Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 068 (Be Obedient to your Authorities)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

5. Hakimiyyətlərə tabe olaq (Romalılar 13:1-6)


ROMALILAR13:1-6
1 Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub. 2 Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir. 3 Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər. 4 Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin. 5 Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır. 6 Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar.

Siyasi partiyaların mübarizəsindən, nazirlərin hiyləgərliyindən, zalım hakimlərdən və kütləvi iğtişaşlardan çox adam əziyyət çəkir. Bu dünyada kamil hökumət yoxdur, çünki bu dünyada günahsız bir adam yoxdur. Buna görə sən hakimiyyətə dözməlisən, necə ki Allah sənə və ailənə dözür.

Həvari anlayırdı ki, Allah tərəfindən təyin edilmədən, Allahdan səlahiyyət almadan heç bir hakimiyyət onun xalqı üzərində hökmranlıq edə bilməzdi. Hakimiyyət Əzəli Hakimə cavabdeh olacaq və çox güman ki, pozğun xalq pozğun hakimiyyətə layiqdir!

Həvarinin sözlərini dərindən düşünsən, onlarda belə fikirləri taparsan:

a) Bütün hakimiyyətlər Allah tərəfindən təyin olunmuşdur, çünki Allahın bilgisi və iradəsi olmadan heç nə baş vermir.
b) Hakimiyyətə tabe olmayan adam Allaha tabe olmur.
c) Qanuna, hüquqa qarşı üsyan edən, qanunu pozan adam ədalətli cəzasını alacaqdır.
d) Allah cinayətkarların, fırıldaqçıların canına qorxu salmaq, müdriklik və ədalətlə qılıncdan istifadə etmək üçün nazirləri, hakimləri çağırmışdır.
e) Yaxşılıq edənlərin isə qorxması üçün bir səbəb yoxdur. Ədalətli hökumət onlara görə Allahın xidmətçisidir, salehləri yaxşılıq etməyə daha da ruhlandırır.

Paul hakimiyyətin Allaha xidmət etdiyindən iki dəfə bəhs edir. Müdriklik və qüvvətlə yaxşı və ədalətli qanun-qaydaları qəbul edən hakimiyyətə Allah Özü xeyir-dua verəcək və xalqı ilə birlikdə onu mükafatlandıracaq. Hüququ pozan və rüşvət alan hakimiyyəti isə Allah cəzalandıracaq. Hakimiyyət nümayəndələri Allaha xidmət etməyə çağırılmış insanlardır; onlar ya Allahın himayəsində yaşayır və xidmət edirlər, ya da Allah tərəfindən mühakimə olunurlar.

İsa insanın vergilər ödəmək vəzifəsinə dair sualı belə həll etmişdir: “qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin” (Mat. 22:21). Məsih bu əmri ilə insanın hakimiyyət qarşısında olan vəzifələrini vaxtı-vaxtında yerinə yetirməyə görə cavabdeh olduğunu elan etdi. Eyni zamanda O, hakimiyyətin səlahiyyətinin hüdudlarını müəyyən edir. Allaha qarşı duran, Allahın əmrlərini pozan, xalqı başqa allaha səcdə etməyə məcbur edən hakimiyyətə qarşı durmaq lazımdır. Hətta ölkədən qovulmaq, əziyyət çəkmək, öldürülmək təhlükəsi qarşısında belə, “insana deyil, Allaha itaət etmək daha vacibdir” (Həv. 5:29). Aralıq dənizi hövzəsindəki ölkələr, Məsihin Ruhuna zidd gedən hakimiyyətlərinə qarşı durmadan, ancaq onlara görə dua edən şəhidlərin qanı ilə yuyulmuşdur.

Müqəddəs Kitab öyrədir ki, axır günlərdə Dəccal, yaxud Məsihin əleyhdarı meydana gələcək. O, dünya xalqları üzərində hökmranlıq edəcək və hamının Ata, Oğul və Müqəddəs Ruh əvəzinə ona səcdə etməsini tələb edəcək. O zaman dua edən hər kəs Dəccalın Allaha zidd olan tələblərini pozan sayılacaq və əzablı ölümə məhkum ediləcək! Lakin əbədi olaraq həlak olmaqdansa, qısa müddət əzab çəkmək yaxşıdır.

Habelə hökümətimiz, konstitusiyamız, hüquqlarımızın təmin edilməsi üçün dua etmək də bizim ruhani vəzifəmizdir, çünki hakimiyyət nümayəndələri də yalnız Allahın lütfü ilə yaxşılıq edə bilərlər.

DUA: Ya Rəbb İsa, Sən Atan Allaha hamıdan çox itaət etmisən və buna görə çarmıxa çəkilmisən! Hakimiyyətimizin xeyrinə dua etməkdə bizə kömək ol və əgər hakimiyyət bizi Allahdan dönməyə və pislik etməyə məcbur etsə, ona qarşı durmağa cəsarət ver!

SUAL:

  1. Hər hakimiyyətin səlahiyyət hüdudları nədir və niyə insana deyil, Allaha itaət etmək daha vacibdir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)