəhadətlərini təsdiqləyirdi və Onun adını iqrar edənlərdə lütfü getdikcə artırdı, belə ki onların bütün ənamlarında və sifətlərində Allahın qüvvəsi maneəsiz zahir olurdu. Allahın Ruhuna ürəyini açan imanlılarda fədakarlıq və məhəbbət Ruhu aşıb-daşırdı. Luka bütün imanlıların malik olduğu qüvvəni “böyük” və lütfü “bol” adlandırdı. Bu sözlərə İncildə o qədər də tez-tez rast gəlinmir, yalnız Rəbbin ənamlarının aşıb-daşması halında işlənir. Həvarilərin fəal şəhadətinin və cəmiyyətin müştərək həyatının sirrini buradan öyrənmək olar.

5 – Bu könüllü ruhani “sosializm”ində möhtac, fağır, kasıb, narazı, alçaldılmış və ya rədd olunmuş heç kəs qalmayıb. Lakin hər kəsə dərhal sevinclə, dua ilə və yaşayan Allahın qüvvəsi ilə yardım göstərilirdi. İmanlılar cəmiyyəti dua gücü ilə əziyyətlər və dərdlərə qalib gəlir, fikir ayrılıqlarını həmd və şükürlə həll edirdi. Müqəddəs Ruhun vasitəsilə yer üzündə səmavi zövqlər yaşandı. Həvarilər xalqının minlərlə möhtacları üçün xeyriyyə təşkilatı təsis etmədi, xeyriyyə xidmətlərini cəmiyyətin üzvləri ilə məhdudlaşdırdı. Çünki onlar özlərini bir ailənin üzvləri hiss edir və öz aralarında heç bir sıxıntıya yol vermirdi.

6 – Bu məsihi bacı-qardaşlar vətənlərinin göydə olduğunu anlayır və dünyəvi mülkiyyətə inanmırdılar; onlar mülk sahibi olmaq hüquqlarından imtina edərək mal-mülklərini öz xoşları ilə Allaha təslim etmişdilər, çünki hər şeyi yaradan Allahın hər şeyin Sahibi olduğunu bilirdilər. İmanlılar cəmiyyətini pul deyil, Müqəddəs Ruh idarə edirdi. Buna görə də biz burada yəhudi mənşəli imanlıların sərvət bütü “mamon”dan azad olduqlarını görürük, necə ki Məsih demişdir: “Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz” (Mat. 6:24).

7 – İmanlılar Cəmiyyəti ona verilən pulları israf etmirdi, ümumi kassasına qoyub, həvarilərin sərəncamına verirdi, çünki həvarilər hər şeyi qoyub, yoxsul olaraq İsanın yolunu tutmuşdular. Bütün imanlılar əmin idi ki, həvarilərdən heç biri o pulun bir hissəsini özünə sərf etməyəcək. Bundan əlavə, onları izzətə aparan Müqəddəs Ruh əsla bir haqsızlığa yol verməzdi.

8 – O vaxt imanlıların sayı artdığından həvarilər hamıya müraciət etmək üçün bir az yuxarı qaldırılmış yerdə oturmağa məcbur oldular. Təlim və vəzlərdən sonra imanlılar Allahın hamıya bəxş etdiyi nemətə görə şükür edərək həvarilərin ayaqları altına ianələrini qoyurdular. Bəs sənin Allaha minnətdarlığın nə dərəcədə səmimi və böyükdür?

9 – Həvarilər imanlılar cəmiyyətinin gələcəyini təmin etmək üçün böyük miqdarda pul yığmazdı, ianələri tez paylayardılar. Buna görə də onlar heyranedici vəziyyətdə idilər – kassaları həmişə boş olduğu halda, pulu heç vaxt tükənmirdi, necə ki Peter demişdi: “Nə qızıl, nə də gümüşüm var”. Beləcə onlar daima möhtaclara pul verir və xatırlayırdılar ki, Rəbb onlara bu pulu saxlasınlar deyə verməyib, yardım üçün sərf etsinlər deyə verib.

10 – Luka bizə Həvarilərin İşləri Kitabında bir neçə dəfə bəhs edilən Barnabba (9:27; 11:22- 30; 13:1- 2; 14:12- 28; 15:2) haqqında maraqlı məlumat verir. Barnabba adının mənası “təsəlli oğlu”, yaxud “təşviq oğlu”dur. Həqiqətən də, Barnabba Allahın Təsəllivericisi və Yardımçı olan Müqəddəs Ruhla dolu idi. Bu ənamı sayəsində o səbirlə insanları Rəbbə xidmət etməyə təşviq edirdi. Bu “təsəlli oğlu” əslən Kipr adasından olan bir Levili yəhudi idi. Vəd olunmuş Məsihin gəlişini gözləyən və Məsih gələcəyi zaman ölümdən dirilib Onunla görüşən ilk adamlar arasında olmaq arzusu ilə Yerusəlimdə dəfn edilmək istəyən başqa mömin yəhudilər kimi Barnaba, yaxud atası Yerusəlimdə çox bahalı bir torpaq sahəsi almışdı. Barnabba əsil Məsihi tanıdıqdan və Müqəddəs Ruh onda məskən saldıqdan sonra yəhudi ənənələrindən azad oldu və bahalı torpaq sahəsini satdı. Onun bu hərəkəti İsa Məsihin tez gələcəyini gözləməsinin əlaməti idi. Bu adam bütün pulunu müqəddəs şəhərə qoyub, bu dünyadakı həyatı üçün heç bir təminat saxlamamışdı. Satdığı torpaq sahəsindən əldə etdiyi bütün pulu heç dinmədən və qürurlanmadan həvarilərin ayaqları altına qoydu.

DUA: Ya Rəbb, məhəbbətin göylərdən ucadır və həqiqətin xudbin ürəkləri dəyişdirir! Pulumu qəbul et və tez gələcəyinə dair imanımı möhkəmləndir! Qoy mən ehtiyac içində olanların köməyinə yetişim və bizim imanlılar cəmiyyətimizdə heç bir yoxsul qalmasın!

SUAL:

  1. Erkən məsihi cəmiyyətinin hansı xüsusiyyətini öz həyatın üçün ən mühüm sayırsan?

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.3.3)