Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)
8. İsanın Getsemani yolundakı peyğəmbərlik sözləri (Matta 26:30-35)MATTA 26:30-35 Sonuncu şam yeməyində İsa ardıcılları ilə yeni əhd bağladı. Rəbbin Süfrəsini təsis etdkdən sonra O, Pasxa mərasimini 118-ci Məzmurdakı izzətli həmdlərlə başa çatdırdı, ayağa durdu və böyük əzmlə ölümünə doğru addımladı. İsa başına gələcək ağrı-acılarını, əzab-əziyyətlərini düşünmürdü, zəif şagirdlərini düşünürdü, onlara gələcək sınaq barəsində xəbərdarlıq edir və diriləcəyi günün təntənəli qələbəsi ilə təsəlli verirdi. Bu gün Məsih, vəd etdiyi kimi, Ona məxsus olanların zəfər yürüşünü davam etdirir, bu həyatda qalib gəlməyimiz üçün bizi qüvvətləndirir və biz ölümdən dirilmiş Məsihin izi ilə gedirik. Şagirdlər Allaha qarşı olan ruhlarla necə amansız mübarizə aparmalı olacaqlarını dərk etməmişdilər. Ola bilsin, onlar öz gücləri ilə mübarizə aparacaqlarını düşünür, özlərini şeytandan belə güclü və müdrik sayırdılar, bu səbəbdən Məsih onlara tamamən məğlub olacaqlarını bildirməli oldu. Şagirdlər İsanın Tövratdan sitat gətirdiyi kəlamı anlamamışdılar: İsa Allahın Yaxşı Çobanı vuracağını və hətta seçilmiş qoyunlarının belə pərən-pərən olacağını xəbər vermişdi (Zək. 13:7). Bu onlar üçün ağlasığmaz bir iş idi və onlar bu fikrə görə büdrəyirdilər: Allah dünyanın yeganə Xilaskarını necə ölümə təslim edə bilər? İsanın bu peyğəmbərliyi Peteri çox kədərləndirdi. O, özünün də, başqa şagirdlərin də İsanı atıb gedəcəyi ilə razılaşa bilmirdi və hey inandırırdı ki, o, Rəbbə sadiq qalacaq. Ancaq İsa xoruzun banlamasını da, şagirdinin onu üç dəfə inkar etməsini də əvvəlcədən eşitdiyindən Peterə xəbərdarlıq etdi. Bununla belə İsa bilirdi ki, özünə arxayın olan Peter mütləq günaha batacaq. Peter özünə güvənən, xüsusilə özü barədə söz deməyə tələsən adam idi. Bəzən onun tələsməsi yaxşı nəticə verirdi, başqa vaxtlarda isə onun məzəmmətlənməsinə səbəb olurdu. Peter nəinki o gecə, hətta ömrünün sonuna qədər heç vaxt Məsihi inkar etməyəcəyinə söz verdi. Bu söz Allahın lütfünə güvənərək, həlimliklə deyilsəydi, çox gözəl bir vəd olardı. Məsih Rəbbin Süfrəsindən əvvəl hər adamın özünü yoxlamasını tələb edir, necə ki sonuncu şam yeməyində hər şagirdi “Ya Rəbb, mən deyiləm ki?” deyə özünü yoxlayırdı. DUA: Ya Rəbb İsa Məsih, biz Səni sevirik və bütün şagirdlərinə gələcək sınaqlar barədə xəbərdarlıq verdiyinə görə minnətdarıq. Özünə arxayın olmasın deyə Peterə xüsusilə kömək etmək istəmişdin, lakin o Sənin xəbərdarlıqlarına əhəmiyyət verməyib. Biz də Sənin sözlərinə əhəmiyyət vermədən öz gücümüzə güvənmişiksə, bizi bağışla! Kömək et ki, Səndən qüvvət alaq! Əlimizdən tut və bizi apar, qoy biz bütün ardıcıllarınla birgə ayıq olaq və Sənin yolunda sülh əldə edək! SUAL:
|