Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 017 (Spiritual Life in the Early Church)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

8. Erkən İmanlılar Cəmiyyətində ruhani həyat (Həvarilərin İşləri 2:42-47)


HƏVARİLƏRİN İŞLƏRİ 2:42-47
42 Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər. 43 Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi. 44 İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi. 45 Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar; 46 hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. 47 Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdı. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.

Bu yerə kimi Müjdəçi Luka İsanın şagirdlərini Müqəddəs Ruhun tökülməsinə hazırladığından və sevinclə həqiqəti, müqəddəsliklə məhəbbəti birləşdirən bu Ata Ruhunun ilahi məhəbbət küləyi kimi göydən gəldiyindən bəhs etmişdi. Bundan sonra isə həkim Luka bizə Müqəddəs Ruhun niyə və necə işlədiyini göstərir. Çünki Atanın verdiyi vəd həyata keçmişdir, Məsihin qüvvəsi işini görmüş, qələbə çalmışdır və bu günə kimi belə davam edir. Dünyada lütf ilə yeni dövr başladı. Allah məhəbbətinin qüvvəsi Məsihə iman edənlərin xudbinliyini sındıraraq, onları fövqəltəbii insanlara çevirdi və onlar imanları vasitəsilə Allahın salehliyi ilə doldular.

Müqəddəs Ruhun işi əməldə necə görünür? Luka bir yunan kimi bizə Müqəddəs Ruhun varlığını və təsirini əsil ustalıq və məharətlə qısaca təsvir etdi:

1 – Müqəddəs Ruh imanlılara Allahın Kəlamının, ələlxüsus həvarilərin təliminin dərin mənalarını öyrədir. Çünki İncili müntəzəm olaraq dərindən oxuyub öyrənmədən, İlahi Ruhdan həyat almaq qeyri-mümkündür. Məsih indiyədək şagirdlərini İncil vasitəsilə öyrədir. Həvarilərin təlimi olmadan iman yoxdur!

2 – Ancaq imanlı təkbaşına, müstəqil şəkildə gündən-günə Kəlamdan ruhani qida alaraq Allahın iradəsini dərindən öyrənə bilməz. Erkən məsihilər məhəbbət şərikliyində birgə yaşamışlar, hər kəs başqasını özündən üstün saymışdır. Şəriklik olmadan, məsihilik ola bilməz, çünki Allahın Ruhu məhəbbətdir.

3 – Erkən məsihilər fikir mübadiləsi və hisslərinə şərik olmaq ilə kifayətlənməyərək, Rəbbin Süfrəsini birgə qəbul etmişlər və çörək ilə şərab rəmzləri vasitəsilə şəxsən Rəbb İsanın onların bədənlərinin içində yaşadığına inanmışlar. Bu Süfrə onlar üçün həyat, qüvvət, sevinc və şükran mənbəyi idi.

4 – Bu üç əsas təməl üzərində dualar, həmd nəğmələri, xahişlər, etiraflar, nidalar ucaldılırdı. Çünki onların toplantılarının mərkəzində dünyəvi fikirlər və fəlsəfi ideyalar deyil, Ataları Allah ilə sıx əlaqə və arası kəsilməyən ünsiyyət dururdu. Bəs sən müntəzəm olaraq qardaş-bacılarının şərikliyində dua edirsənmi?

5 – Ruhla dolmuş məsihilərin imanı səthi deyil idi, çünki onlar Allahın izzətli müqəddəsliyini tanımışdılar. Onlar Allahın qarşısında titrəyə-titrəyə bütün ürəyi ilə Rəbbi sevir, Ona güvənirdilər, bununla belə Rəbbin əzəmətinə yanaşmalarında hər zaman həlimlik, ciddilik və qorxu var idi. Müqəddəs Ruh bizdə Allah qorxusu və Allah məhəbbəti yaradır və bunlar yaşayan imanımız üçün möhkəm təməl olur.

6 – Bu yolla Müqəddəs Üçlükdə vahid Olanla birləşən adam Onun səmavi qüvvəsini müqəddəslərin şərikliyində tapır. Zira Atamız övladlarının müştərək dualarına cavab verir və bol mərhəməti ilə onlara xilas, himayə, şəfa verir, onları təqdis edir və haqq yola yönəldir.

7 – Müqəddəslərin məhəbbəti pula çatanda tükənmir, amma Müqəddəs Ruh bizi sevinclə verməyə ruhlandırır, çünki vermək almaqdan yaxşıdır. Erkən məsihilər mallarını, mülklərini satıb, sərvət bütü Mamondan azad oldular və əldə edilən pulları imanlılar cəmiyəytinin ümumi kassasına qoydular.

8 – Beləcə onların hamısı Allahın bir ailəsi kimi birgə yaşadılar, könüllü olaraq bir-birinə yardım etməyə adət etdilər və onların icmasını idarə edən, Məsih idi. Müqəddəs Ruh onları simiclikdən, paxıllıqdan, tamahkarlıqdan azad edib, əməli məhəbbət göstərməyə öyrətdi.

9 – Hamı Məsihin yaxında gələcəyini gözləyirdi və ölməmişdən öncə Onun izzətini görəcəyinə inanırdı. Xilaskarı sevir, gecə-gündüz düşünür və qüdrətli Hökmranlığını gözləyirdilər.

10 – Onlar öz imanlarının düzgün, məhəbbətlərinin güclü, ümidlərinin canlı olub-olmadığı barədə mübahisə etmirdi, lakin Müqəddəs Ruhun həqiqətinə ürəkdən sevinir və Allaha həmd etməkdən yorulmurdular.

11 – Beləcə onlar lütfdən möhkəm tutaraq, evlərdəki yığıncaqlarını tərk etmirdi, hər gün həvarilərin təliminə qulaq asmaq və kiçik qruplarla birgə dua etmək üçün yığılırdılar. Daşdan tikilmiş məbədə də xor baxmır, oradakı ibadətdə iştirak edirdilər; bununla belə, həqiqi ruhani məbəd onların özləri idi.

12 – Bu kimi cəmiyyət son dərəcə cəlbedici və arzuolunandır. Çoxları məhəbbətlə dolu imanlılara “Siz necə bu qədər dəyişmisiniz?” deyə sual verirdi. Onlar da şəhadət edirdi ki, İsa yaşayan Məsihdir və O onlara Müqəddəs Ruhu bəxşiş olaraq verib. Bu şəhadətlə imanlılar cəmiyyəti böyüyürdü və hər gün yeni adamların cəmiyyətə qoşulduğu böyük ruhani oyanış baş verirdi.

Burada Həvarilərin İşləri Kitabında ilk dəfə “kilsə”, yaxud “imanlılar cəmiyyəti” mənasına gələn yunanca “ekklesiya” sözünə rast gəlinir (47-ci ayədə “imanlılara qoşurdu” sözləri orijinal mətndə “ekklesiyaya qoşurdu” şəklindədir). Yuxarıdakı on iki bənddə həqiqi imanlılar cəmiyyəti təsvir olunmuşdur. Müqəddəs Ruhun fəaliyyətinin son məqsədi ayrı-ayrı insanların imana gəlməsi deyil, müqəddəslərin şərikliyidir. Çünki Allahımız məhəbbətdir və Onun məhəbbəti yalnız şəriklikdə gerçəkləşir.

DUA: Ey Səmavi Ata, Sənə həmd edirik, çünki Sənin Müqəddəs Ruhun insanları Sənin məhəbbətində birləşdirir, belə ki onlar bir-birini bağışlayır və hər kəs başqasını özündən üstün sayır. Sən bizi və cəmiyyətimizi dirçəlt! Qoy Sənin Ruhun aramızdakı maneələri alt-üst etsin və bizi cibimizdəki pula güvənməkdən azad etsin! Amin.

SUAL:

  1. İmanlılar cəmiyyətini təsvir edən on iki bəndlərin hərəsini bir sözlə yekunlaşdır.

Birinci sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. Luka Həvarilərin İşləri Kitabını nə məqsədlə yazdı? Teofil haqqında nə bilirsən?
  2. Lukanın birinci Kitabının məzmunu nədir? Bəs ikinci Kitabının məzmunu və məqsədi nədir?
  3. Atanın verdiyi vəd nədən ibarətdir?
  4. Müqəddəs Ruh Kimdir? Məqsədi nədir?
  5. İki mələyin sözünə görə, İsa necə təkrar gələcək?
  6. Müntəzəm olaraq dua etməyə yığılan kişilər və qadınlar kimlər idi?
  7. Sən Yəhudanın ölümündən nə öyrəndin?
  8. İnsanın Məsihə xidmət etməsinin şərtləri nədir?
  9. Əllinci Gün bayramında Müqəddəs Ruhun gəlişinin necə təzahürləri oldu?
  10. Müqəddəs Ruh həvarilərə nədən danışmağı öyrətdi?
  11. Peterin vəzinin birinci hissəsi hansı əsas hissələrdən ibarətdir?
  12. Niyə Peter yəhudilərə deməliydi ki, onlar İsanı öldürən qatillərdir?
  13. Peter Davudun peyğəmbərliyini sitat gətirərək ona qulaq asanlara nə başa salmağa çalışırdı?
  14. Niyə Məsih göyə qalxdı?
  15. Biz Müqəddəs Ruhu necə qəbul edirik və O hansı şərtlərlə imanlılarda məskən salır?
  16. Kimlər və nə üçün Müqəddəs Ruhu almağa layiqdir?
  17. İmanlılar cəmiyyətini təsvir edən on iki bəndlərin hərəsini bir sözlə yekunlaşdır.

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən əbədi xəzinəni əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:58 PM | powered by PmWiki (pmwiki-2.3.3)