Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 266 (The Empty Tomb and the Angel’s Words)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

1. Boş qəbir və mələklərin dediyi sözlər (Matta 28:1-4)


MATTA 28:1-4
28:1 Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. 2 Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. 3 Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. 4 Keşikçilər qorxudan titrəyib ölü kimi oldular.
(Mat. 17:2; Həv. 1:10; 20:7; 1Kor. 16:2; Vəhy 1:10)

Bayramdan sonra ilk günün səhəri dan yeri ağaranda qadınlar İsanın cəsədini yağla məsh etmək üçün qəbrinə gedirdilər. Cümə günü buna vaxtları çatmamış, şənbə başlamışdı.

O Pasxa şənbəsi onların və bütün şagirdlərin həyatında ən pis gün idi. Allahın Oğlunun ölməsi ilə Padşahlığının gəlməyinə ümid də ölüb getdi. Göz yaşı, məyusluq və bədbinlikdən başqa heç nə qalmamışdı. Qadınları qəbrə gətirən yalnız İsaya olan böyük məhəbbət və ehtiramları idi. Onlar bu müqəddəs Adama yaxın oturmaq istəmişdilər.

İsa öləndə, Onu qəbul edən yer qorxudan lərzəyə gəlib. O diriləndə isə, Onu qaytaran yer sevincdən hərəkətə gəlib. Böyük zəlzələ sanki ölümün, qəbrin zəncirlərini qırıb, bütün millətlərin arzu etdiyini dünyaya qaytarmışdır. Bu zəlzələ Məsihin təntənəsini elan etmişdir. Göylər sevindiyi kimi, yer də sevinib. Bu zəlzələ qiyamət günündə olacaq böyük zəlzələnin ilk əlaməti idi – qiyamət günündə dağlar və adalar yoxa çıxacaq və yer ölüləri artıq gizlətməyəcək (Yeş. 26:21).

Sübh tezdən dah yeri ağaranda İsanın qəbrinə gedən qadınlar onlara ağır daşı çəkməyə kömək edəcək bir adamın olmasını arzu edirdilər. Rəbb onların arzusunu yerinə yetirib, mələyə qəbir girişini açmağı əmr etdi. Mələk qüvvətli zəlzələ ilə qəbrə gəlib, keşikçilər ölü kimi yerə yıxıldılar. Mələk daşı bir yana çəkib, Məsihin dirilməsi ilə qələbəsinin nişanəsi olaraq daşın üstündə oturdu.

Məsihin göydən enən mələyin köməyinə ehtiyacı yox idi, çünki O, mələyin köməyi olmadan, Özü dirilib! Həyat Rəisi olan Məsih Özü ölümə qalib gəlib, heç kəs Ona kömək etməyib! Məsih səs-küy salmadan dirildi, kətan bezlərindən onlara zərər vermədən çıxdı, səssizcə daşların içindən keçdi. Sonra İsa şagirdlərinin kilidli qapının arxasında yığıldığı yerlərə dəfələrlə girirdi. Məsihin ölümdən dirildiyi anı görən adam olmayıbsa da, qəbrə gələn qadınlar qəbri boş tapdılar.

Bütün insanların düşməni olan ölüm qadınlardan doğulanların hamısının canını alır. Sən də ölümdən qurtarmazsan, buna görə də ölməyə hazır olmaq üçün Allahdan müdriklik istə.

DUA: Ya Rəbb İsa, Sən ölümdən dirildin. Ölümə, qəm-qüssəyə, şeytana qalib gələn və Öz ardıcıllarına əbədi həyatı, Ruhu, məhəbbətini verdiyinə görə Səni ucaldırıq! Qadınlar qəbrə daxil ola bilsinlər deyə, onlar gəlmədən öncə ağır daşı götürəcək mələyini göndərdiyinə görə Sənə şükür edirik. Sən onların dualarına cavab verdin, bizə də kömək et ki, biz Sənə iman edək və problemlərimizi həll etdiyinin şahidi olaq, çünki Sən yaşayırsan və bizi xilas edirsən. Haleluya!

SUAL:

  1. Niyə mələk İsanın qəbrindən daşı yuvarladı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:20 AM | powered by PmWiki (pmwiki-2.3.3)