Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 249 (Peter Denies Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

16. Peter Məsihi inkar edir (Matta 26:69-75)


MATTA 26:69-75
69 Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin». 70 Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan». 71 Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi». 72 Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram». 73 Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir». 74 Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı. 75 Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

Peter əzm, cəsarət və sədaqətlə Məsihin ardınca getmək istəyirdi. Son dərəcə özünə güvənən bu həvari, Məsihi atıb qaçan başqa həvarilərdən fərqli olaraq, gizlənə-gizlənə, uzaqdan Məsihin ardınca getməyə davam edirdi. Peter Məsihin milyonlarca mələklərin yardımı ilə son anda qələbə çalacağını ümid edirdi. O özü də bu qələbədə iştirak etmək istəyirdi və Məsihin yeni Padşahlığında ən yaxın adamı olmağa can atırdı.

Çox adamı pis yoldaşları günaha çəkərlər. Bilərəkdən pis mühitin təsirinə düşən insanlar şeytana təslim olurlar. Onlar sınağa və düşmənin tələsinə düşəcəklərini gözləməlidirlər. Peterin başına məhz belə iş gəlib.

Peter baş kahinin həyətində onu tanımış adi bir xidmətçi qızın sorğu-sualına tab gətirə bilmədi. Qız camaatın içində Peterin bəlkə də İsanı xilas etmək ümidi ilə gələn şagirdlərindən biri olduğunu söylədi. Peter ona “Bilmirəm, sən nə danışırsan” – deyə cavab verdi. Beləcə İsanın Peterin inkarı barədəki peyğəmbərliyi yerinə yetməyə başladı.

Xidmətçi qızın sualı Peteri qorxutdu, çünki Peter həbs edilmə təhlükəsində olduğunu anlamışdı! Bununa belə, o özünü sakit apardı və bir azdan həyət girişinə tərəf getdi. İblis onun yanına daha bir qadın göndərdi. Qadın ondan şübhələnmişdi. Peter yalan danışıb Məsihi heç görmədiyini söylədi. Beləcə yalan yalanı gətirdi. Peter özünü inkar edib Məsihin uğrunda ölməyə hazır deyil idi.

Tonqalın ətrafında dayanmış kişilər, əsgərlər and içərək özünü müdafiə edən Peterə döndülər. Onu dövrəyə alıb dedilər ki, Qalileya ləhçəsi onu ələ verir və güman ki, o həqiqətən müttəhimin ardıcılıdır. Peter özünü qarğıyıb Allaha and içdi ki, Məsihi heç vaxt görməyib və tanımır.

Ancaq Məsih onu çox sevdiyinə görə, xoruzla ayıltdı. Xoruzun banlamasını eşidən Peterin yadına Məsihin peyğəmbərliyi düşdü. O anda nə qədər qorxaq və zəif, yalnız həlak olmağa layiq olan yaramaz adam olduğunu dərk etdi. Qəlbi sındı və o hönkür-hönkür ağladı. O vaxt Peter öz qüruruna münasibətdə öldü, özündən arxayınlığı tamamən yox olub getdi.

Bəs sənin qürurun və özündən arxayınlığın üçün xoruz banlayıbmı? Sən ətrafındakı imansız insanlara əhəmiyyət vermədən Məsihin yaşayan Allahın Oğlu olduğunu söyləməyə cəsarət edirsənmi?

DUA: Ya Rəbb İsa Məsih, özümüzdən arxayın olduğumuza görə bizi bağışla! Qoy yalnız Allaha inamımız olsun və biz sınaq vaxtında Onun həqiqətinə bağlı olaq! Bizə hər cür yalandan, o cümlədən guya “faydalı” olandan da uzaqlaşmaqda kömək ol! Qoy biz iqrar edək ki, Sən Allahın Oğlusan və susmağımızla belə Səni inkar etməyək!

SUAL:

  1. Niyə Peter Rəbbini üç dəfə inkar etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:17 AM | powered by PmWiki (pmwiki-2.3.3)