Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 016 (Jesus' birth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

2. İsanın doğulması və adının verilməsi (Matta 1:18-25)


MATTA 1:21
21 Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək.
(Bax həmçinin: Luka 2:21)

Mələk Yusifə bildirdi ki, Məryəm qız deyil, Oğul doğacaq və bu Oğula Allah tərəfindən əzəldən müəyyən olunmuş adı vermək Yusifə nəsib olacaq. Bunun üçün Yusifdən, əlbəttə, iman tələb olunurdu. Yusif bu ilahi adın tam mənasını doğrultacağına inandı.

İsa adının mənası «Rəbb nicat verir, Rəbb xilas edir». Bu, sadəcə olaraq İsanın adı deyil, Onun Şəxsiyyətinə dair vəhydir. Bu ad İsanın sadəcə olaraq xalqın Padşahı olmadığını, həm də xalqın Allahı olduğundan xəbər verir. Çünki Öz xalqını günahlarından xilas edən Padşah deyil, Rəbdir (Zəb. 51). O onları Davud və ya başqa qədim qəhrəmanlardan fərqli olaraq, bəşəri düşmənlərindən deyil, günahlarından xilas edəcək. Əzəli Olan artıq bizi həlak edən qəzəbli Hakim deyildir, çünki İnsan olan İsanın Şəxsində bizə Rəbbin misli olmayan yardımı təqdim edildi. O, günahkarlardan uzaq qalmadı, amma bizə yaxınlaşdı və bizim aramızda çalışdı. Həqiqətən, Allahın günahkarlara qarşı məhəbbəti "İsa" adında ifadəsini tapdı. Bütün səmavi qüvvələr və xilas məqsədləri bu heyranedici adda cəmləndi. Allahın nicatını, yardımını bütün insanlar dadmaz, yalnız Onun xalqı dadar. Allahın xalqı müəyyən bir millət deyildir, lakin günahlarından tövbə edib ürəyini açaraq Onun xalqına daxil olmaq fürsəti bütün insanlara verilir. İsaya iman edən saleh sayılır. Sən bu saat Allahın xalqına daxil ola bilərsən, bunun üçün sadəcə olaraq İsanı qəbul edib özünü Ona həsr etməlisən. Göydə və yerdə İsa adından gözəl bir şey yoxdur, axı İsa adı sənə xəbər verir ki, Allah Özü sənin qayğına qalır və sənə yardım edir.

İsanın Öz xalqına verdiyi yardım nədir? Günahlarından xilasdır! Günahlarını etiraf edən, bütün murdar işlərinə peşman olan ən böyük möcüzəni – İsanın günahlarımızı Öz üzərinə götürən və məhv edən Allah Quzusu olduğunu qavrayır. O, Külli-İxtiyardır, çünki indi O Atası ilə birlikdə izzət içində oturur. O, əbədiyyətdə bizim satın alınmağımızı gerçəkləşdirməyə və Öz Ruhunu imanlılar üzərinə tökməyə müvəffəq oldu. Biz yeni yaradılış olduq. İsa yeganə Nicatkarımızdır, Xilaskarımızdır. Bəşəriyyət üçün İsadan başqa ümid yoxdur. O sənin təqsirlərini bağışladı və səni tam xilas etməyə qadirdir, çünki O həmişə yaşayır! Qəlbini Onun lütfünə aç və sənə verdiyi bu lütfə görə həmd və şükür et!

Heç bir insan, heç bir cin Allahın Oğlu İsanın bizi satın almasına mane ola bilməyib! Heç bir pis ruh bizi Onun güclü əlindən qapa bilməyəcək! Şübhəsiz, Allahın planları yerinə yetməyə davam edəcək, Allahın Oğlu tövbəyə hazır olan hər kəsi xilas edib Öz quzu sürüsünə qəbul edəcək. Biz mələyin şəhadətini təsdiqləyirik, çünki son iki min il boyunca Allahın xalqı xeyli böyüyüb və böyüməyə davam edir. Bəs sən xilas olmusanmı? Sınmış qəlblə tövbə eləyib Ona iman edərək xilasını qəbul etmisənmi? Ürəyin, səni satın almış Xilaskara görə sevinirmi və düşüncən bu sevincin təsiri ilə dəyişilirmi? Əgər sən xilas olmusansa, get bütün qardaş-bacılarını, dost-tanışlarını çağır ki, onlar da İsanın xilasını dada bilsinlər, çünki O iman edən hər kəsi xilas etməyə qadirdir və Onun qürdəti hədsizdir!

DUA: Sənə səcdə edirik, ya Rəbb İsa, uca Xilaskar, zira Sən bizi xilas etmək üçün doğuldun, bizə həqarətlə baxmadın, əksinə, bizi sevdin və təqsirlərimizi tamamilə məhv etdin. Bizə Sənin qüdrətinə, bizimlə olan hüzuruna iman etməyi öyrət ki, biz hər cür haqsızlıqdan azad olub, mübarək adın naminə müqəddəs həyat sürək! Dostlarımızı da, düşmənlərimizi də Öz xilasına cəlb et və qoy onlar həlak olmasın, amma əbədi həyata nail olsunlar!

SUAL:

  1. İsa adının mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.3.3)