Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 044 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:6
6 Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq.
(Luka 18:9-14; Yəh. 6:35; Rom. 3:23-24)

İlahi məhəbbət zənginin dördüncü çalınması salehlik üçün “acan”, günah yuxularından oyanan insanlara ümid verir. Hamı yaxşılıq etmək istəyir, bəşəriyyətə yaxşı şeylər arzu edir, lakin heç kimin buna gücü çatmır, çünki hamımız günahın köləsiyik. Ancaq Məsih çarmıx ölümü ilə günahkarlara salehliyi bəxş edir. Salehliyə, müqəddəsliyə can atanlar ilahi salehliyin dolğunluğunu Məsihdə tapacaq və həqiqi məhəbbətlə yaşamaq üçün lazım olan qüvvəyə nail olacaqlar. İsaya gəl, qoy İsa sənin ürəyini təmizləsin, səni təzələyib Allahda sabitləşdirsin. O zaman sənin sevincin öz bacarığından asılı olmayacaq, sən yalnız Allahın lütfünə görə sevinəcəksən. İmanın səni xilas edəcək və Məsihin sevinci sənin ürəyini dolduracaq.

Salehlik burada bütün ruhani bərəkətləri ifadə edir (Zəb. 24:5); həmin bərəkətlər üçün acıb-susamaq lazımdır. Onları, ac bir adam yeməyi arzuladığı kimi arzulamalıyıq; başqa bir şey bizi razı salmamalıdır. Ruhani xeyir-dualar üçün arzumuz səmimi və daimi olmalıdır. Allah sənin üçün Öz salehliyini hazırlayıb. Sən Məsihə iman edirsənsə, əbədiyyətdə doyacaqsan, çünki Allahın salehliyi boldur, hər kəsə kifayətdir.

DUA: Ey müqəddəs Rəbb, Səni sevirik, Sənə həmd edirik, çünki Sən sevimli Məsihin gəlişi ilə bizə mərhəmət göstərdin. Qürurumuzu, məyusluğumuzu, zorakılığımızı bağışla! İsanın qanı ilə bizi təmizlə və Müqəddəs Ruhunun qüvvəsi ilə bizi azad et, qoy biz pak həyat sürək! Bütün möminlərlə birlikdə əbədi olaraq Sənin hüzurunda şadlanacağımıza dair böyük ümidi qoruyub saxlayaq!

SUAL:

  1. Məsih salehliyə acıb-susayanları necə doyuzdurur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:33 AM | powered by PmWiki (pmwiki-2.3.3)