Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 072 (Apostolic Council at Jerusalem)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)

B - YERUSƏLİMDƏKİ HƏVARİ MƏCLİSİ VƏ ONUN NƏTİCƏLƏRİ (Həvarilərin İşləri 15:1-35)


HƏVARİLƏRİN İŞLƏRİ 15:1-5
1 Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». 2 Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sual ətrafında həvarilər və ağsaqqallarla görüşsünlər. 3 Beləliklə, cəmiyyət tərəfindən göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər. 4 Yerusəlimə çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə etdiyi hər şeyi danışdılar. 5 Amma farisey təriqətindən olmuş bəzi imanlılar qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək lazımdır».

Bəzən şeytan özünü çox dindar göstərir, insanlara Qanuna riayət etməyi öyrədir, sanki onlar Məsihin əfvindən əlavə xüsusi müqəddəslik əldə edə bilərlər, guya İsanın qanı ilə saleh sayılmaq yetərli deyil və Allahla həyatımız təkcə lütfə əsaslanmır.

Beləcə Yerusəlimdən Antakyaya Qanuna bağlı bəzi imanlılar gəlib Antakyadakı cəmiyyətdəki sülh və mehribanlığı sarsıtmışdılar. Bu qanunpərəstlər imanlılara guya “xilasın kamilliyini” öyrətmək üçün toplantılarda vəz etmək haqqını istəmişdilər. Xilas üçün təkcə Məsihin qanının kifayət etmədiyini və hər imanlının mütləq Musanın Qanununa görə Allahla bağlanan əhdin rəmzi olaraq sünnət olmalı olduğunu iddia edən bu adamlar bütün Qanunun Allahdan ilham almış vəhy olduğu üçün ona dəqiq əməl etməyən hər kəsin məhkum ediləcəyini öyrədirdi.

Paulla Barnaba müqəddəs qəzəblə doldular. Barnaba əvvəlcə Yerusəlimə gəlib o məsələ haqqında öyrənmişdi. İki həvari açıqca elan edirdi ki, Müqəddəs Ruhun imanlılar üzərinə enməsi Qanunu bilməkdən və ya Qanuna əməl etməkdən asılı deyil. Bunu Kiçik Asiyadakı təcrübələrinə əsasən söyləyirdilər. Xilas bizə Qanuna əməl etdiyimizə görə əsla verilməz, yalnız lütf ilə verilər. Lakin qüdslü məsihi “fariseylər” imanlılardan Əhdi-Ətiqin vəhy sözlərinə qeydsiz-şərtsiz tabe olmağı tələb edirdi. Paul isə Allahın Məsihdə yeni Qanunu elan etdiyini öyrədirdi. Məsih bizim uğrumuzda qədim Qanunu yerinə yetirib ona qalib gəlmişdir və bizim üçün lütf dövrünü açmışdır.

Beləcə imanlılar cəmiyyətində amansız ruhani mübarizə başladı və bu mübarizə yeni imanlıları çox narahat edirdi, çünki hər iki tərəf öz mövqeyini sübut etmək üçün Tövrata istinad edirdi. Bunun nəticəsində İmanlılar Cəmiyyətinin tarixi boyunca dəfələrlə baş verən və ənənəvi olaraq “kilsə məclisi” adlandırılan olay ilk dəfə baş verdi: cəmiyyətin üzvləri həvarilər, ağsaqqallar və imanda yetkin olanlar vasitəsilə Allahın iradəsini müəyyən etmək üçün bütün Cəmiyyətin ümumi məclisinin çağırılmasını tələb etdilər.

Bu önəmli əmrə əsasən, Paulla Barnaba Antakyadakı cəmiyyətin nümayəndələri olaraq gəmiyə minib Livana doğru səyahət etdilər və dəniz sahilindəki şəhərlərdə yaşayan bacı-qardaşlarına da baş çəkdilər. Bununla əlaqədar olaraq ilk dəfə Livanda qurulan məsihi cəmiyyətlər barədə oxuyuruq. Livanda çox adam əbədi həyata nail olmuşdur. Oradakı bacı-qardaşlar yad bütpərəstləri sünnət olmadan, Qanuna əməl etmədən, yalnız lütflə əvəzsiz olaraq Onunla əhdə çağırdığını eşidəndə çox sevindilər. O imanlıların sevinci böyük idi, çünki səyahətçilər və kəşf edənlər olan finikiyalılar yəhudi dininin Qanunun tələbləri ilə dünyanı dəyişdirə bilməyəcəyini bilirdilər. Onlar lütf anlayışını dərhal anlayıb yeni dövrdə parlayan Müqəddəs Ruhun azadlığına görə İsanı ucaltdılar.

Samariya bölgəsindən keçərkən Paulla Barnaba yenə Allahın möcüzəvi işləri barədə şəhadət etdilər. Çünki ruhani gerçəkliklər imanlıları ruhlandırır və əzmlə bütün dünyaya Məsihin xilasını yaymağa ilhamlandırırdı.

İki həvari Yerusəlimə gəlib-çatanda imanlılar o biri həvarilər və ağsaqqallarla birlikdə onları qarşılamağa çıxdılar. Hamı bu görüşün böyük əhəmiyyətini hiss edirdi, çünki iki həvari Fələstinin xaricindən gələn ilk nümayəndələr idi. Onlar imanla bağlı olan məsələlərə tam aydınlıq gətirilməsini, onlara dair bir qərarın verilməsini istəyirdi. Keçmiş Qanun alimi Şaul özünü aşağı tutdu və Antakyadakı cəmiyyətin adından onun lütf haqqındakı təliminin təsdiqlənməsini istədi. Bu dəfə Yerusəlimdəki cəmiyyətdən olan bütün imanlılar, Allahın millətlərin xilası üçün həvari olaraq seçdiyi, keçmişdə onların ən böyük düşməni olmuş bu adamla görüşə bildilər.

Məclis əqidə məsələlərindən başlanmadı, ilk öncə iştirakçılar Barnaba ilə Paulun təcrübələrinə qulaq asdılar. İki həvari Məsihin onların xidməti vasitəsilə Suriyada və Kiçik Asiyada çoxlu cəmiyyətlər qurduğundan danışdı. Rəbbin zəfərinə verilən şəhadət iştirakçılara dərindən təsir göstərdi, Müqəddəs Ruhun başqa millətlər üzərinə möcüzə ilə tökülməsini heç kəs inkar edə bilmirdi. Hörmətli Barnabanın şəhadəti Qüdsdəki məclisin iştirakçılarına xüsusilə təsir etdi, çünki onlar özləri Barnabanı missiyaya göndərmişdilər və onu yaxşı tanıyırdılar.

Antakyadan gələn nümayəndələr sözünü bitirəndə əvvəlcə qatı fariseylər olan imanlılar danışdılar. Onlar Məsihə iman gətirsələr də, hələ öz əməllərinə ümid bağlayır və tələb edirdi ki, Məsihə iman gətirən “bütpərəstlər” sünnət olsunlar və bütün Qanuna əməl etsinlər. Bu fanatik qanunpərəstlər başqa millətlərə Müjdənin yayılmasına qarşı deyil idilər, əksinə, Məsihin qələbəsinə görə sevinirdilər. Ancaq onlar tələb edirdi ki, təzəcə imana gəlmiş bütpərəstlər əvvəlcə yəhudi olsunlar, belə ki yeni əhd Musanın əhdindən ayrı olaraq bağlanmasın. Bu yolla onlar Allahın Oğlu İsanı və əməllərini Musa Peyğəmbər və əməlləri ilə eyni səviyyəyə qoyurdular. Beləliklə, onların Qanundan azadlığa və Allahın kamil məhəbbətinə əsaslanan yeni əhdi dərk etmədiyi aşkar oldu.

DUA: Ya Rəbb İsa, gözlərimizi aç, qoy biz Səni görək və əzəmətli məhəbbətini dərk edək! Qoy biz özümüzə arxayın olmayaq, öz gücsüz qabiliyyətimizdən tutmayaq, amma təkcə Sənin zəfərinə ümid bağlayaq! Qoy biz Müqəddəs Ruh tərəfindən nurlanaraq Müqəddəs Kitabı oxuyaq və uca İncilində elan edilən yeni əhdinə sadiq qalaq!

SUAL:

  1. Niyə Antakyadakı imanlılar cəmiyyəti öz məslələlərini həll etmək üçün özü bir qərar vermədi, lakin bunu Yerusəlimdəki həvarilərdən xahiş etdi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:13 AM | powered by PmWiki (pmwiki-2.3.3)