Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 098 (Fundamental Principles of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

a) Müjdənin vəz edilməsinin əsasları (Matta 10:5-15)


MATTA 10:5-6
5 İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6 amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin.
(Mat. 15:24; Mark 6:7-13; Luka 9:2-6; Həv. 13:46)

Məsih xidmətinin ilk hissəsində seçilmiş On İki şagirdi bütün dünyaya göndərmədi, ancaq həmvətənlərinə göndərdi, çünki başqa xalqlar hələ Müjdəyə hazır deyil idi və Müqəddəs Ruh hələ bütün xalqlardan olan insanların üzərinə enməmişdi. Məsih Öz Padşahlığını ilk öncə itmiş yəhudilərə elan etdi və onları tövbəyə və yaşayan ümidə çağırdı, çünki Allah onların atalarına vədlər vermişdi.

Məsih “əcdadlarının xatirinə Onun üçün sevimli” (Rom. 11:28) olan İsrail xalqına xüsusi qayğı göstərdi. O bu xalqa rəhm edir, itmiş qoyunlar kimi baxırdı; Yaxşı Çoban olaraq onları günah yolunda axtarıb tapmalı, Özünə tərəf döndərməli idi, yoxsa onlar əbədi olaraq həlak olacaqdılar!

Bəziləri bunda ziddiyyət görürlər. Məsih Mat. 10:5-6-da Öz şagirdlərinə yalnız İsrail xalqının itmiş qoyunlarının yanına getməyi buyurur və Mat. 15:24-də də “Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm” deyir, lakin Mark 16:15-də onlara “Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin” deyir.

Bunu belə izah edəcəyik ki, Məsih həvarilərə büdrəməmələri üçün əvvəlcə İsrail xalqına vəz etməyi buyurmuşdu, sonra isə bütün başqa xalqlara da vəz etməyi əmr etdi. Müqəddəs Kitab ümumiyyətlə öyrədir ki, ilk öncə imanlıların qayğısına qalmaq və bundan sonra başqalarına Müjdəni yaymaq lazımdır. Bu ayələr bir-birinə zidd deyil, sadəcə olaraq İsrail xalqının Müjdəni ən birinci eşitməli olduğundan bəhs edilir.

MATTA 10:7-8
7 Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8 Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın.
(Mat. 4:17; Mark 16:17; Luka 10:1-12)

Həvarilərin vəzi iki hissədən ibarət idi: söz və əməl. Onların sözləri Məsihin Özü, səlahiyyəti, həqiqəti, Ruhu və nizamı haqqında idi. Şagirdlər öz Müəlliminin şəxsiyyətinin, şəfqətinin, qüvvəsinin təsiri altında idilər. Onlar gördüklərinə, yaşadıqlarına şəhadət etdilər və Allahın Padşahlığının gəlməsinin Məsihin Şəxsindən başlandığını dərk etdilər. Buna görə də onların vəz etdikləri “Səmavi Padşahlıq yaxınlaşıb” müjdəsi Vəftizçi Yəhyanın nitqlərindən xeyli fərqlənirdi, çünki onlar İsanın ilahi Padşah olduğuna əmin olmuşdular. Onlar uzaq bir Padşahlığı elan etmədilər, lakin Allahın Sevimlisi olan Padşahın onların arasına gəlmiş olduğunu müjdələdilər.

Məsihin şagirdləri təkcə danışmaqla kifayətlənmədilər, həmçinin onlara ənam edilən Məsihin qüvvəsini, səlahiyyətini nümayiş etdirdilər. Müjdə, boş sözlərdən, quru məlumatlardan ibarət deyildir, ilahi qüvvədir.

Bu həqiqət bəlağətli nitqlər danışan, lakin qüvvəsi olmayan vaizlərin puç olduğunu göstərir. Məsih o vaxt həvarilər vasitəsilə qələbə çaldığı kimi, bu gün də xidmətçiləri vasitəsilə qələbə çalmaq istəyir, lakin insanların iman qıtlığı, qüruru və daşa dönmüş ürəkləri ucbatından bir çox möcüzə və əlamətlər edə bilmir, çünki bu yalnız imanlıların tam məhəbbət və güclü imanları olduqda mümkündür.

MATTA 10:8-10
8 Müftə aldınız, müftə verin. 9 Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10 Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir.
(Say. 18:31; Həv. 20:33; 1Kor. 9:14; 1Tim. 5:18)

İnsanlar vicdanla etdikləri işin haqqını almağı arzu edirlər. Hər kəs sabit bir vəzifədə çalışmaq istəyir. Lakin əlindəki ilə kifayətlənən Səmavi Padşah Onun Kəlamını yaymağa göndərdiyi elçilərə əmək haqqı almağa icazə vermədi. O onlara əvəzsiz olaraq xidmət etməyi, Məsihə güvənərək yaşamağı, öz pullarına, mal-mülklərinə və ya maliyyə qoyuluşlarına ümid bağlamamağı əmr etdi. Məsih səni pulpərəstlikdən azad edir ki, sən yalnız Onu sevəsən və Onun sənə daima qayğı göstərməsinə güvənəsən.

Hər cür xəstəlikdən əziyyət çəkən xəstələrə şəfa vermək səlahiyyəti olan adam asanlıqla varlana bilər, çünki insanlar şəfa üçün heç pul əsirgəməzlər. Buna görə Məsih şagirdlərinə xəbərdarlıq edir ki, möcüzə yaratmaq səlahiyyətindən öz maddi mənfəəti üçün istifadə etməsinlər. Onlar insanlara “müftə” şəfa verməli və bu yolla lütf, özü də “müftə” - əvəzsiz olaraq bəxş edilən lütf əsasında qurulan yeni əhd Padşahlığının xarakterini əməldə göstərməli idilər.

Məsih həmçinin həvarilərin əlavə paltar və ayaqqabı almalarına icazə vermədi, çünki onların xidmətlərində ağır çamadanlarından asılı olmalarını, bu dünyanın qayğılarının yükü altında əzilmələrini istəmirdi. Xidmətə olduğun kimi get. Sənin xüsusi alətlərə, silahlara ehtiyacın yoxdur, çünki Allahın mələkləri səni qoruyur. Sən, dinləyicilərinə Allahın qüvvəsini təqdim edəndə və onlar ruhən və cismən xilas olanda, Allaha şükür edə-edə sənə də yaxşılıq edəcəklər və Allah sənə lazım olan yeməyi və paltarı yetirəcək. Çox hazırlıq eləmək, bankda pul yığmaq lazım deyil. İmanın əskilməsin, çünki Allahın Padşahlığı maddi deyil, ruhanidir.

Məsih tərəfindən göndərilən adamlar bütün ehtiyaclarında hamıdan çox Ona güvənməlidirlər. Şübəhəsiz ki, Rəbb Ona xidmət edəni darda qoymaz. Məsihin yolunda zəhmət çəkənlərin kifayət qədər çörəyi olacaq. Biz Allaha sadiq qalsaq, özümüzü xidmətə həsr etsək, bütün başqa qayğılarımızı Ona ötürə bilərik. Gəlin, Rəbbə güvənək, O da bütün işlərimizi məsləhət bildiyi kimi yola verəcək.

Rəbbə xidmət edənlər gözləyə bilirlər ki, onların göndərildikləri insanlar onların ehtiyaclarını ödəyəcəklər, çünki işçi öz azuqəsinə layiqdir. Onlar İlyas kimi fövqəltəbii bir yolla yeməyi əldə edəcəklərini gözləməməlidirlər, ancaq Allaha ümid bağlamalıdırlar, Allahın insanların ürəklərinə mərhəmət qoyacağını və insanların onlara qayğı göstərəcəyini ümid etməlidirlər. Qurbangahın xidmətçiləri qurbangah vasitəsilə varlanacaqlarını uma bilmədikləri halda, qurbangah sayəsində yaşayacaqlarını və hətta kifayət qədər hörmətli həyat sürəcəklərini gözləyə bilərlər. Onlar, yerinə yetirdikləri xidmətə görə ehtiyaclarının ödənməsinə layiqdirlər. Bu cür xidmətçilər əsil “işçilər” kimi Rəbbin yolunda zəhmət çəkməlidirlər. Zəhmət çəkən işçi isə “azuqəsinə layiqdir” və ruzisini qazanmaq üçün əlavə işlə məşğul olmamalıdır. Məsih istəyirdi ki, şagirdləri Allahın qayğısından şübhələnməsin və eləcə də insanların onlara qayğı göstərəcəyinə inansınlar. Əgər siz vəz etməyinizlə insanlara yaxşılıq edirsinizsə, insanlar mütləq sizə lazım olan yeməyi və suyu verəcəklər. Onlar sizin əsas ehtiyaclarınızı ödəsələr, qalan şeyləri arzulamayın. Allah Özü sizə lazım olan hər şeyi vaxtında verəcək.

DUA: Ey Səmavi Ata, biz öz zəifliyimizdən, sevgisizliyimizdən, haqsız qazancı arzu etdiyimizdən xəcalət çəkirik. Xudbinliyimizi bağışla və heç bir xeyir güdmədən təmənnasız olaraq İsanın ardınca getməyi bizə öyrət! Bizə İsadan qüvvəni, məhəbbəti qəbul etməkdə, ehtiyacı olanlara, zəiflərə, şeytanın əsarətində əziyyət çəkənlərə və Müqəddəs Ruhun bizi yönəltdiyi hər kəsə yardım etməkdə kömək ol! Bizim xalqımızdan çox adamı Öz xidmətinə çağır, çünki məhsul bol, sadiq işçilər isə azdır! Ya Rəbb, Sənin məhsulunu yığmaq üçün bir çox işçilər göndər!

SUAL:

  1. Məsihin şagirdlərinə müjdəçilik xidməti üçün verdiyi ilk beş “açar” haqqında danış.

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)