Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 247 (Jesus Faces the Sanhedrin)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

15. İsa dini məhkəmə qarşısında məhkum olunur (Matta 26:57-68)


MATTA 26:63-64
63 Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» 64 İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».
(Zəb. 110:1; Dan. 7:13; Mat. 16:27; Yəh. 10:24)

Şahidlərin sorğu-suala tutulması nəticəsində İsanın təqsirsiz olduğu təsdiqləndiqdən sonra Qayafa daha bir yolu sınamaq istədi – Məsihi yəhudi qanununa əsasən küfr sayılan sözləri deməyə vadar etməyə çalışdı. O, İsanı and etdirdi ki, gözlədikləri Məsih, yaşayan Allahın Oğlu olub-olmadığını onlara açıqca bildirsin.

Məhkəmənin bu kritik anında İsa nəhayət dilləndi. Onu mühakimə edənlərə qarşı Öz hökmünü elan Qayafaya üz tutub dedi: “Sənin dediyin düzdür. Sən həqiqəti bilirsın və söyləyirsən. Ancaq sən mənim ilahiliyimə inanmırsan. Buna görə də, tövbə etməsən, həlak olacaqsan”.

Məsih bu sözləri Onu diqqətlə dinləyən yəhudi başçılarına da yönəltmişdir. O Özünü hər şeyə Qadir Olanın sağında oturan Bəşər Oğlu elan etdi və Onu ittiham edənlərə şəhadət etdi ki, təkrar göydən gələcəyi zaman onlar daxil edilməklə bütün insanları – diriləri və ölüləri mühakimə edəcəkdir.

İsa onlara Özünü tanıtmaq üçün Davudun 110-cu Məzmurdakı peyğəmbərliyini sitat gətirdi: “Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur»”. İsa Özünün bu ayədəki “Ağa” olduğunu iddia etdi. O, Rəbdir, Allahla kamil vəhdətdə olan Hökmdardır! Onun önündə yığılmış başçıları isə O, ayaqlarının kətil kimi salınacaq düşmənlər sayırdı. Öz ilahi şəhadətini və Onu mühakimə edənlərə qarşı hökmünü verdikdən sonra İsa Daniel Peyğəmbərin Kitabında bəhs olunan Bəşər Oğlu olduğuna şəhadət etdi (Dan. 7:13-14). O, Səmavi Atasının izzəti ilə göyün buludları üzərində gəlib, ümumi olaraq xalqları və ayrı-ayrılıqda hər bir insanı mühakimə edəcək. İsa haqqından imtina etmədi, Özünü əzəli Hakim elan etdi və Onu mühakimə edən “hakimləri” məhkum etdi.

DUA: Ey saleh olan Rəbb İsa Məsih, Sən xalqının başçıları qarşısında açıqca şəhadət edib Kim olduğunu elan etmisən. İlahiliyini inkar etməmisən, lakin Əhdi-Ətiq vədlərinə əsasən Özünün Bəşər Oğlu surətində olan Allahın Oğlu olduğunu təsdiq etmisən. Səni mühakimə edən “hakimləri” vəd olunmuş Məsih və Rəbb kimi Sənə iman gətirməyə və tapınmağa çağırmısan. Səni ucaldırıq, çünki Sən, əbədi məhkumiyyətə uğramasınlar deyə, xalqının başçılarını tövbə etməyə və özlərini Sənə həsr etməyə dəvət etmisən. Səni ucaldırıq, çünki Sən sözünə qulaq asanların hər birini Sənə iman yaxud rədd etməsinə əsasən ya azad edir, ya da bağlı saxlayırsan və hər kəs öz qərarına görə məsuliyyət daşıyır.

SUAL:

  1. İsanın ali dini məclisin önündə verdiyi parlaq şəhadətin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)