Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 041 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:1-2
1 İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2 İsa danışmağa başlayıb onları öyrədərək dedi...

Məsih, yolunu azmış xalqı görəndə, ona rəhmi gəldi, çünki onlar nə Rəbbi, nə də öz-özlərini tanımamışdılar. O xalqın içindən seçdiyi şagirdləri dağa gətirdi. Orada, dağın üstündə Məsih oturub həm şagirldərini, həm də ətrafında yığılan izdihamı öyrətməyə başladı. Beləcə Məsih təbiətin ağuşunda ilahi Padşahlığının əsaslarını, Səmavi Konstitusiyasını elan etdi.

Əvvəlki fəslin son hissəsində oxuduğumuz, Məsihin Qalileyada göstərdiyi bir çox möcüzələrin, əlamətlərin məqsədi, bu vəzə zəmin yaratmaq, hədsiz ilahi qüvvət və eləcə də salehlik və mərhəmət ilə hərəkət edən Məsihin təlimini qəbul etmələri üçün xalqın ürəklərini hazırlamaq idi. Bu vəz, çox güman ki, Məsihin Qalileyadakı sinaqoqlarda öyrətdiyi təlimin xülasəsi idi. Onun təlimi bu sözlərdən başlandı: “Tövbə edin, çünki Səmavi Padşahlıq yaxınlaşdı”. Rəbb Öz vəzi ilə nəinki əməllərimizi, hətta niyyətlərimizi dəyişdirmək istəyir. Malaki peyğəmbər demişdir: “«...Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz»...” (Mal. 3:7). İsa qədimdən bəri verilən “Necə dönək?” sualının cavabını verir.

Dağüstü vəzin edildiyi yer Qalileya dağları idi. Məsihin “başını qoymağa belə” yeri olmadığı kimi, vəz etməyə də münasib yeri tapılmırdı. Musanın kürsüsündə oturan ilahiyyatçılar və fariseylər bu kürsünün rahatlığını, şan-şöhrətini mənimsəmişdilər, ondan istifadə edərək Qanunu əyri şəkildə tətbiq etmişdilər. Ən böyük həqiqət Müəllimi İsa Məsihin isə çölə atıldığını, Özünə dağlardan başqa minbər tapmadığını görürük. Məsih Sion kimi müqəddəs bir dağda deyil, adi bir dağda bu vəzi söylədi. Bununla O göstərdi ki, yeni əhd dövründə bütün insanlar hər yerdə Müqəddəs Ruh ilə vəz və dua edə bilərlər.

Məsih Qanunun şərhindən ibarət olan bu vəzi dağda söylədi, çünki “Qanun dağda verilmişdi” və bu vəz Məsihin yeni Qanunu sayıla bilir. Ancaq bir fərqə diqqət yetirək: Musaya Qanun veriləndə, Rəbbin “dağa endiyini”, burada isə “dağa çıxdığını” görürük. Musanın əhvalatında Rəbb şimşək və göy gurultusu ilə danışmışdı, burada isə O sakit, aram səslə danışdı. O vaxt xalqa dağdan uzaqlaşmaq əmri verilmişdi, burada isə Rəbbin onları yaxın gəlməyə çağırdığını görürük. Fərq nə qədər böyükdür! (2Kor. 3:7; İbr. 12:18).

Bu vəzin dinləyiciləri, Məsihin çağırışına cavabən Ona yaxınlaşan, yanına gələn şagirdləri idi (Mark 3:13; Luka 6:13). İsa onlara xitab etdi, çünki onlar başqaları kimi yalnız şəfa tapmaq üçün deyil, Onu sevərək ardınca getmişdilər. Onlar öyrənməyə can atdıqları üçün, O onlara təlim öyrətdi. Onlar İsanın təlimini anlamaq istəyirdilər; gələcəkdə Məsihin təlimini başqalarına öyrədəcək şəxslər kimi onlar bu təlimi ətraflı olaraq bilməli və dərk etməli idilər.

İsa vəzini “bəxtiyar” sözündən başladı. Doqquz dəfə təkrarlanan bu söz səmada çalınan və Məsihin Padşahlığının bəxtiyarlıq və səadət əsasında qurulmasını elan edən səmavi zəngin səsinə bənzəyirdi. Allahın Padşahlığına girmək üçün ağır və çətin əmrləri, qayda-qanunları yerinə yetirmək lazım deyil, sadəcə olaraq Məsihin lütf dolu sözlərini imanla qəbul etmək kifayətdir. O zaman sən Allahın qəzəbindən, əbədi cəzadan xilas olacaqsan. Məsih səni hədsiz sevincə dəvət edir, axı O günahkarları məhv etməyə gəlməyib, onlara xilas, şəfa, mərhəmət verməyə gəlib. Allahın bu dünya üçün Konstitusiyasının əsası müəyyən qayda-qanunlar və göz yaşı deyildir, əksinə, şadlıq, şükür, həmd-sənadır.

SUAL:

  1. Niyə Məsihin Qanunu “Bunları etməlisiniz...” əmri ilə deyil, “Nə bəxtiyardır…” nidası ilə başlandı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:29 AM | powered by PmWiki (pmwiki-2.3.3)