Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 273 (Christ’s Command to Baptize)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

8. Məsihin vəftiz etmək əmri (Matta 28:19)


MATTA 28:19
19…onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin...
(Mark 16:16; Həv. 2:38-39)

Dinlər tarixində müxtəlif təlimlər yayan müəllimlər olmuşdur, çünki insanlar həmişə təmiz olmadıqlarını hiss etmiş, kökündən dəyişilməyi arzulamışlar. İnsanlar Allahın önündə məqbul olmaq istəmişlər. Vəftiz günahlarını etiraf edərək, onlardan yuyunma, təmizlənmə mərasimidir (Mat. 3:1-6; Mark 1:5). Suya salınma mərasimi pozulmuş, pis, ölümə layiq olan qədim insanın batırılmağa və basdırılmağa layiq olduğunu göstərir. Vəftizdən sonra insan təmizlənir, paklanır, təzələnir. Davud, Yezekel, Vəftizçi Yəhya etiraf etmişlər ki, təmizlənmək üçün təkcə özünü inkar etmək və mənliyi öldürmək kifayət deyildir. Bizim yenidən yaradılmağa ehtiyacımız var; adamın zehni, ürəyi Rəbbin Ruhu ilə yenilənməlidir. Buna görə də Vəftizçi Yəhya peyğəmbərlik edib ki, Məsih ardıcıllarını Müqəddəs Ruhla vəftiz edəcək (Yəh. 1:32-34). Məsih Özü də təsdiq etmişdir ki: “bir kəs sudan (tövbə vəftizi) və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz” (Yəh. 3:5). Vəftiz mərasimi çox önəmli olaydır, insanın açıq şəhadətidir. Vəftiz olan adam öz köhnə həyatından əl çəkərək, onu öncədən qəbul etmiş olan İsanın lütfünü qəbul edir.

Məsih böyük, uzaq, dərkedilməz, qorxunc Allahı elan etməyib. Dörd Müjdədə təqribən iki yüz dəfə İsa deyir ki, Allah bizə yaxın olan, bizi sevən Səmavi Atamızdır. Allah bizimlə yeni əhd bağlayıb. İsa təsdiq edib ki, O və Ata birdir. Böyük Tapşırığında O, Allahın cəm formada “adlar”ından bəhs etməyib. İsa tək formada– “Ata, Oğul və Müqəddəs Ruh adı” demişdir.

Biz ayrı, bir-birindən müstəqil olan üç allaha iman etmirik, Müqəddəs Üçlükdə vahid olan Allaha iman edirik. İsa “Mən Atadayam, Ata da Məndədir” deyəndə, bu əqidəni təsdiqləyib (Yəh. 14:10; 17:21-23).

Ata adı ilə vəftiz olmaq sənə Külli-İxtiyarın övladı olmaq haqqını verir. Səmavi Ata şəxsən sənin qeydinə qalır, səni sevgi ilə qoruyur, dualarını eşidir. Səmavi Atan səni əbədi Padşahlığına qəbul edir, qayğısına güvənməyini gözləyir.

Oğul adı ilə vəftiz olmaq, Məsihin səni sevdiyinə, sənin uğrunda canını qurban verdiyinə, sənin təqsirlərinin cəzasını çəkdiyinə, qanının səni hər günahdan təmizlədiyinə, Onun ölümdən dirildiyinə və səni Allahın qəzəbindən xilas etdiyinə inanmaq deməkdir. Oğul adı ilə vəftiz olan adam bunu qəbul edir ki, Məsih onu bir missiya ilə dünyaya göndərir. O sənə əbədi həyat verir və istəyir ki, sən Onunla birlikdə müqəddəslik və məhəbbətlə yaşayasan. Məsih sənə görə doğuldu, öldü və dirildi və Onu sevən, adını iqrar edən, vəftizini qəbul edən adamların yanına təkrar gələcək. Həqiqətən, Ata Allahın izzəti üçün Rəbb İsa Məsihdən başqa xilas yolu yoxdur!

Vəftiz səni həmçinin Müqəddəs Ruha şərik edir. Allahın qüvvəsi və yenidən doğulma Müqəddəs Ruhun şərikliyi ilə bağlıdır. Bu Ruh səni Allahın sevən Atan olduğuna inandırır. Həqiqət Ruhu səni təqdis edir, sənə sevmək, sevinmək, Allahla və insanlarla sülh içində yaşamaq, sınaqlara qalib gəlmək, hər şeyə dözmək və hər kəsi bağışlamaq qabiliyyətini verir. Bu Ruh həmçinin sənə yalançı peyğəmbərlər barəsində xəbərdarlıq edir, sənə günahlarını göstərir, ömür boyu sənə təsəlli verir, çünki bu Ruh ilahi həyatın özüdür.

Vəftizin səni Atanın qüdrətində, Oğulun səlahiyyətində və Müqəddəs Ruhun qüvvətində qoruyur. Müqəddəs Üçlükdə vahid Olana vəftiz olmuş insanlarda Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruhun şərikliyi əbədi olaraq qalır.

DUA: Səni ucaldırıq, Sənə şükür edirik, ey Ata, Oğul və Müqəddəs Ruh, vahid Allah, zira Sən bizə müqəddəs adına vəftiz olmağa yol vermisən. Biz Sənin lütf dolğunluğuna daxil olur, Səndə qalırıq, Səndən ruhani qüvvə, xilas, sülh, müqəddəslik alırıq. Bizə kömək et ki, köhnə həyatdan əl çəksinlər, əzm və ciddiliklə Sənə bağlansınlar deyə, vəftiz olmamış insanları ruhlandıraq!

SUAL:

  1. Ata, Oğul və Müqəddəs Ruh olan vahid Allahın adı ilə vəftizin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on October 03, 2023, at 02:25 PM | powered by PmWiki (pmwiki-2.3.3)