Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 169 (Parable of the Unforgiving Servant)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

e) İnsafsız qul məsəli (Matta 18:23-35)


MATTA 18:23-27
23 Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. 24 Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. 25 Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. 26 Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. 27 Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.
(Neh. 5:5)

Məsih tam bağışlamaq əmrini izah etmək üçün quluna çox böyük məbləğdə borc verən padşah barəsində məsəl danışdı. Borcun məbləği, bu günkü pula çevirsək, təqribən iyirmi milyon dollara bərabər idi. Hamımız bu qula bənzəyirik, çünki bizə bə çox verilib: beyin, gözlər, qulaqlar, əllər, iradə. Bütün bunlar çox qiymətlidir. Sən Allahdan əmanət aldığın bədən, can və ruhun üzərində idarəçisən. Hətta sənin öz ailən, pulun, gücün, vaxtın – bütün bunları sən gözəl nemətlər verən Allahdan almısan. Buna görə bütün həyatından məsuliyyət daşıyırsan və Allaha cavab verəcəksən.

Bu məsəldə Məsih bizə gələcək hesab gününün mənzərəsini açıq şəkildə vermişdir. Biz Onun ənamlarına o insafsız qul kimi yanaşsaq, Allah üçün yox, özümüz üçün yaşayarıq və Allahın bizə əmanət etdiyini Ona qaytara bilmərik. Onun ənamlarından necə istifadə etdiyini diqqətlə yoxla. Sən Allah üçün, yoxsa özün üçün yaşayırsan? Müqəddəs Ruhun rəhbərliyi ilə möhtaclara xidmət edirsənmi, yoxsa həmişə öz ailən üçün çalışırsan? Ehtiyatlı ol! Allahın sənə əmanət etdiyi həyatın hər anı üçün Ona hesabat verəcəksən. Bütün günahlarını Ona etiraf etməsən, Onun önündə duranda, Onun verdiyini boş yerə sərf etdiyindən pis vəziyyətdə olacaqsan, dilin tutulacaq, həlak olduğunu anlayacaqsan.

Padşah qulunu məhkəməyə verdi, onun bütün borcunu ödəyincəyə qədər arvad-uşağı ilə birlikdə köləliyə satılmasını əmr etdi. Sənin vəziyyətin də belədir. Sən də günahlarına görə mühakimə edilməlisən və təkcə özündən deyil, ailəndən də məsuliyyət daşıyırsan.

Qul cəzasını eşidəndə ağasının önündə yerə sərildi, yalvar-yaxar elədi, itaətsizliyini etiraf etdi. Bəs sən nə vaxt Allahın önündə yerə sərilib Onun səni və ailəni xilas etməsi üçün yalvararsan? Nə vaxt müqəddəs Olana “Bağışla!” deyə fəryad qopardarsan, axı sən də o insafsız qul kimi yaşayırsan? Sən günahlarını etiraf etsən, Allah bu saat sənin tövbə duanı eşidəcək və bütün günhalarından keçəcək. Allahın böyük mərhəmətinə iman edən hər kəs çarmıxa çəkilən Məsihi görəcək və Onun Öz qanı bahasına bütün ruhani borclarını tamamilə ödədiyini dərk edəcək. Məsih öləndən sonra biz bilirik ki, Allah həqiqətən də günahlarımızı bağışladı. Buna görə sən bağışlanmağı Ondan imanla dilə, çünki əgər çarmıxa bağlı qalsan, mütləq bağışlanacaqsan.

DUA: Ey Səmavi Ata, mənə rəhm et, mən qəzəbinə layiq olan günahkaram! Natəmizliyimi, yalanımı, kinimi Oğlunun ölümü naminə bağışla. Bütün niyyətlərimi təqdis et. Təqsirlərimizi bağışladığına, bizi təmizlədiyinə, mühakimə etmədiyinə, əksinə, lütfündə əbədi olaraq hifz edəcəyinə görə Sənə şükür edirəm!

SUAL:

  1. Padşah insafsız qulu niyə və necə bağışladı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:58 AM | powered by PmWiki (pmwiki-2.3.3)