Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 004 (Introduction to the Book)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

1. Həvarilərin İşləri Kitabına giriş və Məsihin son vədi (Həvarilərin İşləri 1:1-8)


HƏVARİLƏRİN İŞLƏRİ 1:6-8
6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» 7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. 8 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».

Şagirdlər hələ Müqəddəs Ruhu qəbul etməmiş İsaya bu dünyəvi, siyasi sualla müraciət etdilər. Onların fikri-zikri hələ də yəhudi milliyyətçilikdə və Qüdsdəki mərkəzdə idi. Onlar elə bilirdilər ki, ölümdən dirilmiş Padşah Məsih o şəhərdən bütün xalqlar üzərində izzətlə hökmranlıq edəcək. Maraqlıdır ki, Məsih onların bu sualını tamamilə rədd etmədi, əksinə, İlahi Hökmranlığın şübhəsiz gələcəyini təsdiqlədi. Lakin O, həvarilərinə açıqladı ki, bu Səmavi Hökmranlıq onların bəşəri təsəvvürlərinə görə və onların yaşadığı dövrdə gerçəkləşməyəcək.

Allahın xüsusi planı var. O, xalqların tarixini əzəldən görmüşdü və hər qəbiləyə, hər millətə sidq ürəkdən tövbə etmək və iman gətirmək üçün vaxt vermişdi və eləcə də səbrinin zamanının həddini təyin etmişdi. Lakin tarixin bu öncədən müəyyən edilmiş gedişatı bizdən asılı olmayan bir həlakedici tale və ya qorxunc qəzavü qədər kimi deyildir, çünki biz bilirik ki, Səmavi Atamız zamanları müəyyən etmişdir və Onun məhəbbəti həmişə dünya üçün ən yaxşısını edir. Onun məhəbbəti zamanlara hakim olduğuna görə, biz heç nədən qorxmuruq. Atamız həqiqi hökmranlıq və səlahiyyət Sahibidir. Bütün inqilablar, silahlı qüvvələr Onun planını dəyişdirə bilməz, çünki Onun Padşahlığı təkcə ruhən gizlin gəlməyəcək, həm də zahirən izzət və qüdrətlə gələcək. Allahın səlahiyyəti etinasızlıq və haqsızlıq deyil, məhəbbət və həqiqət üzərində qurulub. Allahı Ata kimi tanıyanlar gələcəyə görə sevinirlər.

Məsih siyasətlə bağlı bütün fikirləri şagirdlərinin ağlından çıxardıb, onları Atanın verdiyi vədə hazırladı və bu vədin həyata keçməsindən “qüvvə almaq” kimi bəhs etdi. Sən gücsüz olduğunu və bütün insanlar kimi öləcəyini dərk edirsənmi? Allahın izzəti, müqəddəsliyi və hikmətinə nisbətən sən fani, ağılsız, iyrənc və pis insansan. Təbii insan Allahın qüdrətinə nail ola bilmir. Sən öz-özünü düzəldə bilməzsən, çünki bütün insanlar kimi zəifsən və günahın köləsisən. Məsih gözəgörünməz hökmranlığını qurduğu zaman hər şeydən əvvəl ardıcıllarına qüvvə vermişdir. Yunan dilində qüvvə kəlməsi “dünamis”, yəni dinamitdir. Allahın qüvvəsi bizim daşa dönmüş ürəklərimizdə partlayış törədir və bizə rəhmli ürəyi bəxş edir; korlaşmış zehinlərimizə qalib gəlir və biz Allahın fikirləri ilə düşünməyə başlayırıq. Allahın Məsihə iman edənlərə verdiyi səmavi ənam, Onun aləmləri yaratdığı və İsada tam şəkildə göstərdiyi Öz qüvvəsidir.

Sən Allahın qüvvəsini qəbul etmisənmi, yoxsa hələ də günah içində qalırsan? Atanın məhəbbətində yaşayırsanmı? Səni xilas edən Rəbbin qüvvəsi ilə hər şey etməyə qadirsənmi? Onun qüvvəsi sənin gücsüzlüyündə fəal olur və saleh adamın duası çox təsir etməyə qadirdir!

Allahın qüvvəti sirr deyildir, Müqəddəs Ruhun Özüdür. O, əzəldən əbədədək səcdəmizə və təslimimizə layiq olan yeganə Allahın üç Şəxslərindən biridir. Bu İlahi Ruha tam sevinc və şükürlə səcdə edirik, Ata və Oğuldan gələn bu Nuru ucaldırıq. Çünki O həqiqətən bizdə, yazıq insanlarda məskən salmış, bizi Məsihdə xilas olduğumuza inandırmış, ürək gözlərimizi Allahın həqiqətinə açmışdır. Biz Allahın Səmavi Atamız olduğunu dərk etmişik. Heç bir insan təbiətcə bu ilahi varlığa malik deyildir. O bizim dünyamızın xaricindən gəlib, Məsihin sevimlilərini nurlandırır, Onun həyatı, məhəbbəti, sülhü ilə doldurur.

Həqiqət Ruhu tərəfindən yönəldilmədən heç kəs Məsihi “Rəbb” adlandıra bilməz. Müqəddəs Ruh bizi doğru imanda möhkəmləndirir. Oğulun Ruhu bizim dillərimizi açır və bizə səmavi dildə danışmağı öyrədir. O bizi belə deməyə ruhlandırır: “Ey göylərdə olan Atamız. Adın müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun”. Sən bu Saleh Ruha ürəyini açmısanmı? O buradadır və səni doldurmaq istəyir!

Müqəddəs Ruh gücsüz həvarilərə Məsihin ilahi təbiətini dərk etmək qabiliyyətini verdi, onların imanlarını artırdı, onları Onun həqiqətinə şəhadət etməyə yönəltdi və həlimliklə Onun iradəsini yerinə yetirmələri üçün qüvvətləndirdi. Müqəddəs Ruh bizi Məsihin şahidi edir. Biz yenidən doğulduğumuza görə öyünməməliyik, ancaq bizi təzələyən Xilaskarımızdan danışmalı, günahkarlığımızı etiraf etməli, İsanın günahları bağışlamaq səlahiyyətinə şəhadət etməli və hər kəsə anlatmalıyıq ki, Müqəddəs Ruhda doğulmuş İsa həqiqətən Allahın Oğludur. O bizi Öz qanı ilə təqdis etdi və Ruhu ilə qüvvətləndirir. Biz inanmalı və başqalarını öyrətməliyik ki, Rəbb İsa hal-hazırda Müjdəsinin Ruhu ilə çoxlarını dəyişdirir, Kəlamı ilə onlardan pis ruhları qovur və qəlbi sınmış insanların ürəklərində Öz Padşahlığını qurur. Qeyd edək ki, yunan dilində “şahid” və “şəhid” eyni sözdür. Buna görə də dünyanın ruhunun bizə qarşı durmasına təəccüblənməməliyik, çünki o bizim Rəbbimizi çarmıxa çəkən ruhdur.

Allahın Ruhu Yerusəlimdə töküldü və sürətlə yayılan alov kimi Yəhudeyadan keçərək Samariyaya çatdı, oradan Antakyaya hərəkət etdi, Kiçik Asiyanı bürüdü, eyni zamanda Şimali Afrika, Efiopiya və İraqa yayıldı, Yunanıstana daxil oldu və paytaxt Romanı fəth etdi. Müjdəçi Luka Allah məhəbbətinin alovunun yayılmasını öyrəndi və Kitabında nəql etdi. Bu gün artıq biz Müjdə məşəlini sənin əllərinə ötürürük və sənə üz tutub deyirik: “Allahın Oğlunun məhəbbəti ilə ətrafını işıqlandır, çünki siz dünyanın nurusunuz!” Lakin əvvəlcə özünü yoxla: Sən Allahın qüvvəsini almısanmı və Müqəddəs Ruh səndə məskən salıbmı? Müqəddəs Ruhun qüvvəsini almamısansa, onda Atanın verdiyi vədin həyata keçməsini gözlə və dua edərək İncili oxu ki, O sənə açılsın və sən Onu ala biləsən!

DUA: Ey Ata, Sənə səcdə edir və Səni sevirik, çünki Sən Öz Oğlunun ölümü ilə bizi Öz övladın elədin! Sənin izzətin bizdə Müqəddəs Ruh vasitəsilə gerçəkləşir. Bizi məhəbbətində hifz et! Sən bizim Atamızsan. Biz şükranla həyatımızı Sənə təslim edir və yalvarırıq, bizi Müqəddəs Ruhunla doldur və qoy bizim mühitimiz Məsihin adı ilə nurlansın!

SUAL:

  1. Müqəddəs Ruh Kimdir? Məqsədi nədir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:42 PM | powered by PmWiki (pmwiki-2.3.3)