Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 100 (Risks of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

b) Müjdənin vəz edilməsi ilə bağlı təhlükələr (Matta 10:16-25)


MATTA 10:16
16 Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun.
(Mark 13:9-13; Luka 10:3; 21:12-17; Rom. 16:19; Ef. 5:15)

Təsəvvür et, Məsihin ac qurdlar arasına göndərilən quzular məsəli həqiqətən baş versəydi, nə olardı? Quzular necə saniyə sağ qala bilərdi? Qurdlar onları bir an içində parçalayardı və onlardan əsər-əlamət qalmazdı.

Məsihin, Onun uğrunda hər şeyi qoyub ardınca gələn insanları bu cür təhlükələrə atması rəhmsizlik kimi görünə bilər. Lakin Məsih bilir ki, qiyamət günündə Onun quzuları sağında dayanıb, əzab-əziyyətləri və xidmətləri üçün layiqli mükafat alacaqlar. Onların qurdlar arasına düşən quzulara oxşamaları qorxunc həqiqətdir, lakin onlar Məsih tərəfindən göndərildiklərindən təsəlli tapırlar, axı onları Göndərən Özü onları qoruyacağını, dəstəkləyəcəyini vəd etdi. Lakin O onlara nə gözləyə biləcəklərindən xəbər verir ki, ən pis vəziyyətə belə hazır olsunlar.

Məsih bizi zəmanəmizin ruhuna tutulmuş adamların yanına göndərir. Qurdlar bizi bir an içində parçalamırlar, çünki Məsih bizi qoruyur. Biz tək deyilik, O bizimlədir, biz Onun adını daşıyırıq və Onun qüvvəsi bizi əhatə edir. Sən İsanın əmrinə əməl edərək ətrafındakı insanlara Müjdəni danışanda, Məsih səni Öz qanadı altına alır, sənin xidmətinə diqqət yetirir, ilahi hikmətlə sənin qeydinə qalır. Təhlükə mövcuddur, amma Rəbb bizimlə birlikdədir və biz Ona ümid bağlamışıq. Bizi əsla tərk etməyən Məsih, qurdlarla dolu bu dəhşətli dünyada bizə çox qiymətli nəsihətlər vermişdir.

Məsih şagirdlərindən ilan kimi müdrik olmalarını tələb edir, o şərtlə ki, heç kəsə zərər verməsinlər və “göyərçin kimi məsum” olsunlar. Məsih bizə nəsihət verir ki, yolunu bilən müdriklərin müdrikliyindən nümunə götürək və hər vaxt, ələlxüsus dərdlərdə, sınaqlarda, əziyyətlərdə faydalı olaq. “İlan kimi müdrik olun”, çünki siz qurdlar arasına düşən quzular kimi təhlükələrə məruz qalırsınız. İlan kimi müdrik olun, tülkülər kimi yox. Çünki tülkü müdrikliyindən başqalarını aldatmaq üçün, ilan isə yalnız özünümüdafiə və canını qurtarmaq üçün istifadə edir.

Məsihin həqiqətini müdafiə etmək yolunda canımızı fəda etməyə hazır olmalıyıq, lakin fədakarlığımız ağılsız israfçılığa çevrilməməlidir. İlanın müdrikliyi ondan ibarətdir ki, ilan əzilməmək üçün başını yuvaya salır. Biz də müdrik olaq və nə öz başımıza, nə də heç kəsin başına bəla açmayaq. Pis günümüzdə susaq və heç kimə zərər verməyək.

Bununla bərabər, Məsih ardıcıllarının göyərçin kimi məsum olmalarını istəyir. Həlim və lütfkar olun, tez hirslənməyin. Heç kimə pislik etməməklə kifayətlənməyin, həm də ürəyinizdə heç kimə qarşı kin saxlamayın. Göyərçin kimi hər cür acılıqdan təmiz olun. Bu əmrə ondan öncəki əmr ilə birlikdə əməl etmək lazımdır. Şagirdlər qurdlar arasına göndərildiyinə görə ilan kimi müdrik olmalıdırlar.

İlan iblisin, göyərçin isə Müqəddəs Ruhun rəmzidir. Məsihi imanlı iblisdən ağıllı olmalı və ehtiyatlı davranmalıdır, lakin eyni zamanda Müqəddəs Ruhun müqəddəsliyində hər cür şərdən və qüsurdan uzaq olmalıdır.

MATTA 17-18
17 İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18 Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız.
(Həv. 5:40; 25:23; 27:24; 2Kor. 11:24)

İsa şagirdlərinə xəbərdarlıq etdi ki, Müjdəni səthi emosional yolla danışmasınlar, axı bu dünyada ən böyük təhlükə ilanlardan, yaxud pələnglərdən deyil, insanlardan gəlir. İsa Öz məhəbbəti ilə bizi itmiş adamların yanına göndərdi, amma İsa aldadıcı humanist ideyaları əsla yaymadı, çünki O bilirdi ki, hər insanın daxilində vəhşi heyvan yaşayır. Bu heyvanı oyatmamaq və hücumuna məruz qalmamaq üçün böyük müdrikliyə və ruhani dərrakəyə ehtiyacımız var.

Həvarilərin İşləri Kitabından bilirik ki, həvarilər İsanın bu peyğəmbərliklərinin gerçəkləşməsini öz həyatında görüblər. Hər kiçik şəhərdə yəhudi şurası, şuranın nəzdində isə iyirmi üç nəfərlik məhkəmə var idi. Belə məhkəmə zina, orucu pozma və Qanunu pozma hallarında adamı qamçılatmağa məhkum edirdi. Məhkumun açıq sinəsinə və kürəyinə otuz doqquz zərbə vururdular. Şaul məsihiləri imandan dönməyə məcbur edirdi, imana gələndən sonra isə özü dəfələrlə qamçılandı. Sənin şəhadətə qulaq asanlar ya salehlik və həyata nail olurlar, ya da məhkumluq və həlaka düçar olurlar. Sən onlarla öz biliyini, anlayışlarını bölüşmə, lakin hər vaxt duada Müqəddəs Ruhun istiqamətini axtar.

Həvarilərdən bəzisi romalı valilərin, edomlu padşahların qarşısına aparıldılar və İsa Məsihin adı ilə şəhadət etdilər. Onlar yəhudilərə və başqa millətlərə xilasdan danışdılar və xilası rədd edənlər məhkumiyyətə məruz qaldılar.

MATTA 10:19-20
19 Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20 çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur.
(Çıx. 4:12; Luka 12:11-12; Həv. 4:8; 1Kor. 2:4)

Sən Məsihin düşmənlərindən qorxursanmı? Onlar hiylə ilə doludur, başlanğıcdan bəri qatil olan yalanın atasının yolunu tuturlar. Amma həyatın Rəbbi olan Məsih sənin yanında dayanmışdır. O səni qoruyur, qorxuna qalib gələn Müqəddəs Ruhla doldurur, sınaqlarda təsəlli verir, imanda qüvvətləndirir. Beləliklə, İsanın adı səndə izzətlənir. Bunun üçün sən söz deməyə tələsməməlisən, özünü müdafiə etməyə çalışmamalısan. Dua edə-edə Rəbbin səsinə qulaq as. Hakimlərə və sənə qarşı olanlara qəzəbin tutmasın, o zaman Səmavi Atanın Ruhu səni doğru yola yönəldəcək və sənə müdrik cavab vermək qabiliyyətini verəcək.

Sən Ata, Oğul və Müqəddəs Ruhun şahidisən, çünki Səmavi Atan sənə yeni həyat verib, Oğul səni tamamilə xilas edib, Müqəddəs Ruh də sənin daxilində məskən salıb, həyat və əbədiyyət qüvvəsi ilə təmin edib. Bütün ürəyinlə Külli-İxtiyar Rəbbə ümid bağla və öz ağlına güvənmə. Atan səni çətin anlarda qoruyur və ilhamlandırır.

Məsih ardıcıllarını məhkəmədə Müqəddəs Ruhun onlara lazım olan hər şeyi verəcəyinə inandırdı. Onlar təhlükəyə düşəndə köməksiz qalmayacaq, Allah Özü onları müdafiə edəcəyini vəd etdi. Hikmət Ruhu onların dili ilə danışacaq. Allah onlara təkcə münasib yerdə danışmaq deyil, həm də müqəddəs şövqlə danışmaq qabiliyyətini vermişdir. Onlara kürsüdə vəz etməkdə kömək olan Ruh mühakimədə də köməyini əsirgəməyəcək. Musaya “İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm” (Çıx. 4:12) deyən bu Vəsatətçi və Müdafiəçiyə malik olan heç kəs utandırılmayacaqdır.

DUA: Səni ucaldırıq, ey vahid olan Ata, Oğul və Müqəddəs Ruh, bir Allah, çünki Sən bizi bu açıq şəhadətə çağırmısan! Söz deməyə tələsdiyimizi, müdrikliyimizin əskikliyini bağışla! Zehinlərimizi aç, qoy Sənin ilhamını qəbul edək və Müqəddəs Ruhun səsinə qulaq asaraq, Ondan eşitdiyimizi elan edərək Səni izzətləndirək! Bizi həyatımızda qalan günahlardan təmizlə, həlim və təvazökar ruh ver bizə, qoy Sənin qurbanınla həyatımız pak olsun! Bizdə olan qorxuya qalib gəl və bizi lütfkar məhəbbətinlə doldur!

SUAL:

  1. Düşmənlərimiz kimlərdir və İsa bizə onlarla əlaqədar olaraq nə vəd etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)