Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
11. Peter və Yəhyanın birinci həbsi və məhkəməsi (Həvarilərin İşləri 4:1-22)HƏVARİLƏRİN İŞLƏRİ 4:12-18 Peter şikəst adama Məsihin adı ilə şəfa vermişdi. Həvari bilirdi ki, bu şəfa İsanın adamı tamamən xilas etmək və əbədi həyata qovuşdurmaq istədiyini göstərir. Rəbb yalnız imanlının ruhunu deyil, canını və bədənini də xilas edir. Allahın məhəbbəti bizim inamımızdan və ağlımızdan üstündür. Böyük həvari müdafiə nitqini məşhur cümlə ilə yekunlaşdırdı: “Ondan başqa heç kimdə xilas yoxdur”. Tiberiya gölündən gəlmiş sadə balıqçı təhsil görmüş ilahiyyatçılara Tövratı mükəmməl bilmələrinə rəğmən, kor olduqlarını elan etdi. Xilas üçün diplomların, qalın kitabların, zahiri möminliyin faydası yoxdur. Xilas yalnız dirilmiş İsaya iman etməklə, yaşayan Rəbb ilə üz-üzə gəlməklə, Müqəddəs Ruhun insanda məskən salması ilə gerçəkləşir. Xilasımız nədir? Məsihin qanında təqdis olunaraq Allahın qəzəbindən nicatdır. Xilas, əbədi həyata daxil olmaqla gerçəkləşən ölüm üzərində qələbəmizdir. Məsihin xilası, yaxşılıq etmək və günaha batmamaq üçün ilahi qüvvə almaqdan ibarətdir. Həqiqi xilas insanların bildiyindən yüksək, dərin, geniş və güclüdür. İsaya iman edən insana şeytan hökmran deyildir və Xilaskara bağlanan hər kəs Onunla birlikdə zəfər yürüşündə iştirak edir! Məsih çarmıxda bizim uğrumuza öləndə bütün insanlar üçün xilası tamamladı. Əzəldən saleh Olan fani günahkarlar üçün öldü. Rəbb günahlarımızı götürdü və bizi həqiqətən saleh saydı, çünki heç kəs özünü xilas etməyə qadir deyildir. Allahın Oğlu Bəşər Oğlu oldu ki, bəşər övladları Allahın övladları olsunlar. Beləcə Məsih bizə Allah tərəfindən övladlığa götürülmək hüququnu verdi. Müqəddəs Olan bizim üçün qorxunc Hakim deyildir, bizi sevən Atadır! Məsihin ölümü sayəsində biz Müqəddəs Ruhu qəbul edə bilərik və Onun vasitəsilə Allahın məhəbbəti ürəyimizdə tökülə bilər. Məsihin xilasını qəbul etmək dəvəti bütün insanlara verilir, çünki Məsihdən başqa heç kimdə xilas yoxdur. Bütün dinlər və fəlsəfələr, bəşəri ideyalar və xeyirli işlər ilahi razılığı əldə etmək üçün kifayətsizdir. Nicatımız ancaq Məsihin qanındadır. Onsuz biz həlak oluruq. Buna görə Məsihin barışığını qəbul etmək, Onunla əhd bağlamaq ilahi zərurət və müqəddəs borcumuzdur. İsanı qəbul etməyən adam Allahın məhəbbətini rədd edir və xilas olmur. Allaha İsa vasitəsilə olmayan başqa bir yol yoxdur! İnsan tutan balıqçı Peter bu dərin mənalı həqiqətləri başçı kahinlər, ilahiyyatçılar və Qanun alimlərindən ibarət olan məclisə danışdı. Onun nitqi uzun olmadı, o, Müjdəni bir cümlə ilə yekunlaşdırdı. Hakimlər Peterin loru dildə, bəlağətsiz cümlələrlə danışmasına istehza ilə güldülər. Onun və Yəhyanın təhsil görməmiş sadə insanlar olduğunu gördülər, amma onlardan Allahın qüvvəsinin çıxdığını da inkar edə bilmədilər. Məsihi yaşayan Rəbb, xalqını isə Məsihin qatilləri elan edən Peterin müdafiə nitqində Məsihin qüdrəti zahir oldu və Peter bu cinayətkarları İsanın adı ilə Allahın əvəzsiz xilasını qəbul etməyə dəvət etdi. Görünür ki, hakimlər həvarinin ittihamlarına və elan etdiyi xilasa heç o qədər də əhəmiyyət vermədi və xilası qəbul etmək istəmədilər. Lakin onun İsanın adını dilinə gətirməsi onları narahat edirdi, çünki onlar bu adı yaddan çıxarmaq, ondan qaçmaq, artıq heç vaxt onu eşitməmək istəyirdilər. Allahın qəzəbinə layiq bildikləri o şikəst dilənçinin şəfa tapması da onları heç sevindirmədi. Çünki bu ikiüzlü “mədəni” adamlarda məhəbbət yox idi. Onları yalnız öz kitabları, bəlağətli nitqləri və şərəfli adları maraqlandırırdı. İki həvarinin cəsarəti, qorxmazlığı, cəza qarşısında qorxu hiss etməməsi məclisə təsir etdi. Şəfa tapmış şikəst adamın da onlarla olması hakimlərin həvariləri küfr və fırıldaqda ittiham etməsini xeyli çətinləşdirirdi. Buna görə hakimlər müttəhimləri zaldan çıxarıb öz aralarında məxfi məsləhətləşdilər. Axırda konkret bir qərara gələ bilmədilər, ancaq İsadan danışmağı qadağan etdilər, çünki bu qüvvənin İsanın adından qaynaqlandığını və bu adın onların xalqı və ənənələri üçün təhlükəli olduğunu anladılar. Buna görə onlar İsanın adının daha çox möcüzələr yaradacağından qorxaraq, həvarilərə İsanın adı barədə öyrətməməyi və heç danışmamağı tapşırdılar. Şeytanın məqsədi elə budur. Şeytan ən uca adın dilə gətirilməməsini və Allahın qüvvəsinin insanların ürəklərini xilas etməməsini istəyir. Bəs sən İsanın adını dilə gətirməkdən çəkinirsənmi? Yoxsa Ona şəhadət edirsənmi? Ondan başqa heç kimdə xilas yoxdur. Sən dostlarının xilas olması üçün gərək bu ad barəsində şəhadət edəsən, çünki onlara heç kəs şəhadət etməsə, onlar xilas ola bilməzlər. DUA: Rəbbimiz İsa, biz fani insanları xilas etdiyinə, günahlarımızı bağışladığına, bizi əbədi həyata qovuşdurduğuna görə Sənə şükür edirik! Sənin ölümün bizə həyat verir, əzab-əziyyətin bizə sevinc bəxş edir! Sənin adına qorxmadan şəhadət edək, başçılara və alimlərə günahlarını və Sənin xilasını elan edək deyə bizə cəsarət ver! SUAL:
|