Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 002 (Identification and apostolic benediction)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

a) Salam və həvari xeyir-duası (Romalılar 1:1-7)


ROMALILAR 1:1
1 İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam!

Paul anadan olanda, ona Binyamin qəbiləsindən olan məğrur padşahın şərəfinə “Şaul” adını verdilər. O, imanlılar cəmiyyətini təqib edirdi, lakin Məsihin izzətini görəndə, özünün heç olduğunu dərk etdi və özünə yeni ad götürdü – “kiçik” mənasına gələn “Paul”. Beləcə Paulun bu məşhur Məktubunun ilk sətrini belə də tərcümə etmək olar: “Mən kiçik adam, İsa Məsihin quluyam”.

Paul özünə İsa Məsihin qulu deməklə, öz azadlığından könüllü olaraq imtina etdiyini və tamamən Rəbbinə tabe olduğunu bildirdi. O həqiqətən özünü aşağı tutdu, qüruru üçün öldü və Məsihin Ruhunun istəklərini yerinə yetirmək üçün yaşadı, böyük sevinclə Rəbbinin iradəsini yerinə yetirdi. Bu deməkdir ki, Romalılara Məktubun müəllifi yaşayan Məsihin Özüdür, çünki Paul Məsihdən ilham alaraq yazdı. Ancaq bu ilham Paulu məcbur etmədi, Paul özü onu qəbul edib yazdı, axı Məsih Ona iman edənləri heç nəyə məcbur etmir, Ona iman etmək, Onu sevmək və hətta Ondan üz döndərmək üçün bizə azadlıq verir. Lakin imanlılar Məsihdən üz döndərmək istəməzlər, çünki O, məhəbbət mənbəyidir. Əksinə, onlar Məsihə çox yaxınlaşmaq, Onun məhəbbətinə qərq olmaq istəyərlər!

Özünü Məsihin qulu kimi aşağı tutan Paul yüksək məqama ucaldı, çünki Rəbbi onu xüsusi bir həvarisi olaraq təyin etdi, onun vasitəsilə millətlər arasında Padşahlığının yayılmasını planlaşdırdı. Allah Paula qüdrət və səlahiyyətlə tapşırıqlar verdi, necə ki bir padşah və ya hökmdar öz səfirlərinə mühüm tapşırıqlar verir və tələb edir ki, daima onu vəziyyət haqqında xəbərdar etsinlər və bütün işlərini onunla razılaşdırsınlar. Bu gün Rəbb səni də birbaşa Ona xidmət etməyə çağırır və Səmavi Atası Onu göndrədiyi kimi, səni göndərir. Ürəyini aç və İsanın dəvətini qəbul et, heç yubanmadan bütün həyatını tam həlimlik və tabeliklə Ona həsr et! Onda Məsihin qüvvəsi səndən başqalarına axacaq! Paul bütpərəst millətlər üçün Məsihin səfiri idi və Məktubları ilə bütün dünyanı dəyişdirdi! Məsih istisna olmaqla, “kiçik” Pauldan böyük şəxsiyyət olmayıb.

İsa Məsihin qulu Paulun Xoş Xəbəri nədən ibarət idi? Allahın izzətli Müjdəsindən, İncilindən ibarət idi! Paul özündən yazmadı, öz fikirlərini bölüşmədi, ancaq tayı-bərabəri olmayan Müjdəni bu bədbəxt dünyaya elan etdi! O zəmanədə Romada “İncil” (yevangeliye, Müjdə) sözü rəsmi dildə işlənməkdə idi. Mənası belə idi ki, qeysərin oğlu doğulanda, yaxud qeysər düşmənləri üzərində qələbə çalanda bu cür rəsmi “Müjdə” elan edilir və bütün paytaxt əhalisi şadlanırdı! Həvari Paul insanlara Allahdan olan Müjdəni elan edirdi, Məsihin doğulmasına, düşmən qüvvələr üzərindəki qələbəsinə və xilasının səmərələrinə şəhadət edirdi və dinləyicilərinin Müjdəni qəbul edib, ilahi salehliyə nail olacağını ümid edirdi!

Müqəddəs Allah qanunpərəst Paulu ona görə seçib, şər olanın əsarətindən azad etmişdi ki, Paul da öz növbəsində Qanunun boyunduruğu altında olanları öz xəyali yaxşı əməllərə güvənməkdən azad etsin. Paul onlara lütf dövrünü elan edəcəkdi və onlar özlərini xilas etmək cəhdlərindən əl çəkib, Səmavi Ataya yol açan yeganə Qapı olan İsa Məsih vasitəsilə səmaya daxil olacaqdılar!

DUA: Ya Rəbb İsa Məsih, qulun Paulu çağırdığına və dünyaya göndərdiyinə görə Sənə şükür edirik. Çünki biz Paulun dilindən Sənin Kəlamını eşidirik. Qürurumuza, özümüzə güvəndiyimizə görə bizi əfv et, həlim olub, Sənin məhəbbətinin qulları olmaqda, dünyada olan bütün imanlılarla birgə Sənin lütfünün iradəsini yerinə yetirməkdə bizə kömək ol!

SUAL:

  1. Romalılara Məktubun ilk sətrində Paul özünə necə adlar verdi?

www.Waters-of-Life.net

Page last modified on May 28, 2013, at 11:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)