Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 212 (Take Heed that no One Deceives You)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

3. Qoy sizi heç kim aldatmasın! (Matta 24:4-5)


MATTA 24:4-5
4 İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 5 Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq.
(Yəh. 5:43; 8:44; 1Yəh. 2:18-25)

Şagirdlər İsadan “Bu dediklərin nə vaxt baş verəcək?” (ayə 3) deyə soruşdular. Lakin Məsih onlara zaman barəsində cavab vermədi. Zamanları bilmək bizim işimiz deyildir. Lakin onlar həmçinin: “Bu hadisələrin hansı əlaməti olacaq?” deyə soruşdular. İsa bu sualın ətraflı cavabını verdi, çünki onlar zamanın əlamətlərini anlamalı idilər.

Məsih Öz şagirdlərinə gələcək sınaq və imandan dönmə haqqında xəbərdarlıq etdi. Allahın düşməni şeytan yalançı peyğəmbərləri ilə birgə çox insanı qürur, xudbinlik və nifrətlə Yaradandan uzaqlaşdırmağa çalışır.

Şeytanın Allahdan və Məsihdən zəhləsi gedir. Şeytan, İsaya bağlanmayan hər adamı inad ruhu ilə dolduraraq Allahın Padşahlığına daxil olmasına mane olur. O onlara qəribə fikirlər verir, günah yoluna çəkir, öz cəhdləri ilə dünyanı xilas edə biləcəyinə inandırır. Bunun nəticəsində o adamlar tövbə etmək istəmirlər, onlar elə bilirlər ki, tövbəyə və yenilənməyə ehtiyacları yoxdur. Şeytanın səsinə qulaq asan bu adamlar öz yaxşılıqlarına və ya texnikalarına güvənirlər.

Gələcəyi bilmək insan üçün ən mühün məsələ deyildir. Allahın Ruhu ilə dolu olub, şeytani fikirlərdən azad olmaq daha çox önəmlidir. Rəbbin Ruhu səndə tövbə və iman, həlimlik və sülh meydana gətirir; sənə sədaqət, səbir və məhəbbətdən qaynaqlanan sevinc və saflıq verir. Şeytanın ruhu isə qürur, özünə arxayınlıq, özbaşınalıqda özünü büruzə verir və eləcə də nifrət, yalan, hər cür murdarlıq, acılıq, qisas almaq arzusu ilə tanınır. Şeytanın ruhunun ən iyrənc səmərəsi ikiüzlülükdür, çünki ikiüzlü adam kənardan yaxşı göründüyü halda, ürəyi şərlə doludur.

Müxtəlif fəlsəfələri, din və təriqətləri araşdırsan, mütləq onlarda şeytanın təsirini görərsən. Bunlar öyrədir ki, insan öz salehliyi və yaxşı əməlləri ilə bu dünyada bəşəri cənnət qura bilər. Onların “yalançı məsih”lər olduğunu ayırd edə bilərsən. Onlara uyma, ancaq çarmıxa nəzər sal və çarmıxda hər insanın pozulmuş halını, Xilaskara ehtiyacını görəcəksən. Biz öz-özümüzü bəşəri təbiətimizdən xilas edə bilmərik. Heç bir dünyəvi rəhbərə ümid bağlama, axı səni xilas edən Məsihdir! O, buludlar üstündə böyük izzətlə gələcək və sən Onun əllərində mıx izləri görəcəksən. Yalnız Allahın çarmıxa çəkilmiş Oğlunu vəz edən vaizlərə qulaq as, çünki yeganə ümidimiz Ondadır!

DUA: Ey Ata, Oğul və Müqəddəs Ruh, vahid Allah, Səni ucaldırıq və cuşa gəlib sevinirik ki, Məsih bizi xilas etdi və Həqiqət Ruhu bizə təsəlli verir. Sən bizə sınaqlar, aldadıcı təlimlər haqqında xəbərdarlıq edirsən, bizi yeganə Xilaskara olan imanda möhkəmləndirirsən. Bizə ayırd etmə ənamını ver, qoy biz adamı Məsihin yolundan uzaqlaşdıran yalançı peyğəmbərlərə qulaq asmayaq! Sən müqəddəssən, paksan, bizim düşüncəmizi, zehnimizi, sözlərimizi, əməllərimizi təqdis etmək istəyirsən ki, bizim lütf ilə nail olduğumuz doğru həyat tərzimizdə Ata və Oğul izzətlənsinlər!

SUAL:

  1. Niyə Məsih ikinci gəlişinin zamanı barədəki suallara cavab vermədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:09 AM | powered by PmWiki (pmwiki-2.3.3)