Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Christ -- 04 (Christ's Teachings)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

4. MƏSİHİN TƏLİMLƏRİNDƏN NƏ ANLADIN?


Bütün saleh peyğəmbərlər və elçilər Allahın əzəli kəlamından ilham alıblar. Lakin Məsih, Allahın bütün yaradıcılıq və məhəbbət qüdrətinin cəmləşdiyi ilahi Kəlamın özüdür. O təkcə danışmaqla qalmayib, danışdığı kimi yaşayıb. İsanın bir-birini təsdiq edən sözləri və əməllərində Allahın qüdrəti aşkar olub.

İsa haqqında tez-tez belə sözlər oxuyuruq: "İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi" (Matta 7:28-29). Düşmənləri Onu tutmaq üçün nökərlərini göndərəndə, İsanın vəzi nökərlərə toxundu və onlar İsaya yaxınlaşmağa cəsarət etmədilər. Onları göndərənlərə qayıdıb: "Hələ indiyəcən heç bir insan belə danışmayıb" (Yəhya 7:46) deyə etiraf etdilər.

Məsihin tam həlimliklə söylədiyi sözlərin bəzisinə qulaq asın:

"Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq" (Yəhya 8:12).

"Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz" (Yəhya 6:35).

"Düşmənlərinizi sevin, sizi lənətləyənlərə xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin" (Matta 5:44).

"Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar" (Matta 7:1-5).

Bu kəlamları düşünsən, Məsihin dünyanın nuru olduğunu, sözlərinə əməl edənlərə sülh və həqiqi həyat bəxş etdiyini anlayacaqsan.

Digər peyğəmbərlərin hamısı qaranlıq dünyada parlayan ilahi nurun sadəcə olaraq bir parçası idilər. Ay işığı kimi zamanla sönüblər. Məsih isə işığının var qüvvəsi ilə parlayan günəş kimidir. Üfüqdə günəş doğarkən ayın ardınca getmək necə mümkündür? Məsih həqiqi nurdur! Peyğəmbərlikləri yerinə yetirən, yeni əmrini – məhəbbəti elan edən İsanın Özü məhəbbətin təcəssümüdür. Buna görə Onun belə deməyə haqqı var idi: "Yol, həqiqət və həyat Mənəm... Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək" (Yəhya 14:6 və Matta 24:35).

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:23 AM | powered by PmWiki (pmwiki-2.3.3)