Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 191 (Parable of the Wicked Vinedressers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)
5. İsa ağsaqqallara üç məsəl danışır (Matta 21:28 - 22:14)

b) Pis bağbanlar məsəli (Matta 21:33-41)


MATTA 21:33-41
33 Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. 34 Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. 35 Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər. 36 Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. 37 “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. 38 Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. 39 Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. 40 Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» 41 Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».
(Mark 12:1-12; Luka 20:9-19; Yeş. 5:1-2; Mat. 26:3-5; Yəh. 1:11)

Allahın ağlasığmaz məhəbbəti barədəki bu məsəl vasitəsilə İsa düşmənlərinə xəbərdarlıq etdi. Yəqin ki, bu məsəldəki kimi faydasız bağbanlarına dözən bağ sahibi dünyada yoxdur!

Lakin Allah inadkar yəhudilərə min il boyunca səbir göstərdi! Onun səbrindən nə qədər mərhəmətli olduğunu anlayırıq. Çünki O, itaətsiz və acgöz xalqa dəfələrlə peyğəmbər və elçilərini göndərirdi. Xalq isə onları rədd edib öldürdü.

Allah Öz xalqını qorumaq üçün qala divarı kimi Musanın Qanunu ilə əhatə etmiş, qalanın içində isə məbədi və qurbangahı yerləşdirmişdi. Lakin bu tədbirlərin xeyri olmadı, çünki insanların ürəkləri daşa dönmüşdü, onlar dəyişmək istəmirdi.

Axırda Allah Oğlunu göndərdi. Məsih Allahın son Elçisidir. Məsihdə Allah Özü pis günahkarları xilas etmək üçün yer üzünə gəldi. Məsih bu məsəldə Özünü “Allahın Oğlu”, Atasını da Üzüm bağının Sahibi adlandırdı. Bu, Məsihin yəhudi ali məclisinin nümayəndələrinə verdiyi açıq cavabı idi. İndi onlar Kimin İsaya bu səlahiyyəti verdiyini anlamalı idilər. İsa var gücü ilə çalışdı ki, yəhudilər Ona Allahın Oğlu kimi tabe olsunlar.

Bu məsələ əsasən, bağbanlar cəhənnəm ruhuna uyaraq Allahın Oğlunu öldürmək üçün əlbir olublar. Şeytanın məqsədi Allahı və ardıcıllarını məhv etməkdir. Şeytan mərhəmət nədir, bilmir. Şeytanın səmərəsi yalnız nifrət, ümidsizlik, şərdir.

Axırda Allahın məhəbbəti pis ruhları və onların istədiyini edənləri yox edəcək. Allah əbədi olaraq rəhm etməz, bağışlamaz. Bu dünyada sən bu gün sağsan, sabah ölü olacaqsan. Allahın Oğlunu rədd edənlər cəhənnəm yolunu tuturlar, Allahın Oğluna tabe olanlar, sədaqət və məhəbbətlə qulluq edənlər Atanın Padşahlığına daxil olacaqlar. Sən öz həyatınla Məsihə nə cür meyvə verəcəksən, Onun xilası və çarmıxı üçün necə şükür edəcəksən?

DUA: Ey Səmavi Ata, Səni ucaldırıq, sədaqət və məhəbbətinə, Yaqub övladlarına qarşı səbrinə görə şükür edirik. Biz onlara baxıb Sənin nə qədər çox mərhəmətli və səbirli olduğunu öyrənirik. Hədsiz xeyirxahlığın üçün Sənə minnətdarıq. Eyni zamanda yəhudilərin cəzalanmasından da ibrət almalıyıq – Sən onlara ciddi cəza vermisən. Onları necə mühakimə etdiyinə baxanda anlayırıq ki, biz də tövbə edib Oğlunu qəbul etməsək, həyatımızla Ona yaxşı meyvə verməsək, cəzalandırılacağıq. Bizə rəhm elə, qoy biz sevinclə, bütün ürəyimizlə İsanı qəbul edək, Ona səcdə qılaq, necə ki Sənə sevinc və sonsuz minnətdarlıqla səcdə qılırıq!

SUAL:

  1. Pis bağbanlar məsəlindən nə öyrəndin?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:03 AM | powered by PmWiki (pmwiki-2.3.3)