Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 069 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


MATTA 6:13
13 Çünki padşahlıq, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin.
(1Saln. 29:11-13)

Rəbbin Duasının sonundakı Atanın izzətləndirilməsi İmanlılar Cəmiyyətinin Ataya cavabıdır, şükürləri və səcdəsidir.

  • Məsihilər iqrar edirlər ki, Səmavi Atamız dünyanın Padşahıdır, çünki dünyanı yaradan Odur. O yaşayır və əzəldən əbədədək hökmranlıq edir. Xalqlar Onun həqiqətini tanımasalar belə, həqiqəti bütün xalqlarda sabit durur.
    Kapitalizm və sosializm çox insanı aldadıb. Heç bir mülkiyyət: əmlaklar, mədənlər, səhhət heç bir adama, yaxud xalqa məxsus deyildir. Bütün bunlar yalnız Allaha məxsusdur. Bu səbəbdən biz sərvət tanrısına səcdə etmirik, lakin pulumuzu və vaxtımızı Səmavi Atamıza həsr edirik və fani bir şeydən asılı olmaq istəmirik, lakin əsla tükənməz, əbədi Olana bağlanırıq.
  • Allah hədsiz qüvvəyə malikdir. Günəş gecə-gündüz şüalarını fəzaya göndərdiyi zaman nüvə enerjisini itirmədiyi kimi, Allah bütün insanları, onlar istəməsələr belə, Özünə cəlb etmək, xilas edib qorumaq üçün məhəbbəti ilə nurlandırır. Allahın qüvvəsi dərrakəmizdən üstündür. Bəzən biz Onun əzəmətini hiss edirik, məsələn, yeraltı təkanlar olanda, yaxud göy guruldayanda. Bütün nüvə bombaları Haqq-Taalanın önündə heçdir. Sən Allahın bizim aramızda hikmətli işlər gördüyünə, bizimlə olduğuna, səni xilas etmək istədiyinə inanırsanmı? Qadir Olan sənin Atandır. Bəs sən nə vaxta kimi Onun kəramət və məhəbbətinə xor baxacaqsan?
  • Allah izzətlidir! Onu heç kəs görə bilməz, çünki hamımız faniyik. Təbii insan Allahın Padşahlığına girə bilməz. İnsanın yeni yaradılışa, ruhən doğulmağa, Məsihlə dirilməyə ehtiyacı var. Allahın Kəlamı və Müqəddəs Ruhun qüvvəsindən doğulmadan Allahın izzətini görə bilmərik. Səmavi Atanın Özündən doğulanlar isə günəştək parlayacaqlar. Özlərində nur olmasa da, izzətli Allaha çox yaxın olduqlarına görə nur saçacaqlar. Onlar anlayacaqlar ki, bu izzətin mahiyyəti, bizi Allahın surətinə dəyişdirəcək, O izzətli olduğu kimi izzətli edəcək olan müqəddəs məhəbbətdir. Xilasın məqsədi izzət deyil, bu izzətin mənbəyi və məhəbbətin özü Olanın surətinə dəyişməyimizdir.

Məsih bizə Ata obrazı ilə öyrədib ki, Allah məhəbbətdir. O bizə bu məşhur duanı öyrətməklə ağlasığmaz dərəcədə çox qiymətli xəzinəni vermişdir. Bu dua həmçinin haqlı olaraq “Atamız” duası adı ilə tanınmışdır. Çünki bu duanın mərkəzində Ata Şəxsi durur. İsanın vəzinin məqsədi o idi ki, biz Atanı tanıyaq və inamımızla, Padşahlığının yer üzünə gəlməsinə can atmağımızla Onu şərəfləndirən övladları olaq.

SUAL:

  1. Ata Allahı necə ucaldırıq?

Rəbbin Duasının xülasəsi

Sən Müqəddəs Kitabdakı dualar içində ən önəmli olan bu duanı dərindən düşünsən, əzbərləsən, bütün ürəyinlə dua etsən, sənin qayğına qalan və səni əsla tərk etməyən Atana yaxınlaşacaqsan. Bu nümunəvi duadan nə anladın, nə öyrəndin? Qadir Allah sənin həyatında və düşüncəndə Səmavi Atan olubmu? Sən Onunla şəxsən söhbət edirsənmi? Onun sevimli övladlarından biri olmusanmı? Yoxsa hələ ki Ondan uzaqsan? Möhkəm iman və səmimi inamla Atanın adına şükür edirsənmi?

Məsih bizə Allahı təkcə Uca Yaradan və Əzəli Hakim kimi tanıtmayıb. O bizə yalnız bizimlə əhd bağlayan Rəbbə və ya uca Allaha dua etməyi öyrətməyib. O bizi Öz Atasının yanına gətirib, Öz hüquqlarını bizimlə bölüşüb, Onun əbədi ailəsinə daxil olmaq şərəfini bizə verib. İsa Məsihin kəffarəsi sayəsində biz Allahı Atamız çağırmaq haqqını əldə edirik. Çünki Məsih bizi Allaha yaxınlaşdırıb və bizə Atanın adını müqəddəs tutmağı əmr edib. Biz də Səmavi Atamızı bütün fikirlərimizin, arzularımızın mərkəzi olarak qəbul edirik və mədəniyyətimizin mərkəzində olmasını istəyirik.

Habelə Müqəddəs Ruh daxilimizdə “Abba, Ata” deyə nida edərək “bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq”. Səmavi Ata Öz Oğlunun kəffarəsi sayəsində bizi övladlığa götürdüyünə görə, biz Müqəddəs Ruhdan doğulmuşuq. Allah daxilimizdə məskən salıb və bizi Ona Ata deməyə layiq eləyib. O bizə Padşahlığında xidmət tapşırır və pak məhəbbəti ilə bizi təqdis edir. Biz, dünya yaranmazdan əvvəl Məsihdə seçdiyi adamlar, Onu görməyə və əbədi olaraq Onunla birlikdə olmağa can atırıq. O, övladlarından hər birini tanıyır və bizimlə olmağı arzulayır. Bəs sən Onu sevirsənmi, Ona şükür edirsənmi, Onu izzətləndirməyə çalışırsanmı? Rəbbin Duasını dərindən dərk etsən, bütün Müjdənin mənasını dərk edəcəksən. Biz böyük, qorxunc, dərkedilməz Allaha iman etmirik, lakin bizə yaxın olan, bizi sevən və bizimlə əbədi yeni əhd bağlayan Ataya iman edirik.

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:37 AM | powered by PmWiki (pmwiki-2.3.3)