Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 252 (The Prophecy has its Accomplishment)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

19. Xəyanətin qiyməti barəsindəki peyğəmbərlik gerçəkləşir (Matta 27:6-10)


MATTA 27:6-10
6 Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». 7 Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. 8 Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. 9 Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar 10 və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər».
(Qanun. 23:18)

Başçı kahinlər Yəhudanın qaytardığı pulu, qanla ləkələnmiş olduğu üçün, məbədin xəzinəsinə qoymadılar. Bunun əvəzinə, onlar bu pula murdar yadellilərin dəfn edilməsi üçün tarla satın aldılar və heç ağıllarına da gəlməmişdi ki, bununla onlar Zəkəriyyə Peyğəmbərin Kitabında yazılmış olan peyğəmbərliyi yerinə yetirdilər (Zək. 11:12-13). Bu peyğəmbərlikdə İsanın 30 gümüş pula “satılması” elan edilib və bu pulun sonra məbədə atılacağı da bildirilib.

Müqəddəs Yazılar başlanğıcdan İsanın iztirab çəkməsindən bəhs etmişdir. Allahın xilasımız üçün planı dəqiq və tam şəkildə yerinə yetirilib. Əhdi-Ətiqdəki peyğəmbərliklərdə İsanın çarmıx yolunun bütün mərhələləri təsvir edilib. Bəs onda bəzi adamlar İsanın heç çarmıxa çəkilmədiyini və ölmədiyini necə iddia edə bilərlər?

DUA: Ya Rəbb İsa, Yəhudanın aqibətini düşünəndə mən qorxuya və dəhşətə gəlirəm. Sənin məhəbbətinə qarşı etdiyim hər işi bağışla, yalanlarımdan, pulpərəstliyimdən, xəyanət və itaətsizliyimdən keç! Hər cür sınağı məndən uzaq elə! Qoy nə qədər vaxt var, Sənin önündə bütün günahlarımı etiraf edib tövbə edim, Müqəddəs Ruhunu qəbul edim, düşmənlərimi sevim, pulumu Sənin yolunda sərf edim və səlahiyyətə, yüksək vəzifəyə can atmayım! Qoy həlimlik, razılıq və itaətkarlıqla Sənin ardınca gedim, sadiq olum, məhəbbət Padşahlığını yayım!

SUAL:

  1. Yəhudanın ölümündən nə cür ibrət dərsi götürə bilərik?

www.Waters-of-Life.net

Page last modified on September 13, 2023, at 12:44 PM | powered by PmWiki (pmwiki-2.3.3)