Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Christ -- 02 (Christ's Miraculous Birth)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

2. MƏSİHİN MÖCÜZƏVİ DOĞULUŞU HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?


Dünyada heç vaxt Məsih kimi bir insan anadan olmayacaq, çünki Məsih Məryəmin Oğludur. İsmail İbrahim oğlu, Yəhya Zəkəriyyə oğlu, Məhəmməd Abdullah oğlu olaraq adlandırılmışlar. Eyni şəkildə bütün insanlar öz atalarının adlarını daşıyırlar. Bəs niyə Məsih yalnız anasının adını daşıyıb? Çünki Məsihin başqa atalarla müqayisə edilə biləcək bir atası yox idi. Məsih bakirədən doğulmuşdur. Doğuluşu Allahın qüdrətindən, əbədi məqsədindən asılı idi.

Doğulmasından yeddi yüz il əvvəl Yeşaya Peyğəmbər doğuluşu barədə belə peyğəmbərlik etmişdir: "Budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel (yəni, Allah bizimlədir) qoyacaq" (Yeşaya 7:14). Allah vədini həyata keçirmişdir, çünki O sadiq və adildir, Onun üçün imkansız bir şey yoxdur.

Məsihin Allahın Kəlamı olduğundan xəbərin varmı? Allahdan ilham almış İncildən bu sözlərə qulaq asın: "Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi... Kəlam bəşər olub... aramızda məskən saldı" (Yəhya 1:1,14). Allahın müqəddəs sözlərində fəal olan bütün yaradıcı qüvvəti, Kəlam olan Məsihdə cəmləşmişdir. Məsih doğulduğu zaman baş verən hadisələri düşünsən, heyrətə düşərsən, çünki heç bir insan Məryəmin Oğlu kimi doğulmayıb və Onun tayı-bərabəri yoxdur. İsa doğuluşunda misilsizdir.

Allahın Adəmi torpaqdan yaratdığı yadındadırmı? Hamımız Adəmin övladlarıyıq. Hətta peyğəmbərlər belə, torpaqdan yaranmış məxluqlardır. Hamımız aşağıdanıq, bu dünyadanıq. Ancaq Məsih yuxarıdandır, çünki O, göydən enmişdir. Məsih pak, ləkəsiz, təmiz, qardan da ağdır. Biz isə Allahın Ruhundan deyil, dünyadan olduğumuz üçün hamımız təqsirli, ləkəli və günahlıyıq.

Müqəddəs Kitabda qeyri-adi bir şey oxuyuruq: Məsih günahkarları xilas etmək üçün dünyaya gəlib. Heç bir insan Məsihin yerini tuta bilməz, zira hamımız yerdən doğulmuşuq, amma İsa birbaş Allahdan doğulub.

O bizim kimi bəlalı insanları rədd etməyib, lakin bu bədbəxt dünyanı xilas etməyi və bizi, fani insanları pak etməyi qərara alıb.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)