Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 060 (Summary)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

Nəticə


Məsihin yuxarıda verilən əmrlərini dərin-dərin düşünən adam görəcək ki, O, günahkarın Musanın Qanununun pozulmasından və bunun cəzasından heç o qədər də çox bəhs etməyib. Bu prinsiplər hələ ondan min il öncə Tövratda yazılmışdı və onları təkrar etmək lazım deyil idi.

Məsih Musanın Qanununu yerinə yetirməyə gəldi. O, bir psixiatr kimi günahın səbəblərini araşdırır, günahkar insanın niyyətlərini üzə çıxarırdı. Məsihin məqsədi bizdən qisas almaq deyil, bizi qul edən pis niyyətlərimizdən qurtarmaq və axıra kimi təqdis etmək idi. Bu məqsədlə O, niyyətlərimizi təzələyir, bizi dəyişdirir, ürəyimizdə məhəbbəti əmələ gətirir, paklığa və iffətə gətirir. Məsihin Qanunu insandan gizli qalmır, insana ağır yük kimi əziyyət vermir, qisas və cəza yolu ilə insanı tərbiyələndirmək üçün nəzərdə tutulmayıb. Məsih bizi Öz surətinə və Səmavi Atasının surətinə dəyişdirmək istəyir ki, yaradılışın məqsədi bizdə tamamlansın: “Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı” (Yar. 1:27). Məsih günahkarı sevir və təmizləyir, lakin hər cür günahı rədd edir və buna görə də gizli qalan pisliyimizi bizə göstərir. O, bizim acizliyimizə görə, təqsirlərimizi Öz üzərində daşıdı, Özü bizim sərt cəzamızı çəkdi. Bizdən tələb edilən məhəbbət Məsihdə tamamlandı. Məsih Öz kəffarəsinə əsasən ürəklərimizə Müqəddəs Ruhunu tökdü ki, biz yeni fikirlə yaşayaq və O bizi sevdiyi kimi bir-birimizi sevək.

Qanun məhəbbətlə yekunlaşdırılır, çünki Allah məhəbbətdir və Məsih bizdə Öz Qanununu yerinə yetirir və Qanuna əməl etməyimiz üçün bizə Müqəddəs Ruhun qüvvəsini bəxş edir. Davud Peyğəmbər də belə dua etmişdir: “Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver”.

SUAL:

  1. Musanın Qanunu ilə Məsihin Qanunu arasındakı əsaslı fərq nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:36 AM | powered by PmWiki (pmwiki-2.3.3)