Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)
5. Pasxa üçün hazırlıq (Matta 26:17-19)MATTA 26:17-19 İsa şagirdləri ilə heç kəsin onları narahat etmədiyi bir mühitdə, sakit bir yerdə oturub, Öz təliminin əsaslarını və gəlişinin məqsədini onlara izah etmək istəyirdi. Rəbbin süfrəsinə hazırlıq başdan-başa Müqəddəs Ruhun rəhbərliyi ilə gerçəkləşdi. Çox güman ki, İsa cümə axşamı günü şagirdləri ilə sonuncu şam yeməyi yedi, quzuların qurban verildiyi gün isə cümə günü idi. Onların süfrəsi mayasız çörək, acı otlar və qırmızı şərabdan ibarət idi. İncil Kitabı İsanın sonuncu şam yeməyində quzu ətini yediyindən bəhs etmir. Artıq heç bir günahkar insan Allahın qəzəbindən xilas olmaq üçün qurbanlıq quzu kəsməli deyil idi, çünki İsa Özü bütün bəşəriyyəti gələcək qəzəbdən xilas etməyə layiq olan Allah Quzusu idi. Pasxadan bir həftə əvvəl, Mayasız çörək bayramında yəhudilər öz evlərini yığışdırıb mayadan təmizləyir, tövbə edərək yalnız mayasız çörək yeyirdi. Onlar o günlərdə onları Rəbdən uzaqlaşdıran hər şeydən evlərini təmizləməklə məşğul olurdu. O günlər Pasxa Quzusu vasitəsilə Rəbb ilə barışmağa hazırlıq günləri sayılırdı. DUA: Ya Rəbb İsa, Sən Öz şagirdlərini əsil Allah Quzusunun qanı ilə bağlanan yeni əhdə hazırlamaq üçün Pasxa bayramından öncə onlarla birlikdə bayramı qeyd etməyə can atırdın. Bizə də kömək et ki, bu böyük olaya hazırlanaq, bildiyimiz günahların hamısından tövbə edək və İncilə görə ruhani mənasında Mayasız çörək və Pasxa bayramlarını qeyd edək! SUAL:
|