Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 079 (False Prophets)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
4. Səmavi Padşahlığın Konstitusiyasının yekunu (Matta 7:7-27)

d) Yalançı peyğəmbərlər (Matta 7:15-20)


MATTA 7:15-20
15 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16 Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17 Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18 Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19 Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20 Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.
(Mat. 24:4-5; Yəh. 15:2.6; 2Kor. 11:13-15; Qal. 5:19-23)

Məsih bizə salehliyi axtaranları gözəl sözləri ilə yoldan çıxardan yalançı müəllimlər haqqında xəbərdarlıq edir. Şeytanın məbədə göndərdiyi insanlar əsla pozğun və ya ağılsız görünməzlər. Onlar humanist və alim kimi görünən ikiüzlülərdir. Şeytan onları ilhamlandırır, onlara natiqlik qabiliyyəti verir ki, onlar öz görüntüləri, peyğəmbərlikləri, şeytanın gücü ilə etdikləri möcüzələr vasitəsilə yığın-yığın insanları səhv yola çəksinlər.

Ehtiyatlı ol, heç bir ruha təslim olma, hər dinə inanma, lakin müxtəlif təlimləri İncil ilə müqayisə et, çünki kilsələr və məbədlər, pastorlar və keşişlər səni xilas etməzlər, yalnız Məsih yeganə Xilaskardır.

Məsihin qanı ilə günahların bağışlanması təlimindən başqa müjdə yayan hər kəs quzu kimi həlim surət ilə gələn canavara bənzəyir. Eləcə də adamın Məsihin Ruhundan yenidən doğulmasını öyrətməyən hər pastor, keşiş və ya mitropolit insanları büdrədir, çünki Məsih bizim bu gün əbədi həyata nail olmağımız üçün öldü.

Oruc tutmaqla, həccə getməklə, yaxud zəkat verməklə insanın guya müqəddəs ola biləcəyini öyrədərək səni yoldan çıxartmağa çalışan hər kəs yalançıdır, çünki insan öz əməlləri ilə saleh olmur, yalnız Allahın lütfü ilə saleh sayılır. Əgər sən xilas axtarırsansa, bəşəri xidmətləri, şənbə günləri və s. ilə Allahı razı salmağa çalışaraq səni qanun və mərasimlərə qul eləyən ilahiyyatçılara və vaizlərə bağlanma. Bütün bu qanunlar sənə Allahın yanında xəzinə qazandırmayacaq. Ancaq Məsih səni təqdis edəcək və Onun qanına iman etməklə sən Allahı razı salacaqsan.

Mələklərin, nurani şəxslərin görünməsini axtarma, ölülərlə ünsiyyət qurmaqdan qaç. Yalnız Məsihə sığın, axı şeytan da nur mələyi kimi görünərək çox insanı aldadır, göz qamaşdıran işlər, ağlasığmaz möcüzələr edir, təki adamın ağlını əsir eləsin və bizi çarmıxa çəkilmiş Olandan uzaqlaşdırsın. Sən bir səs eşitsən, qəribə röya görsən, buna əhəmiyyət vermə, çünki şeytan da sənə min cür yalan danışa bilər ki, sən özünün böyük peyğəmbər və ya islahatçı olduğunu düşünəsən, özünə heyran olub, başqalarına yuxarıdan baxasan. Belə halda sən dərhal bu dünyada ən pis günahkar olduğunu yadına sal və səni sınağa çəkən şeytana çox zəif və əhəmiyyətsiz bir adam olduğunu söylə, o da səndən qaçacaq. Sənin bircə əhəmiyyətin Məsihin səni xilas etməsiylə bağlıdır. Məsih deyir ki, “Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin”.

Məsihilər arasında təfriqə salaraq özünü xüsusi şəxs sayan hər bir keşiş və müjdəçidə alçaq ruh işləyir. Çünki Məsihin həqiqi elçiləri imanlıların nəzərlərini özlərindən Məsihə döndərirlər və öz dinləyicilərini yalnız Məsihin Şəxsinə iman etməyə dəvət edirlər. Buna görə heç kəsin əzəmətli görünüşü sənə təsir etməsin, sən ancaq çarmıxa çəkilmiş Olanı axtar və Onun izləri ilə get.

Onları, şəxsiyyətlərinin, sözlərinin, davranış və əməllərinin bəhrələri ilə tanıyacaqsınız. Düzgün xidmətçilər olub-olmadıqlarını bilmək üçün necə yaşadıqlarına diqqət yetirməlisiniz, çünki onların əməlləri ya onların ləhinə, ya da əleyhinə şəhadət edir. İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuş, Qanunu öyrədirdilər, amma əksəriyyəti qürurlu, tamahkar, yalançı və haqsız idi. Buna görə Məsih şagirdlərinə “onların mayasından özünüzü gözləyin” dedi. Kimsə özünü peyğəmbər kimi göstərə-göstərə, pozğun həyat sürürsə, bu onun yalanını üzə çıxardır. Allahları öz qarınları olan, yalnız dünyəvi şeylər barədə düşünən insanlar da kim olur-olsun, necə görünür-görünsün, həqiqətdə çarmıxa çəkilmiş Olanın dostu deyildirlər. Onların həyatı murdar ruhlarla oturub-durduqlarını sübut edir. Bu cür həyat sürən adam müqəddəs Allahdan öyrənmiş və ya Allah tərəfindən göndərilmiş ola bilərmi? Onlar Allahın Qanununu elan edirlər, lakin əməlləri sözlərindən daha inandırıcı olur.

Çox ehtiyatlı ol və düşünmə ki, sən insanları imana gətirirsən. Sən tövbə ilə bütün günahlarını rədd etməsən, ruhani ölümdən uzaqlaşmasan, özün azmış halda qalarsan və başqalarını yoldan çıxardarsan. Öz fikirlərini vəz etməmək üçün Rəbdən sənin qəlbini sındırmasını və sənə daha çox müqəddəslik və şəfqət verməsini dilə, o zaman sən Müqəddəs Ruhun qüvvəsində həlim həyat sürərək Allahı razı salarsan. Düşmənlərinə nifrət edən, sadə insanları alçaldan adamlar isə Allahdan deyillər. Əzəli Olan, biçarə günahkarları qurtarmaq üçün Öz Oğlunu dünyaya göndərdi. Lakin insanlardan şərəf qəbul edən, özünə hörmət tələb edən adam Məsihin ardıcılı deyildir, çünki Məsih həmişə Atasına hörmət etmişdir, necə ki Ata da əbədi olaraq Oğula hörmət edir. İsa Özünə pul yığmadığı, lakin əlindəki ilə kifayətləndiyi kimi, biz də var-dövlətə, rifaha can atıb aldanmamalıyıq, amma zəhmət çəkib ruzimizi qazanmaq üçü çox çalışmalıyıq. Həvari Paul bizə nümunə oldu. Qəlb təmizliyi, nitq paklığı adamın Allahdan olduğunu təsdiq edir, çünki Müqəddəs Ruhun qüvvəsində yaşayanlar Allahın himayəsi altında xoşbəxt yaşayırlar.

DUA: Ey Səmavi Ata, Sənə şükür edirik ki, Oğlun bizi yalandan, qürurdan xilas etdi və Onun həvariləri bizə Sənin haqq yolunu öyrətdilər. Ürəklərimiz Sənin Həqiqət Ruhuna açıq olsun ki, biz aldanmayaq, amma ruhları ayırd edək və çoxlu yaxşı bəhrələr verək! Qoy biz heç kəsi büdrətməyək, əksinə, hər adamı yeganə Xilaskar olan Oğlun İsaya yönəldək!

SUAL:

  1. Yalançı kimdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:39 AM | powered by PmWiki (pmwiki-2.3.3)