Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 218 (The Clear Signs of Christ’s Second Coming)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

8. Məsihin ikinci gəlişinin əlamətləri (Matta 24:27-31)


MATTA 24:27-31
27 Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 28 Leş haradadırsa, kərkəslər də orada toplaşar. 29 Amma o günlərin əzab-əziyyətindən dərhal sonra günəş tutulacaq, ay nurunu saçmayacaq, ulduzlar göydən töküləcək, səma cisimləri lərzəyə gələcək. 30 O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 31 O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.
(Yeş. 13:10; Dan. 7:13-14; Mark 13:24-27; Luka 17:37; 21:25-28; 1Kor. 15:52; 2Pet. 3:10; Vəhy 1:7; 6:12-13; 8:2; 19:11-13)

Məsihin ikinci gəlişi dünyanın gələcəyində ən mühüm olaydır. Tarixin gedişatı bu mühüm olaya yönəlir. Padşahı qarşılamağa hazır olan insan nə bəxtiyardır!

Yaradan son biçin üçün bütün qüdrəti ilə zühur edəcək. Haqq Olan dedi: “Leş haradadırsa, kərkəslər də orada toplaşar”. Vəhy Kitabında (19:17-21) Rəbbin mələyinin bütün quşları ziyafətə – Məsihin həlak olan düşmənlərinin cəsədlərini yeməyə dəvət etdiyini oxuyuruq. Rəbb vəhşi heyvanı və ardınca gedən hər kəsi məhv edərək yer üzündə sülh Padşahlığını quracaq.

Məsihin ikinci gəlişinə az qalmış təbiətdə dəyişikliklər baş verəcək. Günəş və ay qaralacaq, zəlzələlər olacaq, dəniz və okeanlarda nəhəng dalğalar qalxacaq, göy cisimləri qeyri-adi hərəkət edəcək. Kosmosdakı dəyişikliklərdə ruhani qarşıdurma əks olunur, çünki Məsih bütün mələkləri ilə gəlib şeytanın ordusu üzərində qələbə çalacaq. Hər kəs göydə Bəşər Oğlunun əlamətini görəcək.

O vaxt Məsih ölüləri dirildəcək. Allahı rədd edənlərin ümid yeri olmayacaq, onlar fəryad qoparacaq, lakin Allahın nurundan gizlənməyə imkan tapmayacaqlar. Sən də, ey qardaş, nə qədər ki vaxt var, Rəbbə tərəf dön! Günahlarını Ona etiraf et və Məsihin qanı səni əbədi olaraq təmizləyəcək. Onun qüdrətli Ruhu sənə həyat verib, təmiz ruhani adama çevirəcəkdir. Məsihin ruhuna malik olmadan sən ölü və pozğun halda qalacaqsan, məhkəməni yerinə yetirən mələklər səni quru odun kimi tutub əbədi oda atacaqlar. Lakin sən Müqəddəs Ruhun lütfü ilə dolsan, Məsih axır gündə səni tanıyacaq və digər imanlılarla birlikdə toy ziyafətinə dəvət edəcək. Sən Məsihi qəbul edərək Onun ruhani bədəninin bir üzvü olacaqsan və Məsih səni nurlandıracaq. O sənə yaralarını, əl və ayaqlarında mıx izlərini göstərərək belə deyəcək: “Qorxma, çünki Mən səni satın aldım, səni adınla çağırdım, sən Mənimsən” (Yeş. 43:1).

DUA: Ey müqəddəs Rəbb, gələcək izzətinin parıltısına baxmaq üçün başımı qaldırmağa belə layiq deyiləm. Qüruruma görə məni bağışla, yalanımı sil, məni murdarlıqdan təmizlə! Məni təqdis et, qoy mən Sənin məhəbbətinin bir parşası, ruhani bədəninin bir üzvü olum, izzətli gəlişinə hazır olum! Gəl, ya Rəbb İsa, çünki qalanlıq getdikcə artır! Tez gəl!

SUAL:

  1. Bəşər Oğlunun gəlişinin əlaməti nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:10 AM | powered by PmWiki (pmwiki-2.3.3)