Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 011 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:9-11
9 … Axazdan Xizqiya törədi. 10 Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11 Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi.

Aşşur dövləti Orta Şərqdə böyük qüdrətlə hökm sürürdü. Əraziləri Dəclə çayından Nil çayına qədər uzanırdı. Paytaxtı Yerusəlim olan kiçik Yəhuda padşahlığı nəhəng imperatorluq üçün sanki gözünə girmiş çöp idi. B.e.ə. 701-ci ildə aşşurlular bu müqəddəs sülh şəhərini mühasirəyə aldılar. Ancaq Rəbbin köməyi ilə mühasirəyə qəflətən son qoyuldu: Sanxerivin ordusu vəbaya düçar oldu və bir gün içində təqribən 185 min döyüşçü həlak oldu.

Yerusəlimdə o zaman Xizqiya adında mömin padşah yaşayırdı. Onun yanında alicənab peyğəmbər Yeşaya xidmət edirdi. Yeşaya padşahı və bütün xalqını tövbəyə və Allah-Taalanın sədaqətinə sarsılmaz imana çağırdı. Ordular Rəbbi müqəddəs Rəbb olaraq Yeşayaya göründü və onu qərarlı, qüvvətli şəhadət üçün peyğəmbər olaraq göndərdi. Yəhudi xalqı lərzəyə gəldi, amma dəyişmədi, Rəbb qorxusuna dönmədi, təzələnmədi, əvvəlki kimi rahat yaşadılar, qürurlandılar.

Bu ilahi möcüzədən yüz il sonra Yəhudada hakimiyyətə gələn mömin padşah Yoşiya dini və ictimai sahələrdə köklü islahatlar apardı, xalqı toplayıb məbədin bir otağında tapılmış olan Qanunu və Peyğəmbərlərin Yazılarını oxudu. Allahın evini bərpa etdi, ayinlərin keçirilməsini təşkil etdi, xalq həqiqətən təqdis edildi. Lakin şər göründüyündən daha dərin idi. Qanun günaha qalib gələ bilmədi.

O illərdə Allah Yeremya adında güclü bir peyğəmbəri göndərdi (b.e.ə. 626-580); Yeremya xalqa cənubi padşahlığın dağılacağı barədə xəbərdarlıq edirdi. Onun alovlu tövbə çağırışları indiyədək bizi cəlb edir. Yeremya Peyğəmbər padşahlar tərəfindən çox təqib edildi, çünki padşahlığın sonunu görürdü və öz qəbiləsini ağıllı siyasətə, düşmənə təslim olmağa çağırırdı.

O zaman Aşşur dövləti artıq İkiçayarası üzərində hökmranlığını itirmişdi və onun yerini Babil padşahlığı tutmuşdu; Babil öncə aşşurluların əlində olan sivilizasiyaların və ərazilərin çox hissəsini ələ keçirdi və Yəhuda qəbiləsini yeni Babil padşahına çox böyük xərac verməyə məcbur etdi. B.e.ə. 597-ci ildə yəhudilər babillilərə qarşı üsyan edəndə, Navuxodonosorun göndərdiyi qoşunlar Yerusəlimə hücum etdilər və Yerusəlim tezliklə süqut etdi. Bu padşah yəhudi xalqına ona tabe olmaq fürsətini vermişdi. Yəhudanın səkkiz min alicənab adamını girov götürüb əsarətə aparmışdı. Qalanlar isə kor idilər, özlərinin ruhani və siyasi zəifliyindən xəbərsiz idilər. B.e.ə. 587-ci ildə Sidqiyanın hakimiyyəti zamanı bu kiçik qəbilə üsyan qaldırdı və bunun nəticəsində şəhər dağıdıldı və bütün əhalisi sürgün edildi.

Hətta Allahın seçdikləri belə günah edəndə və Allahdan uzaqlaşanda Allahın cəzasından qaça bilmirlər, lakin tövbə edənə qədər cəzalarını çəkirlər. Allah onlara qarşı bəslədiyi müqəddəs məhəbbətinə görə onlarla belə rəftar edir, onları tərbiyələndirmək, təzələmək ümidi ilə sürgün aparılmalarını təşkil edir, sürgündə tövbə edib Rəbbə tərəf dönəcəklərini ümid edir.

DUA: Daşa dönmüş zehnimizə görə bizi bağışla, ya Rəbb! Bizə düşüncəmizi dəyişməyi öyrət, qoy biz heç vaxt qızıla, rifaha, silahlara qulluq etməyək, onlardan asılı olmayaq. Bizə Öz Müqəddəs Ruhunu ver ki, O bizi təqdis etsin və Məsih bu dünyada həyat sürdüyü kimi biz də həqiqət, paklıq, məhəbbət, fədakarlıq ilə Səni razı salan tərzdə həyat sürək! Padşahlığın gəlsin və göydə olduğu kimi, bizim ölkəmizdə də iradən olsun!

SUAL:

  1. Rəbb cənubi padşahlığı necə qorudu və sonra onu necə sürgünə təslim etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:22 AM | powered by PmWiki (pmwiki-2.3.3)