Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 138 (Feeding the Five Thousand)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

b) Beş min nəfərin doydurulması (Matta 14:13-21)


MATTA 14:13-21
13 İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. 14 İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi. 15 Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar». 16 Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». 17 Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». 18 İsa «onları buraya, Mənə gətirin» dedi. 19 Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. 20 Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. 21 Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.
(2Pad. 4:44; Mark 6:31-44; Luka 9:10-17; Yəh. 6:1-13)

Vəftizçi Yəhyanın ölümü İsanın şagirdlərini xeyli çox qorxuya saldı, çünki onlar da keçmişdə bir müddət Yəhyanın şagirdi olmuşdular. Buna görə İsa həvariləri ilə dua üçün tənha bir yerə çəkildi. İsa onları öyrətdi ki, onlar həvari kimi hər zaman imanlılarla birlikdə olmayacaqlar, lakin hər zaman həqiqəti elan edəcəklər, hətta əgər bu yolda ölməli olsalar belə.

Məsihin şagirdlərlə dincəlməyə çox az vaxtı oldu. Tezliklə camaat onların yanına gəlməyə başladı. İnsanlar peyğəmbər kimi şöhrət qazanmış Vəftizçi Yəhya qətlə yetirildikdən sonra İsadan təsəlli, məsləhət, qüvvət axtarırdı. O gün İsanın yanına gəlib toplaşan xalqın təkcə kişi sayı beş mindən artıq idi, bundan əlavə kişilərin yanında qadınlar və uşaqlar da var idi. Onlar Allahın Kəlamını eşitmək üçün böyük həvəslə gəlmişdilər.

Sən ətrafındakı insanların nə qədər xilasa can atdıqlarını təsəvvürünə gətirə bilməzsən. Onlara rəhmin gəlmirmi? Sən, içində fəal olan Allahın qüvvəsi ilə itmişlərə onları sevdiyin qədər xidmət edə bilərsən. Xilaskar barəsindəki şəhadətin də insan ürəklərini azad edər.

Məsih insanlara nəinki rəhm edirdi, həm də yardım göstərirdi. Çoxları xəstə idilər və İsa onlara şəfqətlə şəfa verdi. Çünki O, dünyaya böyük Həkim olaraq gəldi.

Axşam düşəndə şagirdlər narahat olmağa başladı, amma İsa qüvvətli vəzini bitirməmişdi. Ac camaatın qarışıqlıq salacağından qorxan şagirdlər Məsihə yalvarmağa başladılar ki, insanları evlərinə göndərsin. Lakin Məsih “onlara yeməyi siz verin” dedi. Onlar çox az yeməkləri olduğunu söylədilər. Məsih sənə də buyurur: “Çörəyini yoxsul adam üçün kəs və hamıya Müjdəni danış, qoy hamı doysun. Əlində nə varsa, onlarla bölüş!”

Sən də şagirdlər kimi əlində çox az yemək olduğunu, hamıya bəs eləməyəcəyini etiraf etsən, zərəri yoxdur. Səndə az da olsa, Allahın bəxşişləri varsa, sən bəxtiyarsan! Bu nemətləri Məsihin sərəncamına ver, qoy Məsih onlara xeyir-dua versin, o zaman minlərlə adam yeyib-doyacaq.

İsanın nə etdiyinə diqqət ver. İlk öncə camaatı oturtdu. Sonra şagirdlərinin əlində olan az yeməyi götürüb Səmavi Atasına ürəkdən şükür etdi. Möcüzənin sirri budur ki, O, aza görə şükür etdi və bolluq oldu. Bundan sonra İsa imanla çörək kəsib paylamağa başladı və hamı doyana qədər qurtarmadı. Axırda on iki dolu zənbil yemək qaldı, salehlik üçün acmış on iki qəbilə üçün kifayət idi.

Məsih, yeməyin qalığını zibilə tullayan bəzi varlı adamlardan fərqli olaraq, qalan çörək tikələrinin atılmasına, yerdə qalıb zay olmasına icazə vermədi.

Xeyir-bərəkət əldə etmək üçün hər neməti Məsihə gətirib Onun sərəncamına vermək lazımdır. Hər şey Onun kəlamı və dua ilə təqdis olunur (1Tim. 4:5). Rəbb İsaya verdiyimiz şey bizə yəqin ki bərəkət, yarar və ləzzət verəcək. Yaxşılıq üçün etdiyimiz hər şeyi ilk öncə Məsihin sərəncamına verməliyik ki, O bunu bizdən qəbul etsin və xeyir-dua versin.

Allahın xeyir-duası azı çoxalda bilər. Allah əlimizdə olana xeyir-dua verməsə, biz yediyimiz halda, doymaya bilərik (Haq. 1:6).

Bəs sən, sənə verdiyi aza görə Rəbbə şükür edirsənmi? Bütün ənamlarını, istedadlarını, vaxt və pulunu səni xilas edən İsaya minnətdarlıqla təslim et və çoxlarının sənin az gücündən necə qüvvətləndiyinə heyrətlənərsən.

DUA: Ey Ata, iman və məhəbbətimizin azlığından xəcalət çəkirik. Bizə kömək ol, fiziki çörəyə və ruhani qidaya ehtiyacı olan çoxlarını görək və məhdud imkanımızla onlara yardım göstərək! Bizə xeyir-dua ver və eləcə də çoxlarının xilas olub əbədi həyata nail olması yolunda hər fədakarlığımıza xeyir-dua ver! İman və məhəbbətimizi möhkəmləndir, qoy Sənin qüdrətin bu gün aramızda işləsin!

SUAL:

  1. İsa beş min adamı doyurmaq üçün bəs edəcək çörəyi haradan aldı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:52 AM | powered by PmWiki (pmwiki-2.3.3)