Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 185 (Jesus Cleanses the Temple)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

2. İsa məbədi təmizləyir (Matta 21:10-17)


MATTA 21:10-13
10 İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. 11 Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir». 12 İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi. 13 Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!».
(Mark 11:15-19; Luka 19:45-48; Yəh. 2:13-16; Yer. 7:11)

İsa Yerusəlimə daxil olanda ilk öncə nə banka getdi, nə dini məhkəməyə, nə də bələdiyyə başçısının, yaxud Roma ordu komandirinin hüzuruna. O, dua edib səcdə qılmaq üçün məbədə getdi, çünki yaxşı cəmiyyətin mərkəzində Allah durur. İsa məbədə gəldi, çünki Onun Padşahlığı ruhanidir, “bu dünyadan deyildir”. Rəbb müəssisələrdə, evlərdə, məktəblərdə hökm sürməyəndə, orada yalan, hiylə və murdarlıqla dolu sınağaçəkən ruh hökm sürür.

Ardıcıllarının çoxu İsanı Qalileyadakı Nazaret şəhərindən olan peyğəmbər adlandırırdılar. İsanı vəd olunmuş Məsih, yaşayan Allahın Oğlu kimi tanımasalar da, Onun qüvvətini, səlahiyyətini, məhəbbətini hiss etdilər. Şagirdlər “Nazartedən yaxşı bir şey çıxa bilərmi?” – deyə maraqlandılar. Bu dağlıq bölgə pis ad çıxarmışdı, çünki yollarında çoxlu quldurlar var idi və əhalisi müxtəlif mədəniyyətlərin nümayəndələrindən ibarət idi. Yerusəlimin sakinləri, “Eşşəyə minib gələn bu adam kimdir?” – deyə heyrətlənirdilər.

Məsih gördü ki, məbəd bazara çevrilib. Məbəddə min cür şeylər satılırdı. Oradakı insanların ürəklərində Allah məhəbbəti soyumuşdu. Onların fikri-zikri heyvan satmaqda, pul dəyişməkdə, ən yaxşı paltar və ətir almaqda idi. Artıq Allaha ruhda və həqiqətdə səcdə edilmirdi. “İbadət edənləri” ancaq pul, problem və qayğıları maraqlandırırdı. Ürəyində Allahı təqdis edənlərin sayı xeyli azalmışdı. Alıb-satmaq, pul dəyişmək günah deyildir, amma günah olmayan işlər yanlış vaxtda və yanlış yerdə edildikdə günaha çevrilir. Belə ki, məbəddə bazar yeri açmaq məbədi murdarladığından, günahdır.

Bu alqı-satqı və pul dəyişmə əməliyyatları guya ruhani məqsədlərlə edilirdi. Uzaq yerlərdən gələn adamlara qurban satmaq faydalı iş idi, çünki onlara uzaqdan heyvan gətirmək çox çətin idi və burada pulla heyvan almaq daha sərfəli idi. Pul dəyişmək də həmçinin ianə vermək istəyənlər üçün çox faydalı xidmət idi. Bu işlər haqlı olaraq Allahın evinin işləri sayıla bilərdi, fəqət Məsih onlara yol verməzdi.

“Möminliyi qazanc mənbəyi kimi zənn edən”, yəni başlıca məqsədləri maddi gəlir olan adamlar həqiqətdə imanlılar cəmiyyətini korlayırlar. Dindən mənfəət əldə edən bu cür insanlar yalançı “möminlik” meydana gətirəndirlər. Paul belələrindən uzaq olmağı məsləhət görür (1Tim. 6:5).

İsa ilk öncə məbədə girib onu təmizləməyə başladı. İnsanları yalnız imanda təzələyərək dəyişdirmək mümkündür. Ölkəni ucaldan, onun iqtisadiyyatı deyil, inancıdır. Dua et ki, Rəbb cəmiyyəti islah etsin. Bu islahatın kimdən başlayacağını bilirsənmi? Səndən!

Məsih Müqəddəs Kitabdan bir peyğəmbərlik sitat gətirdi (Yeş. 56:7) və məbədin nə məqsədlə inşa edildiyini izah etdi: “Mənim evim dua evi adlandırılacaq”.

Qurban gətirilən ev dua evi olmalı idi. Məbəd nəinki ibadət yeri, həm də ibadət vasitəsi idi. Rəbb bu evdə və ya bu evə tərəf edilən dualara cavab verəcəyini xüsusilə vəd etmişdi (2Saln. 6:21). Məsih Müqəddəs Kitabdan sitat gətirdiyi kəlamla sübut etdi ki, məbəddən inşa edildiyi məqsədlər üçün istifadə edilmirdi: “Siz onu “quldur yuvasına” çevirmisiniz”. Məsih burada Yer. 7:11-i sitat gətirir: “Bu məbəd, sizcə, quldur yuvasına çevrildimi?” Dua evi haqsız alqı-satqı sövdələşmələrinin ucbatından quldur yuvasına çevrildi. Məbəddə ticarət qorxunc bir işdir, çünki Allahdan şərəfini oğurlayar! (Mal. 3:8). Kahinlər qurbangahda təqdim edilən qurbanlar vasitəsilə olduqca yaxşı təmin olunmalarına rəğmən, bununla kifayətlənmir və xalqdan daha çox pul almaq üçün başqa vasitələrə əl atırdılar. Onlara aid olmayanı götürdüklərinə görə Məsih onları quldur adlandırdı.

Sən ürəyində nə cür fikirlərlə ibadətə gəlirsən? Məsihi bütün qəlbinlə sevirsənmi? Allahın Kəlamına diqqət yetirirsənmi? Daxilində nə cür hisslər keçirirsən? Gün ərzində nə haqda düşünürsən? Səmavi Ata sənin həyatında hər şeydirmi? Qoyma, pulpərəstlik ürəyinə hökmran olsun, yoxsa ürəyin quldur yuvasına çevriləcək, paxıllıq, kin-küdurət, tamah və murdarlıqla dolacaq! Allahın Ruhu səndə məskən salıbmı və sən Allahın məbədi olmusanmı?

DUA: Haleluya, ey Səmavi Padşah, Sən xalqına yaxınlaşmısan, amma xalqın Səni tanımayıb! Yalnız onların ən yaxşıları Səni sevinc və alqışla qəbul ediblər. Sən ilk əvvəl məbədini təmizləmişdin ki, insanlar sərvətə deyil, Səmavi Ataya səcdə etsinlər. Sən ilk dəfə bizə Müqəddəs Ruhunla toxunanda biz Səni qəbul etməmişiksə, bizi bağışla! Sənə yalvarırıq, hər cür pis fikirdən, pulpərəstlikdən ürəyimizi təmizlə və qoy ürəyimiz əbədi olaraq müqəddəs məbədin olsun!

SUAL:

  1. Niyə Məsih Yerusəlimə daxil olandan sonra ilk öncə Allahın məbədini təmizlədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:02 AM | powered by PmWiki (pmwiki-2.3.3)