Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 152 (Jesus First Prediction of His Death and Resurrection)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

l) İsa ilk dəfə ölümü və dilirməsi barədə danışır (Matta 16:21-28)


MATTA 16:24
24 Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin...»
(Mat. 10:38-39; Mark 8:34; Luka 9:23; 1Pet. 2:21)

Başqasından imtina edən adam özünü elə aparır, guya onu heç tanımır. Məsih Onun ardınca gəlmək istəyən hər kəsə özündən imtina etməyi buyurur. Yəni Məsih hər ardıcılından özünün Allahın iradəsinə zidd olan arzu və ehtiraslarına reaksiya verməməsini, lakin cismani təbiətinə xas olan xudbinliyini rədd etməsini tələb edir. Allah istəyir ki, biz öz arzularımızı qoyub Onun iradəsi və Padşahlığını axtaraq, qəzet və televiziyada cəlbedici elanlara, bizdə şəhvət hissi oyadan şəkillərə baxmayaq. Allah bizi “özlüyümüz”dən, xudbinlikdən azad edir, Səmavi Ataya tərəf döndərir, ehtiyac içində olanlara xidmət etməyə yönəldir.

Bu cür “özündənimtina” insanı aldanaraq öz-özünü xilas edə biləcəyini düşünməkdən qurtarır. Yaxşı işlər pis əməlləri silib aparmır, çünki Allahın müqəddəsliyinin yanında yaxşı işlər başdan-başa xudbinlik kimi görünür. Əgər Məsih bizim vasitəmizlə işləmir, amma biz özümüz yaxşı işlər görürüksə, bunlar Allahın nəzərində xudbinlikdir. Biz xəyali hüquqlarımızdan imtina etməsək, Allahın nurunda özümüzü aşağı tutub heç olduğumuzu etiraf etməsək, qürurun qurbanı olacağıq.

Məsih gələcək əzabı və ölümü xəbərindən və Peterin şeytan adlandırılmasından hələ sarsıntı keçirən şagirdlərinə rəhm etmədi, özündən imtina edib çarmıxını daşımaq əmri ilə onları daha da qorxutdu.

Məsihin ardıcılları təkcə özündən imtina ilə kifayətlənməməli, eləcə də sevinə-sevinə çarmıxını götürüb Məsihin qüvvəsiylə daşımalıdırlar. İsa burada Öz çarmıxından danışmır, amma hər ardıcılının şəxsi çarmıxından bəhs edir. Romalıların amansız edam aləti olan çarmıx çox vaxt öz ağalarına üsyan etməyə cəhd edən dikbaş qulların cəzalandırılması üçün xidmət edirdi. Əcnəbi oğrular da çarmıxa çəkilirdi. Məsih burada öyrədir ki, biz Allahdan uzaqlaşdığımız, Qanununu tapdaladığımız, lütfkarlığına qarşı çıxdığımız üçün dəhşətli ölümə layiqiq. Hər insan bu saat çarmıxda əzab çəkməyə layiqdir! Bu etiraf günahlarımıza, iradəmizə, niyyətlərimizə də şamil olunur. Məsih istəyir ki, biz öz-özümüzü mühakimə edək və çarmıx ölümünə Onun yox, bizim layiq olduğumuzu boynumuza alaq. Onda bizdə qürur qalmayacaq, biz bizim uğrumuzda çarmıxda ölən və şikayət etmədən günahlarımızı Öz üzərinə götürən İsaya şükür edə biləcəyik. Həvari Paul “Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır” demişdir. Yalnız özündən imtina edən, çarmıxını götürüb İsanın ardınca gedən adam öz həyatında Onun lütfünün qüdrətini görəcək. Özünü saleh, güclü, gözəl, Allaha məqbul sayan heç kəs İsanın adrınca gedə bilməz. İnsanın gücü və müdrikliyi tükənəndə Allahın qüvvəsi zəifliyimizdə tamamlanır. Ruhən yoxsul olanlar bəxtiyardırlar, çünki Səmavi Padşahlıq onlarındır.

DUA: Ey Səmavi Atamız, Sənin Oğlun bizə daim qəlbimizi sındırıb öz-özümüzü mühakimə etməyi, Sənin övladın adlanmağa layiq olmadığımızı etiraf etməyi öyrədib. Lakin eyni zamanda biz onda təsəllə tapırıq ki, Oğlun bizim Sənin önündə saleh sayılmağımız üçün bizim uğrumuzda çarmıxda öldü. Bizə kömək ol, həqiqətən özümüzdən imtina edək, sevinə-sevinə çarmıxımızı götürüb İsanın getdiyi hər yerə ardınca gedək və Onunla birlikdə çarmıxa çəkilməyi öyrənək!

SUAL:

  1. Özündən imtina etmək və çarmıxını götürmək nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:54 AM | powered by PmWiki (pmwiki-2.3.3)