Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 012 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:12-16
12 Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13 Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14 Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15 Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16 Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu.

Babilə əsir düşən yəhudiləri vahimə basdı. Onlar elə bilirdilər ki, Allah onlarla bağladığı əhdə görə onları qoruyacaq və Onun məbəddəki hüzuru qələbələrini təmin edəcək. Lakin bu olaydan sonra Allahın müqəddəs olmalarını və qanuna məhəbbətlə əməl etmələrini tələb etdiyini anladılar. Allahı təkcə ayinlər, doktrinlər, mənasız (mexaniki oxunan) çoxlu dualar razı salmaz, çünki Onun məqsədi siyasi qüdrətə malik olan bir dini dövlətin qurulması deyil, insanların ürəklərinin dəyişməsidir; O istəyir ki, insanlar Onun önündə qəlbi sınıq və həlim vəziyyətdə dayansınlar, zehinləri təzələnsin və onlar yeni yaradılış olsunlar.

Allah əbədi olaraq qəzəblənməz, xalqlara və fərdlərə tövbə üçün yeni fürsətlər verər. Buna görə də b.e.ə. 538-ci ildə iki kişi Yerusəlimə qayıtdı. Sınmış qəlblərində böyük ümid var idi. Onlar Davudun nəslindən olan Zerubbabil və keçmiş baş kahinin oğlu Yeşua idi. Fars imperatorluğu Babili məğlub edəndə, Fars padşahı Kir vətəninə qayıtmaq arzusunda olan hər yəhudinin öz vətəninə köçməsinə icazə verdi. Bir dəstə yəhudi sevinə-sevinə geri qayıtdı. Lakin onlar Yerusəlimi xaraba kimi acınacaqlı halda tapdılar. Pis vəziyyətə baxmayaraq, onlar məbədi yenidən inşa etməyə başladılar, çünki başlarına gələn bu bədbəxtliklərin imansızlıqları və pozğun həyat tərzləri ucbatından olduğunu dərk etdilər. İndi onlar bildilər ki, Allah siyasi padşahlıq qurmalarını istəmir, lakin ruhani xidməti, sidq ürəkdən edilən ibadəti və pak həyat tərzini istəyir.

İsanın nəsil şəcərəsinin son üçdə bir hissəsində adları çəkilən kişilər barədə çox məlumatımız yoxdur. Sadəcə olaraq onların yadellilərin hakimiyyəti altında yaşadıqlarını bilirik, çünki hakimiyyət farslardan yunanlara, sonra makkaveylilərə və nəhayət romalılara keçdi. O dövrdə yəhuda bölgəsi siyasi proseslərdə mühüm rol oynamadı.

Təəccüblüdür ki, İsanın nəsil şəcərəsi onun əsil atası olmayan Yusif ilə başa çatır. Lakin yəhudilərin nəsil barədə o zamankı təsəvvürləri belə idi ki, nəsil qan əlaqəsi deyil, qanuni hüquqlar və əlaqələr əsasında qurulurdu. İsa, Onu övladlığa götürmüş olan Yusif vasitəsilə Davudun nəslinə şərik oldu; bundan əlavə, İsa, Roma siyahıyaalınması sayəsində Nazaretdə deyil, Davudun şəhərində doğuldu. Roma qanunlarına görə, Yusif siyahıya alınmaq üçün öz əcdadlarının şəhərinə qayıtmağa məcbur idi.

Matta Məryəm oğlu İsanın gözlənən Məsih adlanmasının əhəmiyyətindən bəhs edirdi. İsanı Məsih olaraq qəbul edən təkcə Matta deyil, Allahın qədim xalqının bir çox başqa nümayəndələridir; eləcə də bu gün dünyanın müxtəlif xalqlarından olan çoxlu insanlar bu həqiqəti təsdiqləyir və sevinirlər ki, İsa Məsih doğulanda, Səmavi Padşahlıq insanlara yaxınlaşdı. Onun məhəbbəti, ruhani səlahiyyəti, sevinci və təvazökarlığı fövqəltəbii Padşahlığının əlamətləridir. Bizim əziyyət çəkən dünyamızın yeni padşahlıqlara, rəyasətlərə ehtiyacı yoxdur, axı silahlar və sərvətlər xalqları təzələyə bilməz. Yalnız Məsihdə Allahla barışan insanlar təzələnə bilər və vəziyyətləri düzələ bilər. Biz ürəkdən dua edirik: Ya Rəbb, qoy bizim günlərimizdə də «Padşahlığın gəlsin!»

DUA: Ya Rəbb İsa, Sən bizim Padşahımızsan. Sən bizdən vergi ödəməyi, yaxud qanunlara riayət etməyi tələb etmədin, Sən bizim uğrumuzda Öz canını qurban verdin və bizi məşhur siyasətçi olmaq, maddi cəhətdən təmin olunmaq, yaxud kiminsə qisasını almaq kimi boş və mənasız arzulardan azad etdin. Sən daima bizi dəyişdirirsən və sevən insanlara döndərirsən, bizə əbədi həyat verirsən ki, öləndən sonra ölü olmayaq (Yəh. 11:25-26), lakin Sənin əbədi həyatınla yaşayaq!

SUAL:

  1. Niyə İsanın nəsil şəcərəsi, Onun doğma atası olmayan Yusiflə başa çatır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.3.3)