Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 268 (The Appearance of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

3. Məsihin zühur etməsi (Matta 28:8-10)


MATTA 28:8-10
8 Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. 9 Amma budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar. 10 İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».
(İbr. 2:11)

Qadınlar o saat qorxu və sevinc ilə qəbirdən çıxdılar və mələyin sözlərinə əməl edərək yaşayan İsanın izzətini elan etmək üçün şagirdlərin yanına tələsdilər. Sevincdən elə bil ki, qanad açıb uçurdular.

Birdən gördülər ki, İsanın Özü onlara yaxınlaşır. Yaşayan Rəbbin önündə dayanıb tərpənə bilmədilər. İsa onlara açıqca danışdı, Onu çarmıxa çəkmiş düşmənlərinə lənət oxumadı, Ondan qaçmış şagirdləri pisləmədi, lakin qadınlara salam verdi – kamil sülhünü gətirdi. Sülh mənasına gələn “salam” sözü dirilmə gününün mahiyyətini ifadə edir.

Əsil sevinc bizim Allahla barışmağımızdadır. İnsan müqəddəs Allaha qarşı günah edəndə, Ondan ayrı düşdü və ədalətli qəzəbinə düçar oldu. Allahın mühakiməsi bəşəriyyətin tarixini müəyyən etmişdir. Lakin İsa günahlarımızın cəzasını Öz üzərinə götürdü, bizim uğrumuzda qurban oldu, çarmıxda öldü və bizi Yaradanla barışdırdı. Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Bu gün yaydığımız Müjdənin mənası İsanın “Sizə salam”, yaxud “Sizə sülh olsun!” sözləri ilə yekunlaşdırılır. Ölümdən dirilmiş Rəbb Allahla barışmağımıza, sülhümüzə zəmanətdir. Əgər Məsih qəbirdə qalsaydı, biz Allahla sülhümüzün olub-olmadığını bilməyəcəkdik. Amma Məsihin dirilməsi Allahın Onun qurbanını qəbul etdiyini təsdiqləyir. Məsih, müqəddəs qurban olaraq bizim uğrumuzda ölən qüsursuz Quzu olmuşdur.

Məsihin heç bir nöqsanı, heç bir təqsiri yox idi. O, Atası ilə tamamən həmfikir olub, salehliyin bütün tələblərini yerinə yetirdi. Beləliklə, Allah Oğluna cəzamızı çəkdirərək Özü saleh qala-qala, günahkarları saleh sayır.

Əziz qardaş, bəs sən ölümdən dirilmiş İsaya iman edib, Allahla barışmısanmı?

Məsih heç kəsi Onunla barışmağa məcbur etməz, amma bizə Onun sülhünü qəbul etmək məsuliyyətini verər. Biz Onun əvəzsiz olaraq verdiyi o barışığı öz istəyimizlə qəbul etməliyik. Rəbbin məhəbbəti bizi Onun sülhünü qəbul etməyə məcbur etməz, ancaq bizi Onun səviyyəsinə ucaldır ki, biz azad olaq.

Qadınlar biləndə ki, onların önündə İsanın Özü dayanıb, diz çöküb Ona səcdə etmək və toxunmaq istədilər. İsa onlara mane olmadı, O da istədi ki, qadınlar Onun bir xəyal, yaxud görüntü olmadığını, fiziki bədənə malik olan İnsan olduğunu dərk etsinlər. Dirilmiş İsanın İnsan olduğu kimi, Allah olması fikri qadınları qorxutdu və Rəbb onlara mələklərdən eşitmiş olduqları sözü dedi: “Qorxmayın!” İsa bizə artıq ölümdən qorxmamağı, ölümdən sonra nə olacağından narahat olmamağı əmr edir, çünki O Özü ümidimizin möhkəm əsasıdır.

İsa qaçmış şagirdlərinə “qardaşlarım” dedi. Bu gözəl söz Onun bizə olan hədsiz məhəbbətini bildirir. Öz əziyyətləri, ölümü və dirilməsi ilə İsa bizə Onun övladı olmaq haqqını verdi. Biz Oğula iman edərək, Allahın övladı olduq. Əzəli Allah artıq günahlarımıza görə bizə qəzəblənməz. O Özünü bizim Atamız elan etdi. Əzəli Hakim bizi mühakimə etmir, amma əziz qardaşları kimi qəbul edir. Onun bütün imanlılara olan lütfü nə gözəldir! Biz günahkar olsaq da, Məsihin dilindən bu gözəl sözləri eşidirik: “qardaşlarım və bacılarım”.

Ondan sonra İsa bu qadınları xidmətə göndərdi. Onlar mələyin dediyini təsdiq edərək, qardaşlara deməli idilər ki, İsa onlardan əvvəl Qalileyaya gedəcək və orada onlarla görüşəcək.

Beləcə yaşayan Məsih bu gün də səninlə görüşür və sənə sevinc verməklə yanaşı dost-qohumuna göndərir ki, onlar da əzəmətli şəkildə Rəbb ilə görüşsünlər.

DUA: Səni ucaldırıq, ey ölümdən dirilmiş yaşayan Rəbb, çünki Sən, ölü cəsədini axtararkən boş qəbirdə mələyi görmüş qadınlara zühur etdin. Onlara sevinc və Allahla barışıq verdiyinə görə Sənə minnətdarıq. Sən bizim sülhümüz, barışığımızsan. Sən bizi Öz qardaş-bacıların elədin, Səmavi Atamızın oğul və qızların elədin. Səni ucaldırıq, zira Sən dirilmənlə Öz müqəddəsliyini, ölüm üzərindəki qələbəni və bizim xilasımızı təsdiqlədin. Sən bizi həyatını müjdələyən elçilərin elədin və bizə həyat verdin ki, biz Sənin pak Ruhunda yaşamaq istəyən hər kəsə sülhünü çatdıraq!

SUAL:

  1. Boş qəbirdən qaçan qadınların Məsihlə görüşməsi əhvalatından nə öyrəndin?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)