Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 080 (Founding of the Church at Philippi)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

4. Filipidəki cəmiyyətin qurulması (Həvarilərin İşləri 16:11-34)


HƏVARİLƏRİN İŞLƏRİ 16:16-18
16 Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi. 17 O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər». 18 Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı.

Dünyada çox cin var. Həvari Yəhya “bütün dünya şər olanın hakimiyyəti altındadır” dedi. Bu gün biz şər qüvvələrin işlərini açıqca görürük. İsanın dövründə cinə tutulmuş adamlar Onun Nurun mənbəyi olduğunu görür, Ona yaxınlaşıb “Nə olub? Ey Allahın Müqəddəsi, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən?” – deyirdi. Bu falçı qız da həmçinin Paulun içindəki Ruhun və o biri müjdəçilərin məhəbbətinin təsiri ilə onlara cəlb olunaraq “Ey insanlar! Bu adamlar Allah-Taalanın qullarıdır! Onlar sizə həqiqəti öyrədir ki, siz pis ruhlardan və ölümdən qurtarasınız!”

Bütün şəhər bu falçını tanıyırdı. İnsanlar onun üzünə gülürdü, amma eyni zamanda ondan qorxurdu. Çoxları onun dediyinə inanır, ona qulaq asırdı və onlara gələcəyi bildirməsi üçün ona müraciət etdikdə şeytanın əllərinə düşürdü. Ey qardaş, sənə məsləhətimiz budur ki, şəfa almaq üçün falçılara, baxıcılara müraciət etməyəsən. Çünki onlara inandığın zaman onlardakı ruhlarla ünsiyyət qurursan. Paul cinə tutulmuş qadının sözlərinə niyə kədərləndi? Qadının içindən gələn yad səsdən iyrəndiyinə görə kədərləndi. Paul onun sözlərini Müjdə üçün yaxşı reklam saymayıb və bütün şəhərin məhz bu yalançı ruhun sözlərinə görə Müjdəyə qulaq asmasını istəməyib.

Paul həmçinin bilirdi ki, şeytanın ruhu Məsihin Ruhu kimi deyil. Şeytan hiylə quranların, yalançıların başçısıdır. Bu falçının ruhu Paulun vəzini dəstəkləmək üçün belə danışmayıb və sözlərində həqiqət olsa belə, ona eyni zamanda çox yalan qarışırdı.

Allahımız çoxlu tanrıların, ruhların, cinlərin ən böyüyü deyildir. O birdir, vahiddir, Onun kimi başqa tanrı yoxdur. O dövrdə yunan dünyası çoxlu tanrılara, ruhlara inanırdı. Bu qarabaş “Allah-Taala” deyəndə əslində “ən uca tanrı” deyirdi və beləcə vahid Allaha iman əsasında qurulan Müjdəyə zidd danışırdı.

Bundan əlavə, şeytanın ruhu Vahid Allahın varlığını tanımırdı. Allahın Müqəddəs Ata olduğunu və Oğlu İsanın Onun sağında oturub Müqəddəs Ruhla birgə hökmranlıq etdiyini və çarmıx qurbanına əsaslanan xilası inkar edirdi. Murdar ruh həmçinin Paulla həmkarlarının Allahın qulları olmaqla yanaşı övladları olduğunu demirdi. Çünki əsil xilas bizi nəinki günahdan, ölümdən və şeytandan azad edir, habelə bizim övladlığa götürülməmizə və yenidən doğulmamıza səbəb olur və biz Allah-Taalanın övladları oluruq.

Beləliklə, murdar ruh Yaradandan, xilasdan danışsa da, əslində Allahın Özünü və xilasın mahiyyətini inkar edirdi. O, Məsihin fikrinin əksinə, Müjdəni “sensasiyaya” döndərmək, səs-küy salmaq istəyirdi, Məsih isə insanın sakitləşib düşünməsini, Rəbbin Kəlamını eşidib sakitlikdə tövbəyə gəlməsini və imanla xilas olmasını istəyir.

Paul qızın murdar ruha tutulmuş olduğunu anladı. Qızın əzab çəkən ruhunu gördü və milyonlarla adamı yoldan çıxardan şeytana nifrət etdi. Yazıq qarabaşa rəhm edən həvari murdar ruha ondan çıxmasını əmr etdi. O, Məsihdən fərqli olaraq, murdar ruhu öz adı ilə qova bilməzdi, millətlərin həvarisi özünün aciz və qabiliyyətsiz olduğunu və İsa Məsihin yeganə Xilaskar olduğunu iqrar edərdi. Odur ki Paul İsanın adı ilə qızdan çıxmasını murdar ruha əmr etdi.

İsanın adı həqiqətən bənzərsiz addır, cəhənnəmdə hamının bildiyi addır. Ağılsız insanlar kor, cahil, fanatik dərəcədə dindardırlar, Allahın həqiqətini bilmirlər. Lakin Paul kimin Rəbb olduğunu açıqca söylədi – yaşayan İsa Məsih Rəbdir! Paul vaizlik fəaliyyətində şeytanın reklamından faydalanmayıb, amma əzab çəkən qızdan Müjdənin qüvvəsiylə pis ruhu qovub və qızın ruhunu murdar ruhdan qurtarıb.

İsanın adı bu gün hələ də böyük qüvvəyə malikdir. Lakin bu adı kefimiz istəyəndə dilimizə gətirə bilmərik. Biz səbirlə Müqəddəs Ruhun razılığını gözləməliyik. Paul qarabaşla ilk dəfə qarşılaşanda ondan cini qovmayıb. Ancaq bir neçə gün keçəndən sonra çox dua etmiş həvari İsanın buna razı olduğunu bilib. Hər şey son dərəcə önəmli olan “İsa Məsihin adı ilə” sözləri sayəsində belə olmuşdur. Hal-hazırda Onun Ruhunun himayəsi altında yaşayanlar dua ilə murdar ruhları qova bilərlər. Ehtiyatlı ol, ey qardaş, öz adınla heç nə etmə! Öz arzularını əldə etmək üçün İsanın adından istifadə etməkdən də özünü gözlə! Bunun əvəzinə, Müjdəyə və Müjdə Ruhuna tabe ol, onda sən öz daxilində və ətrafında Rəbbin ehtişamını görəcəksən!

DUA: Ya Rəbb İsa, cinə tutulmuş qadını murdar ruhdan azad etdiyinə görə Sənə şükür və səcdə edirik. Sən bu günədək rəblərin Rəbbisən, insanları şeytanın zəncirlərindən və yalanlarından azad edirsən. Milyonlarla adamın gözlərini aç ki, boş dini yalanları ayırd edə bilsinlər və Sənin bənzərsiz adının qüvvəsiylə xilas olsunlar!

SUAL:

  1. Cinə tutulmuş falçı qızın sözlərindəki yalan nə idi və Paulun söylədiyi həqiqət nə idi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)