Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 153 (Jesus First Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

l) İsa ilk dəfə ölümü və dilirməsi barədə danışır (Matta 16:21-28)


MATTA 16:25
25 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq.
(Mark 8:35; Luka 9:24; Rom. 12:11)

Dünya müasir sivilizasiyasını, elmləri ucaldır, rifah üçün əlləşir, insanlar böyük şəhərlərə axışırlar, lakin unudurlar ki, ilk şəhər salan adam qardaşını qətlə yetirmiş Qabil idi, Sodom və Homorranın sakinləri də rahat və firavan ömür sürmək arzusuyla açıq əxlaqsızlıqla məşqul olub. Bizim zəmanəmizdə bundan əlavə olaraq müasir texnika suyu, havanı, torpağı çirkləndirir. Biz sanki zibillik içində yaşayırıq. Dünya özünü məhv etməyə yönəlir və bu özünüməhv prosesində halala haram, harama isə halal deyən ayrı-ayrı şəxslər iştirak edirlər. Bu şər bizim qaranlıq dolu nəfsimizdən irəli gəlir. Rifah içində həyat sürməyi davam etdirən hər kəs öz-özünü məhvə aparır. Bununla belə, insanlar ürəklərini dəyişmədən var gücləri ilə yer üzündə cənnət yaratmağa çalışırlar. Nəticədə hər cür murdarlıq əmələ gəlir. Yeganə ümidimiz özümüzdən imtina etmək və Müqəddəs İncilin nurunda öz fikirlərimizi mühakimə etməkdədir.

O zaman biz Məsihdə həyata nail olacağıq. Məsih ayrı-ayrılıqda insanları və xalqları Özünün həlimlik, razılıq, iffət üzərində qurulmuş Padşahlığına görə dəyişdirir. Onun Padşahlığına doğru-dürüst, bir-birini sədaqətlə səmimi sevən və bir-birinə yadrım edən insanlar daxil olacaqlar. Lakin bu cür ruhani oyanış özündən imtina etməkdən və xudbinliyini sındırmaqdan başlayır.

Aldanmayın, televiziya ekranlarında və jurnalların səhifələrində həqiqi həyat tapa bilməzsiniz. Onlarda təsvir olunanlar gerçək deyildir. Məhəbbət və fədakarlıq olmadan həqiqi həyat ola bilməz. Məsihin xatirinə öz şəhvətlərinə münasibətdə öl, öz həyatını yaddan çıxart, özünü tamamilə Ona təslim et. Onda Allah sənə Məsihdə müqəddəs qüvvə, enerji və sevinc dolu Öz həyatını verəcək və sən dərd və kədər dolu bu dünyada Onun Padşahlığının qurulmasında iştirak edəcəksən. Məsihlə birlikdə yaşayan adamın bol həyatı var. Belə insanın həyatı dərin məna ilə dolur. Onu düşünmədən kefi istədiyini eləyən adam isə səthi həyat sürür, əsil dərin sevinci dadmır. Öz hüquqlarında təkid edən, imtiyazları üçün mübarizə aparan adam ürəkdə sakitliyi itirir, Məsihə xidmət edən, Onun uğrunda əziyyət çəkən adam isə sülh və sevinc içində yaşayır.

Cəmiyyət millətin əmin-amanlığı üçün, hakim dairələr də öz rifahı üçün çalışır, bu məqsədlə mübarizə aparır və adam öldürməyə də hazır olur. Məsih isə bizə həm öz xalqımızın, həm də inkişaf edən qonşu ölkələrin mənfəəti üçün səy göstərməyimizi əmr edir. Təkcə özünüzü yox, aranızda olan yoxsul və möhtacları da düşünün. Lakin ən önəmli iş, insanlara Müjdəni vəz etməkdir. İnsanlar özlərindən imtina etməyi, səylə çalışmağı, cəmiyyət qarşısında cavabdeh olmağı öyrənməlidirlər. O zaman Məsihin lütfü ilə, Onun Ruhunun rəhbərliyi altında yaşaya-yaşaya Allahdan bərəkət alacaqlar.

DUA: Ya Rəbb İsa, Sən həlim və qəlbən itaətkarsan. Sən Özünü Səmavi Atanın iradəsinə təslim etdin. Bizə kömək et ki, pulu, sərvəti yığmaqla, öz hüquqlarımızda təkid etməklə başımızı qarşıdırmayaq, əksinə, özümüzdən imtina edək, aza qane olaraq, itaətkar və dinc həyat sürək! Nəyin bahasına olur-olsun Müjdəni yaymaq üçün bizi qüvvətləndir!

SUAL:

  1. Həqiqi həyatı necə əldə edə bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)