Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 200 (The First Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

3. Birinci “vay halınıza!” (Matta 23:13)


MATTA 23:13
13 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.

Allah “vay” deyəndə, demək, mühakimə labüddür. Məsih ikiüzlü dinçilərə səkkiz dəfə “vay” deyəndə, demək, onlar o qədər pozğunlaşmışdılar ki, ilahi cəzaları labüd idi.

İsa ilahiyyatçı və fariseyləri ikiüzlü adlandırdı. İkiüzlü adam səhnəyə çıxıb başqa adamın roluna girən aktyor kimi özünü aparır. İkiüzlülərin halı acınacaqlıdır. Vay onların halına, onların dindarlığı boşdur və onlar öldükdən sonra həlakları qorxunc olur.

Dinçilərin günahı nədir? İkiüzlülükdür. Məsihin gözündə ən məkruh şey, özünü saleh kimi aparan, əslində isə şər dolu olan adamların ikiüzlülüyüdür. Belə adam günah etməyi davam etdirir, öz-özünə dua edir. Zahirən mömin görünsə də, ürəyində məhəbbət yoxdur. Bütün ikiüzlülər daima dini işlərlə məşğul olurlar və tövbə etməyə, düşüncə tərzini dəyişdirməyə sanki heç ehtiyacları yoxdur. Onlar özlərindən razıdırlar, öz salehliyinə güvənirlər. Xilaskarı axtarmırlar, lakin rədd edirlər. İkiüzlü adam öz səhv fikirlərini yayır və başqalarının tövbə etməsinə mane olur. O onlara özlərinə güvənməyi öyrədir və Xilaskara olan ehtiyacı inkar edir. İkiüzlü adam dəhşətli yalançıdır. Buna görə Məsih, özlərini müqəddəs kimi göstərən günahkarlardan daha çox günahkarları sevirdi. Çünki günahkarlar tövbə edib düzəlirdilər, müəllim adlanan hörmətli adamlar isə ürəklərini daşa döndərir və həqiqəti axtaranların xilas olmasına da mane olurdular.

Bəzi dinlərdə elə qanunlar var ki, Allahın çarmıxa çəkilmiş Oğluna iman edən Onu inkar etməlidir, əks halda ölüm cəzasına məhkum edilir. Öz salehliyindən əl çəkmək istəməyən adam Məsihin lütf Padşahlığına daxil ola bilməz və daxil olanların da rəhmli Rəbbin yolunu tutmasına mane olmağa çalışar.

DUA: Ey Səmavi Ata, məni sına və təzələ, qoy mən həqiqəti danışım və həqiqətlə yaşayım. Mənə kömək ol, qoy mən öz söz və əməllərimlə heç kəsi büdrətməyim! Rəbb İsanın həlimliyini və Müqəddəs Ruhun lütfünü mənə ver! Məni Öz məhəbbətinlə doldur ki, Müjdəyə görə yaşayım və ikiüzlü olmayım, hər zaman doğru yolu tutum!

SUAL:

  1. İkiüzlülər, həqiqəti axtaranların Səmavi Padşahlığa daxil olmasına necə mane olurlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:06 AM | powered by PmWiki (pmwiki-2.3.3)